Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə83/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   79   80   81   82   83   84   85   86   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

129 


bilməyən qulam 
idi. Göründüyü kimi, I Şah Abbasın dövründə Səfəvilərin 
idarə quruluşunda vəzifə tutan əmirlərin 72%-ə yaxımnı türk əsilzadələri təşkil 
edirdi. Bu da Səfəvi idarə sistemində 
türklərin üstün və aparıcı yer 
tutduğunu 
aydın şəkildə göstərir. 
I Şah Abbas ordu quruculuğuna xüsusi diqqət yetirirdi. XVI əsrin 90- cı 
illərinin əvvəllərində ordunun yenidən qurulması məqsədi ilə başladılan 
hərbi 
islahat 
1598-ci ildə başa çatdınimışdı. I Şah Abbas ilk növbədə 
qızılbaş tayfa 
qoşunlarının yenidən təşkilinə 
başladı. 
Bir tayfa - bir qoşundur
prinsipindən imtina edildi və müxtəlif tayfalardan ibarət olub
çerik 
adlanan 
qızılbaş qoşunu yaradıldı. Dövlətimizin əsas hərbi qüvvəsini təşkil edən 
Qızılbaş silahlı dəstələri 
XVI əsrin son onilliklərində öz əvvəlki vəziyyətində 
deyildi. Bəzi hallarda mərkəzləşdirilmiş dövlətin möhkəmləndirilməsi yolunda 
əngələ çevrilirdi. 1593-cü ildə hərbi çağınş zamanı müxtəlif bəhanələrlə bir çox 
qızılbaş hərbi dəstələrinin şah qərargahına gəlməkdən imtina etməsi I Abbasın 
çox sərt tədbirlər görməsinə səbəb olmuşdu. Şah belə bir göstəriş verdi ki, 
bundan sonra bütün hərbiçilər ölkənin müdafiəsinə və dövlətin müstəqilliyinin 
qorunmasına hazır olmalıdır. Bu işdə lənglik göstərən ölüm cəzasına məhkum 
edilməli, əmlakı isə müsadirə olunmalı idi. Bu tədbirin təsiri o qədər güclü oldu 
ki, bütün qızılbaş tayfalan, hətta rəsmi çağırış gözləmədən dərhal süvari və 
piyada qüvvələrində xidmət etmək üçün toplantı yerinə gəlirdilər. Şah Abbas 
XVII əsrdə də əsas qoşun növü olan qızılbaş dəstələrinin yenidən təşkilini başa 
çatdırdı. XVI əsrdə Səfəvi ordusunda odlu silahdan - tüfəngdən istifadə edilsə 
də, ayrıca tüfəngçilər qoşun növü yox idi. Şah Abbasın göstərişi ilə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin