Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  Sultan Həsənin dövründə  Moskva knyazlığı



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə79/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   75   76   77   78   79   80   81   82   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

118 


Sultan Həsənin dövründə 
Moskva knyazlığı 
və 
Qızıl Orda 
dövləti ilə də 
iqtisadi və diplomtik əlaqələr saxlanılırdı. Qızıl Orda dövləti danışıqlar yolu ilə 
Təbriz sarayından öz cənub sərhədlərinin təhlükəsizliyinə təminat almışdı. Bu 
müsəlman və türk dövləti ilə yaxşı münasibətlərini daha üstün tutan Sultan 
Həsən 1475-ci ildə 
Moskva knyazı III İvanm 
Qızıl Ordaya qarşı ittifaq 
bağlamaq haqqında təklifini rədd etmiş və rus elçisini geri göndərmişdi. 
Azərbaycan Sultan Həsənin varislərinin hakimiyyəti dövründə 
1478-ci ildə Sultan Həsənin vəfatından sonra taxta oğlu 
Sultan Yaqub 
çıxdı. Sultan Yaqubun hakimiyyəti dövründə (1478 - 1490) ölkə daxilində nisbi 
sabitlik hökm sürürdü. 
Şirvan taxtı 
ilə ənənəvi dostluq münasibətləri Şirvanşah 
Fərrux Yasann qızı ilə nigahdan sonra daha yüksək səviyyəyə çatmışdı. 
Qohumları olan (Sultan Həsən bacısım Şeyx Güneydə, qızını isə onun oğlu 
Şeyx Heydərə vermişdi) 
Ərdəbil şeyxləri 
ilə münasibətləri isə pisləşmişdi. 
Sultan Yaqub 1480-ci ildə 
Misir 
və 
Suriya 
hökmdarımn ordusunu 
məğlubiyyətə uğratmışdı. Sultan Yaqubun ölümündən sonra Azərbaycan 
Bayandurlu səltənətində hakimiyyət uğrunda mübarizə və siyasi çəkişmələr 
gücləndi. Taxta çıxan Sultan Baysunquru (1490 - 1492) 
Bərdə döyü
şündə 
yenən iri əyanlar Sultan Həsənin nəvəsi 
Rüstəm Mirzəni 
hakimiyyətə 
gətirdilər. Rüstəm Mirzə (1492 - 1497) Bayandurlu taxtının ən çox soyurqal 
paylayan hökmdan kimi yadda qaldı. Əsas məqsədi iri əyanlardan özünə dayaq 
yaratmaq olsa da, soyurqal alan iri əyanlar get - gedə mərkəzi hakimiyyətə tabe 
olmaqdan boyun qaçırmağa başladılar. Uğurlu Məhəmmədin Sultan II 
Mehmetin qızından olan oğlu 
Sultan Əhməd 
Osmanlı dövlətinin köməyi ilə 
1497-ci ildə Rüstəm Mirzəni hakimiyyətdən uzaqlaşdırdı. Osmanlı dövləti bu 
yolla Azərbaycan taxt - tacını ələ keçirmək istəyirdi. Tarixdə 
Gödək Əhməd 
kimi tanınan bu Sultanın çox qısa, yeddi aylıq hakimiyyəti dövründə bir sıra 
mühüm islahatlar keçirildi. İlk növbədə mərkəzdənqaçma meyillərinin qarşısım 
almaq üçün 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin