Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə85/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   81   82   83   84   85   86   87   88   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 19. Səfəvilər dövründə 
Azərbaycanın dövlət quruluşu, sosial - iqtisadi və mədəni həyatı 
Səfəvilərin dövlət aurulusu,
Səfəvilər dövründə Azərbaycamn dövlət 
quruluşu qeyri - məhdud monarxiya idi. Dövlətin başında duran şah mütləq 
hakimiyyətə malik idi və hakimiyyət irsən ötürülürdü. Səfəvi şahlan Ərdəbil 
dərviş ordeninin irsi başçıları olmaqla dini hakimiyyətə də nəzarəti öz əllərində 
saxlayırdılar. Şahın yanında məşvərətçi orqan olan Ali Məclisin 12 üzvü var idi. 
Bu məclis mühüm, xüsusilə hərbi məsələlərin müzakirə edilməsi üçün 
çağırılırdı və şah yüksək rütbəli dövlət xadimlərinin təkliflərini nəzərə alırdı. 
Dövlətdə şahdan sonra baş vəzir gəlirdi və yüksək mənsəbli bu məmur dövlətin 
daxili və xarici siyasətinə aid məsələlərin həllində mühüm rol oynayırdı. Şah 
tərəfindən ruhani idarəsinin başçısı təyin edilən sədr bütün dini və məhkəmə 
işlərinə, vəqf əmlakına nəzarət edirdi. Əmir-əl ümarə 
133 


(əmirlər əmiri) Ali Məclisin üzvü olub, müharibə dövründə silahlı qüvvələrin 
baş komandanı 
vəzifəsini daşıyırdı. 
Azərbaycan Səfəvi dövləti inzibati baxımdan 
13 bəylərbəyiliyə 
və 

valiliyə 
bölünmüşdü. 
XVI - XVII əsrlərdə bütün 13 bəylərbəyiliyin 
hamısının başçısı türk qızılbaş əyanlarından təyin olunurdu. 
Dörd 
valilikdən biri olub, Kartli - Kaxetin daxil olduğu Gürcüstan vilayətinin başçısı 
olan vali və bütün rəhbər heyət hökmən müsəlman dinini qəbul etməli idi. 
Bəylərbəyiliklərin və vilayətlərin başçıları şahın fərmanı ilə təyin olunurdu. 
Bəylərbəyi ona tapşırılan vilayətdə bütün sosial - iqtisadi, maliyyə və hərbi 
məsələləri həll etmək kimi çox böyük səlahiyyətlərə malik idi. O, vilayətdə 
qoşun dəstəsi saxlayırdı. Bəylərbəyilər XVI əsrin 30-cu illərinədək sultan
sonralar isə xan titulu daşıyırdılar. Bəylərbəyiliklər mahallara bölünürdü. 
Mahalları şah tərəfindən təyin olunan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin