Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə93/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ağır böhrana düşmüşdü. 
1716 - 1718-ci illərdə Azərbaycan. Səfəvi 
dövlətində olmuş rus elçisi A.Volmski ölkədəki acınacaqlı vəziyyət haqqında 
yazırdı: ”Əslində onların şahının hakimiyyətinin təkcə adı qalmışdır. Tamahkar 
hakimlər meyvələri özlərinə götürüb, dövlətə isə yarpaqlarını verirlər. 
Səfəvilərin taxıl anbarı olan Azərbaycanda tarlalar 7 il əkilməmiş qalmış 
və ölkədə aclıqdır.” 
Zəruri ərzaq məhsullarımn bahalığı şəraitində ölkəni 
bürümüş aclıq nəticəsində əhali kütləvi şəkildə qırılırdı. Azər 
146 


baycanı bütün dünyada tanıdan və xəzinəyə böyük gəlir gətirən xam ipəyin 
keyfiyyəti o qədər pisləşmişdi ki, xarici ticarət şirkətləri hökumətə öz 
narazılıqlanm bildirirdilər. Sansonun yazdıqma görə holland ticarət şirkəti hər il 
Səfəvilərdən 300 tay xam ipək alırdı. İndi hollandlara təklif olunan xam ipəyin 
keyfiyyəti o qədər aşağı idi ki, ondan yalnız qoşqu atı üçün ip hazırlamaq olardı. 
2.
Təsərrüfat əlaqələrinin pozulması nəticəsində şəhər sənətkarlığına 
böyük ziyan dəymişdi. Sənətkarlıq emalatxanalarında və dövlət karxanalarında 
(manufaktura) istehsalın həcmi, müxtəlif parçalar, xüsusilə ipək parçalar 
istehsalı azalmış və keyfiyyəti aşağı düşmüşdü. 
3.
Ölkənin büdcə və maliyyə - pul sistemi dağılma həddinə çatmış, 
əmtəə - pul dövriyyəsi tamamilə pozulmuşdu. Hələ XVII əsrin 80-ci illərində 
ölkəmizdə olmuş alman alimi Engelbert Kempfer Səfəvilərin çox böyük 
gəlirlərin daxil olduğu dövlət xəzinəsini dibi olmayan çəlləyə bənzətmişdi. İndi 
isə belə böyük həcmli dövlət xəzinəsinin iri əyanlar tərəfindən talan edilməsi 
nəticəsində ölkənin əsas qızıl ehtiyatı bəzək əşyalarına çevrilmişdi. Əcnəbi, 
xüsusilə hind tacirləri qızıl və gümüş pulları açıq və gizli şəkildə ölkədən 
çıxarıb aparırdılar. Bazar saxta pullarla dolmuşdu, dövlət isə saxta pul kəsənlərə 
qarşı mübarizədə tamamilə gücsüz idi. Vəziyyət elə bir biabırçı həddə çatmışdı 
ki. Şah Hüseyn (1694 - 1722) pul kəsmək üçün qiymətli metallar 
çatışmadığından sarayın bütün qızıl və gümüş qablanm yığmağı, hətta Şeyx Səfi 
məqbərəsindəki ata-babalarının qəbirləri üzərində olan qızıl və gümüş bəzəkləri 
çıxartmağı əmr etmişdi. Xarici müəllif Sanson həmin dövrdə pul dövriyyəsinin 
vəziyyətini belə təsvir etmişdi: “Pul sisteminin pozulması o həddə çatmışdı ki, 
heç kəs öz malını mis pula satmaq istəmirdi”. Ölkənin gömrük sisteminin 
bərbad vəziyyətə düşməsinin ağır nəticəsi idi ki, xarici, xüsusilə hind kapitalı 
daxili ticarət sahəsinə soxulmuşdu və nəzarətsizlik şəraitindən istifadə edərək 
qiymətli metallar mütəşəkkil şəkildə ölkədən çıxarılırdı. Bu da öz növbəsində 
iqtisadiyyatın vəziyyətinə öldürücü təsir göstərir və xarici kapital Səfəvi 
imperiyasının orqanizmini zəli kimi sorurdu. 
4.
Kənd təsərrüfatı istehsalının pozulması, şəhər kustar sənayesinin 
tənəzzülü və pul dövriyyəsinin dağılması ölkənin daxili və xarici ticarətinə 
mənfi təsir göstərirdi. Ölkə ixracatının əsas məhsulu sayılan ipək ticarəti 
azalmış, Qərbi Avropa ölkələri ilə ticarətdən xəzinəyə daxil olan gömrük 
rüsumlarının miqdarı 2,4 dəfə azalaraq 24 min tüməndən 10 min tümənə 
düşmüşdü. 
5.
Ölkədə sələmçilik çiçəklənmə dövrünü yaşayırdı. Səfəvi impe- 
ratorluğunda sələmçi kapitalın əsas nümayəndəsi kimi, demək olar ki, 
Azərbaycanın bütün şəhərlərində kök salmış hind tacirləri çıxış edirdilər. 
Tavernyenin yazdığına görə, verdikləri borc pulun müqabilində 30%, hətta 
bəzən daha çox sələm götürən insafsız hind tacirləri burada çoxlu adamı 
müflisləşdirərək dilənçi vəziyyətinə salmışdılar. 
147 


