Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə268/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   264   265   266   267   268   269   270   271   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

prezident təqaüdü 
təsis edilmişdi. 1991-ci ildə 
latın qrafikalı 
Azərbaycan əlifbasının 
tətbiqinə başlansa da, yeni qrafikaya keçid prosesi çox 
ləng gedirdi. 2001-ci il 18 iyun tarixli prezident fərmanı verildikdən sonra yeni 
əlifbaya keçid qəti şəkildə başa çatdırıldı. Həmin fərmana görə avqustun 1-i 
Respublikamızda 
Azərbaycan əlifbası 
və 
Azərbaycan dili günü 
elan 
edilmişdir. 
1990-cı illərin ortalarında Azərbaycanda elm sahəsində də bir sıra 
mühüm dəyişikliklər edildi. 1997-ci ildə 
müstəqil Azərbaycan elminin əsas 
istiqamətləri 
müəyyən edildi. Milli Elmlər Akademiyası elm və 
mədəniyyətimizin inkişafında əvvəlki mövqeyini bərpa etməyə başladı. 
Azərbaycan elminin 
biologiya, geologiya, neft - kimya, fizika, riyaziyyat 
sahələri 
üzrə indiyə qədər formalaşmış 
elmi məktəblər 
daha da inkişaf etdirildi. 
Prezident Heydər Əliyev tarixçi alimlər qarşısında yeni fundamental 
Azərbaycan tarixinin yazılması 
kimi çox mühüm vəzifə qoymuşdu. Nəticədə 
AMEA-nm Tarix İnstitutu tərəfindən 1998 - 2002-ci illərdə 7 cildlik 
Azərbaycan tarixi kitabı 
hazırlanaraq nəşr etdirildi. 2002-ci ildə AMEA-nm 
Naxçıvan bölməsi 
yaradıldı. 
Müstəqillik uğrunda mübarizə dövrünün görkəmli şairləri 
Bəxtiyar 
Vahabzadə, Xəlil 
Rza və 
Məmməd Araz 
yeni əsərləri ilə ədəbiyyatımızı daha 
da zənginləşdirdilər. Detektiv roman ustası 
Çingiz Abdullayevin 
əsərləri artıq 
bütün dünyada məşhurlaşmağa başlamışdı. 
Azərbaycanfilm kinostudiyası 1994-cü ildən dövlət büdcəsindən 
maliyyələşməyə başladı və həmin il 
Dövlət Film Fondu 
yaradıldı. Azərbaycan 
kinosu dünya ekranlarında geniş şəkildə təmsil olunmağa başladı. 1995-ci ildə 
beynəlxalq "Nant" kinofestifalmda 10 Azərbaycan bədii filmi nümayiş etdirildi. 
Ayaz Salayevim "Yarasa” filmi 1996-cı ildə Fransada keçirilən beynəlxalq 
festifalda 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin