Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 18. Səfəvi hökmdarı I Şah Abbasın dövründə Azərbaycan dövlətinin



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə82/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   78   79   80   81   82   83   84   85   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 18. Səfəvi hökmdarı I Şah Abbasın dövründə Azərbaycan dövlətinin 
yenidən güclənməsi. I Şah Abbas və onun varislərinin daxili və xarici 
siyasəti. 
I Şah Abbasın islahatları 
Azərbaycan dövlətinin yenidən güclənməsi Səfəvi hökmdarı I Şah 
Abbasın adı ilə bağlıdır. Daxili çəkişmələr və xarici hücumların dövlətimizin 
qüdrətini sarsıtdığı çox ağır şəraitdə cəsur və vətənpərvər Mürşüdqulu xan 
Ustadı başda olmaqla türk qızılbaş əmirləri Abbas Mirzəni şahlıq taxtına 
çıxartdılar. I Şah Abbas (1587 - 1629) dövlətimizin əvvəlki qüdrətini bərpa 
etmək, qızılbaş əyanlarının özbaşınalığına son qoymaq və itirilmiş torpaqlan 
geri qaytarmaq məqsədi ilə inzibati idarə sistemi, ordu quruculuğu və sosial - 
iqtisadi sahələrdə islahatlar keçirdi. Şah qızılbaş əyanlarının özbaşınalığına son 
qoymaq üçün silah gəzdirməyin yalnız qızılbaşlara məxsusluğu qaydasını ləğv 
edərək digər xalqlara da silah saxlamaq hüququ verdi. Şah Abbas tayfa başçı 
vəzifəsinin irsən ötürülməsi qaydasını da ləğv etdi. Bundan sonra çox böyük 
səlahiyyət sahibi olan bu vəzifə yalnız şahın etimadını qazanan şəxslərə etibar 
olunurdu. Şah mərkəzi hakimiyyətə tabe olmayan nüfuzlu qızılbaş əmirlərini 
vəzifələrdən uzaqlaşdıraraq gənc əmirlərlə əvəz elədi. Bəzi qeyri - türk 
əsilzadələri də vəzifəyə gətirdi. Kiçik yaşlarında saraya gətirilib 
müsəlmanlaşdınlan gürcü, çərkəz və digər etnik kökdən olan qulamlann 
nümayəndələrini də idarə işinə cəlb etdi. I Şah Abbas belə bir daxili siyasət 
yeritməklə Səfəvi dövlətinin milli - etnik mahiyyətini dəyişmək məqsədindən 
uzaq idi və onun ümumiyyətlə belə bir məqsədi olmamışdır. Əksinə Səfəvi 
imperatorluğunun qeyri - türk əhali yaşayan bölgələrinə Azərbaycan türklərini 
köçürürdü. Həmin vilayətlərdə qeyri - türk yerli sülalələri hakimiyyətdən 
uzaqlaşdırıb yerinə türk əmirləri təyin edirdi. Mötəbər qaynaq olan 1628-ci il 
siyahısında adı yazılan 76 əmirdən 54-ü türk, 15-i türk qızılbaşlığı qəbul etmiş 
və türk dilindən başqa heç bir dili 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin