Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə86/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

mahal hakimləri 
idarə edirdilər. 
Şəriət məhkəmələrinə 
qazılar 
rəhbərlik edirdilər. Şəriət məhkəməsində 
baş qazının hökmü ilə cinayət işinin başlanmasına fətva veriləndən sonra, hətta 
şahın belə, məhkəmə prosesini dayandırmaq və onun işinə müdaxilə etmək 
hüququ yox idi. Şəhərləri idarə edən məmur 
kələntər 
adlanırdı. Kələntərə tabe 
olan 
darğa 
şəhərdə asayişin qorunmasına və şəriət qanun - qaydalarına düzgün 
əməl olunmasına cavabdeh idi. 
XVI - XVII əsrlərdə Səfəvilərin silahlı qüvvələrinin təşkili qaydasına 
görə 
ordu 
iki hissədən ibarət idi. 
1.
Dövlətə tabe olan qoşun (bəylərbəyilərin və digər vilayət hakimlərinin 
nəzarətində olan hərbi dəstələr və qorçu alayları) 
2.
Şaha tabe olan qoşun (tüfəngçilər, qulamlar və topçu alaylan) 
Sosial-iqtisadi həyat 
Kənd təsərrüfatı*
XVI əsrdə Azərbaycan torpaqlarımn vahid dövlətdə 
birləşdirilməsi, möhkəm dövlət idarə sisteminin qurulması və vahid iqtisadi 
siyasətin həyata keçirilməsi ölkənin təsərrüfat həyatının dirçəlməsinə səbəb 
olmuşdu. XVI - XVII əsrlərdə iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı, 
sənətkarlıq və ticarət təşkil edirdi. Kənd əhalisinin böyük hissəsi 
əkinçiliklə 
məşğul olurdu. Azərbaycanın demək olar ki, bütün bölgələrində dənli 
bitkilərdən buğda, arpa, düyü, paxla, darı, mərci, noxud və sair əkilirdi. Türk 
səyyahı 
Övliya Çələbi 
Təbriz mahalında 
7 növ buğda 
yetişdirildiyini qeyd 
etmişdi. Əkinçilik təsərrüfatının məhsuldarlığı birbaşa süni suvarma sisteminin 
vəziyyətindən asılı idi. Əkinlərin suvarılmasında çaylardan, kəhriz və 
quyulardan istifadə edilirdi. Övliya Çələbi Təbriz mahalında 900 kəhriz, çoxlu 
quyu və kanalların olduğunu qeyd etmişdi. Bu qədər bol su ehtiyatı da Təbrizin 
taxıl əkinlərini, bağ və bostanlarını suvarmağa kifayət etmirdi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin