Heydər Əliyev məscidi fəaliyyətə
başlamışdır. Bu məscid Azərbaycanın ən böyük dini memarlıq abidəsidir.
Azərbaycan idmançıları müxtəlif beynəlxalq miqyaslı idman
yarışlarında və
Yay Olimpiya Oyunlarında fəal surətdə iştirak edərək böyük
uğurlar qazanmışlar. 2004-cü ilin avqustunda
Aflnada keçirilmiş XXVIII Yay
Olimpiya Oyunlarında Azərbaycan 1 qızıl (güləşçi Fərid Mansurov) və 4 bürünc
medal qazanaraq Avropada 38-45-ci yerləri bölüşdürmüşdüsə,
Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlannda 1 qızıl (cüdoçu Elnur Məmmədli),
2 gümüş və 4 bürünc medal qazanaraq Avropa ölkələri içərisində 20-ci yeri
tutmuşdur. 2012-ci ildə
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında
isə Azərbaycan idmançıları medalların sayını 10-a (2 qızıl, 2 gümüş, 6 bürünc)
çatdırdılar. London Olimpiadasında qızıl medal qazanan sərbəst güləşçilərimiz
Şərif Şərifov və
Toğrul Əsgərov yüksək kürsüyə çıxaraq hamımız üçün
müqəddəs olan
Üçrəngli bayrağımızın qaldırılmasına və
Dövlət himnimizin səsləndirilməsinə nail oldular.
2015-
ci ildə
Bakıda ilk Avropa oyunlarının keçirilməsi
Azərbaycanın idman həyatında baş vermiş əsas hadisələrdən biridir. Bu
münasibətlə respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində 67 min nəfərdən çox tamaşaçı
tutan
Olimpiya stadionu, Bakı Atıcılıq mərkəzi və digər mühüm idman
qurğuları inşa edilərək istifadəyə verilmişdi. 2015-ci il iyunun 12-dən 28-dək
Respublikamızın paytaxtı Bakı şəhərində möhtəşəm bir idman tədbiri olan
ilk Avropa oyunları keçirildi. İlk Avropa oyunlarında Avropanın 50 ölkəsini
təmsil edən 6 min nəfərdən çox idmançı 20 idman növü üzrə yarışlarda iştirak
etdi. Azərbaycan idmançılan böyük uğurlar əldə edərək 56