Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


medal  (21 qızıl, 15  gümüş, 20 bürünc) qazandılar. Respublikamız ilk Avropa oyunlarında  medalların sayına görə  ikinci yeri



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə282/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   278   279   280   281   282   283   284   285   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

medal 
(21 qızıl, 15 
gümüş, 20 bürünc) qazandılar. Respublikamız ilk Avropa oyunlarında 
medalların sayına görə 
ikinci yeri 
tutdu. 
Azərbaycan Respublikasının xarici siyasəti 
(2003 - 2015-ci illər) 
Azərbaycanın dünya dövlətləri içərisində beynəlxalq nüfuzunun daha 
da möhkəmləndirilməsi, dünyanın apancı dövlətləri və qonşu ölkələrlə qarşılıqlı 
münasibətlərin inkişaf etdirilməsi və Dağlıq Qarabağ münaqişəsinin 
Azərbaycanın milli mənafeyinə uyğun şəkildə ədalətli həllinə nail olunması 
2003 - 2014-cü illərdə 
Azərbaycan dövlətinin xarici siyasətinin ana xəttini
381 


təşkil etmişdir. 
Bu dövrdə 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
tərəfindən milli maraqlanmıza uyğun olan xarici siyasət xətti həyata 
keçirilmişdir. 
Müstəqillik qazanıldıqdan sonra keçən müddət ərzində Azərbaycan 
Respublikasının xaricdə 
71 diplomatik nümayəndəliyi 
açılmışdır. 
Azərbaycanın diplomatik nümayəndəliklərinin, xüsusilə, səfirliklərinin 
yerləşmə coğrafiyası xeyli genişlənərək Avstraliyanı çıxmaqla, dünyanın bütün 
qitələrini əhatə edir. Xaricdəki diplomatik nümayəndəlikləri peşəkar kadrlarla 
təmin etmək üçün 2006-cı ildə 
Azərbaycan Diplomatiya Akademiyası 
açılmışdır. 
Azərbaycan Respublikası təcavüzkar Ermənistam çıxmaqla, bütün 
qonşu dövlətlərlə normal münasibətlər saxlayır. 
Rusiyanın 
hərbi əməkdaşlıq da daxil olmaqla, bütün sahələrdə 
Ermənistanla sıx müttəfiq münasibətlərinə baxmayaraq, Azərbaycan dünyanın 
bu güclü və böyük dövləti ilə qarşılıqlı faydaya əsaslanan normal münasibətlərin 
inkişafına xüsusi diqqət yetirir. 
Rusiya Federasiyasında 
çoxlu sayda 
azərbaycanlının yaşaması və Cənubi Qafqazda çox mühüm hərbi - strateji 
obyekt olan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə 
verilməsi bu ölkə ilə münasibətlərimizə öz təsirini göstərmişdir. 
Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi 
Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. 
2008-ci ilin avqustunda 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin