bilməyən qulam
idi.
Göründüyü kimi, I Şah Abbasın dövründə Səfəvilərin
idarə quruluşunda vəzifə tutan əmirlərin 72%-ə yaxımnı türk əsilzadələri təşkil
edirdi. Bu
da Səfəvi idarə sistemində
türklərin üstün və aparıcı yer
tutduğunu
aydın şəkildə göstərir.
I Şah Abbas ordu quruculuğuna xüsusi diqqət yetirirdi. XVI əsrin 90- cı
illərinin əvvəllərində ordunun yenidən qurulması məqsədi ilə başladılan
hərbi
islahat
1598-ci ildə başa çatdınimışdı. I Şah Abbas ilk növbədə
qızılbaş tayfa
qoşunlarının yenidən təşkilinə
başladı.
Bir tayfa - bir qoşundur
prinsipindən imtina edildi və müxtəlif
tayfalardan ibarət olub,
çerik
adlanan
qızılbaş qoşunu yaradıldı. Dövlətimizin əsas hərbi qüvvəsini təşkil edən
Qızılbaş silahlı dəstələri
XVI əsrin son onilliklərində öz əvvəlki vəziyyətində
deyildi. Bəzi hallarda mərkəzləşdirilmiş dövlətin möhkəmləndirilməsi yolunda
əngələ çevrilirdi. 1593-cü ildə hərbi çağınş zamanı müxtəlif
bəhanələrlə bir çox
qızılbaş hərbi dəstələrinin şah qərargahına gəlməkdən imtina etməsi I Abbasın
çox sərt tədbirlər görməsinə səbəb olmuşdu. Şah belə bir göstəriş verdi ki,
bundan sonra bütün hərbiçilər ölkənin müdafiəsinə və dövlətin müstəqilliyinin
qorunmasına hazır olmalıdır. Bu işdə lənglik göstərən ölüm cəzasına məhkum
edilməli, əmlakı isə müsadirə olunmalı idi. Bu tədbirin
təsiri o qədər güclü oldu
ki, bütün qızılbaş tayfalan, hətta rəsmi çağırış
gözləmədən dərhal süvari və
piyada qüvvələrində xidmət etmək üçün toplantı yerinə gəlirdilər. Şah Abbas
XVII əsrdə də əsas qoşun növü olan qızılbaş dəstələrinin yenidən təşkilini başa
çatdırdı. XVI əsrdə Səfəvi ordusunda odlu silahdan - tüfəngdən istifadə edilsə
də, ayrıca tüfəngçilər qoşun növü yox idi. Şah Abbasın göstərişi ilə
Dostları ilə paylaş: