Rusiya ilə
Gürcüstan arasında
hərbi münaqişə alovlananda Azərbaycan dövləti çox çətin seçim qarşısında qalmışdı.
Azərbaycan bir tərəfdən Rusiya kimi böyük bir dövlətlə sıx əməkdaşlıq
münasibətlərini qoruyub saxlamalı, digər tərəfdən bölgədə
əsas strateji müttəfiqi olan Gürcüstanı müdafiə etməli idi. Azərbaycan diplomatiyası bu
çətin sınaqdan uğurla çıxdı. Azərbaycan hökuməti bir tərəfdən Rusiya ilə
mövcud olan tərəfdaşlıq münasibətlərini qoruyub saxlamaqla, Gürcüstan
ərazisində Azərbaycan qazını nəql edən strateji əhəmiyyətli kəmərlərin və
terminalların təhlükəsizliyinə nail oldu, digər tərəfdən isə Gürcüstana mümkün
olan dəstəyi verdi.
Cənubi Qafqaz bölgəsində hərbi - strateji və iqtisadi maraqları olan
Rusiya Federasiyasının Azərbaycanda yeganə hərbi qüvvəsi
Qəbələ Radiolokasiya Stansiyasında (RLS) yerləşirdi. Qəbələ RLS-in statusu,
istifadə prinsipləri və şərtləri haqqında Azərbaycan və Rusiya dövlətləri
arasında 2002-ci ildə imzalanmış sazişin 2012-ci il dekabrın 9-da qüvvədən
düşməsi ilə bu mühüm hərbi obyektin fəaliyyəti dayandırılmışdır. Rusiyanın
Qəbələ RLS-i icarəyə götürməkdən imtina etməsi bütövlükdə Respublikamızın
və son dövrlərdə çox sürətlə inkişaf edərək kurort - istirahət zonasına çevrilən
Qəbələ rayonunun ekoloji vəziyyətinin yaxşılaşmasına müsbət təsir
göstərmişdir.
Azərbaycan Respublikası
İran İslam Respublikası ilə də normal qonşuluq
münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. 2004-cü ildə
382
Təbrizdə Azərbaycan Konsulluğunun açılması ölkələrimiz arasında
əməkdaşlığın daha da genişlənməsinə təkan verdi.
Bizə qardaş ölkə olan və ən yaxın strateji müttəfiqimiz