6.
Bu dövrdə Azərbaycan elmi - texniki səviyyəsinə görə Qərbi Avropa 
ölkələrindən çox geri qalırdı. XVII əsrdə Avropanın qabaqcıl ölkələrində 
istehsal manufaktura mərhələsinə daxil olmuş, kapitalist münasibətləri 
yaranmış, elm və texnika sahələrində irəliyə doğru böyük addımlar atılmış, 
manufaktura şəraitində əmək bölgüsü dərinləşmiş, əmək alətləri təkmilləşmiş, 
su çarxı sənaye istehsalında universal mühərrikə çevrilmişdi. Qərbin əsas elmi - 
texniki nailiyyətlərinə yiyələnmək üçün Azərbaycanda göstərilən ayrı-ayrı 
cəhdlər bir nəticə verməmişdi. İstehsalın texniki cəhətdən təşkili sahəsində 
Azərbaycan dövləti ilə Qərbi Avropa arasında olan məsafə ildən - ilə artırdı. Bu 
da ölkə iqtisadiyyatına mənfi təsir göstərir və yerli istehsal xarici malların 
rəqabətinə davam gətirə bilmirdi. 
7.
Bu dövrdə cəmiyyət həm də mənəvi - ideoloji böhran keçirirdi. Şiə 
ruhanilərin xalqa təbliğ etdiyi fanatizm ideyası, tərki - dünya həyat tərzinə 
çağınş, bu dünyamn qayğılarından uzaqlaşaraq “ o biri dünyanın” qay- ğılan ilə 
yaşamağa çağırış insanlar arasında ətalətə və fəaliyyətsizliyə gətirib çıxanrdı. 
Nəticədə ictimai istehsalın təşkili pozulur və məhsuldar qüvvələrin tənəzzülü 
dərinləşirdi. 
8.
Xalq kütlələrini “o biri dünyanın” qayğılan ilə yaşamağa yönəldən 
hakim zümrə, ruhanilər və dövlət məmurları həddindən artıq bədxərclik edir, 
dəbdəbəli və firavan həyat sürürdülər. Tavernye hakim zümrənin dəbdəbəli 
həyatı ilə bağlı yazırdı ki, burada əsilzadələrin, hətta atlarının yəhəri qızıldan və 
gümüşdəndir və onlar saraylarında çoxlu nökər saxlayırdılar. 
9.
Azərbaycanın iqtisadi tənəzzülü yalnız daxili amillərlə deyil, həm də 
xarici səbəblərlə bağlı idi. XV əsrin ikinci yarısı - XVII birinci yarısında böyük 
coğrafi kəşflərlə əlaqədar dünya ticarət yolları öz istiqamətini dəyişərək Aralıq 
dənizindən Atlantik və Hind okeanlarına keçmişdi. Dünya ticarətində 
hegemonluq İtaliyadan Portuqaliya, Niderland və İngiltərəyə keçdikdən sonra 
Aralıq dənizinin şərq sahillərindəki liman şəhərlərinin ticarət əhəmiyyəti xeyli 
azalmışdı. Bu da Şərqlə Qərbi birləşdirən əsas karvan yolları ilə aparılan ticarətə 
böyük zərbə vuraraq son nəticədə Azərbaycanın və bütövlükdə Ön Asiya 
ölkələrinin iqtisadi tənəzzülünün əsas səbəblərindən birinə çevrilmişdi. 
XVIII
əsrin ilk onilliklərində xalq kütlələri vergi zülmünə və sosial 
ədalətsizliyə qarşı dəfələrlə üsyana qalxmışdılar. Beləliklə, XVII əsrin sonu - 
XVIII əsrin əvvəllərində ölkəmizi iqtisadi böhran bürümüşdü. Bundan qonşu 
Rusiya və Osmanlı dövlətləri istifadə edərək XVIII əsrin 20 - 30-cu illərində 
Azərbaycanın böyük hissəsini Osmanlı dövləti, Xəzərboyu bölgələri isə Rusiya 
ələ keçirtmişdi. Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736 - 1747) bir sıra 
iqtisadi islahatlar həyata keçirilsə də, ağır vergi zülmü və müharibələr şəraitində 
ölkəmizin iqtisadiyyatının inkişafını təmin etmək mümkün olmadı. 
XVIII
yüzilliyin əvvəllərində Azərbaycanın 
beynəlxalq rəqabət meydanına çevrilməsi 
148 


XVIII
yüzilliyin əvvəllərində Səfəvi hökmdan Şah Hüseynin (1694 - 
1722) yantmaz daxili və xarici siyasəti nəticəsində Azərbaycan dövləti özünün 
ağır və dərin tənəzzül dövrünü yaşayırdı. Dövlət gəlirlərinin azalması şəraitində 
1698 - 1701-ci illərdə keçirilən vergi islahatı ilə bütün əhali, hətta dini 
müəssisələr və səyyahlar üzərinə vergi qoyulmuş və bütövlükdə vergilər 3 qat 
artırılmışdı, tri saray əyanları tam sərbəst hərəkət edir və sələmçi kapitalla bağlı 
olan siyasi dairələr isə dövləti içəridən dağıtmaqla məşğul idilər. İdarəçilikdə 
özbaşınalıq o dərəcədə artmışdı ki, vəzifəli şəxslər tez-tez dəyişdirilir, bir il 
ərzində eyni şəhərə bəzən bir və ya iki hakim təyin edilirdi. Pulla vəzifəni satın 
alan hakimlər yerlərdə əhalini soyub-talamaqdan başqa heç bir işlə məşğul 
olmurdular. Şah isə bütün dövlət işlərini vəzirlərinə tapşıraraq bütün gününü ya 
əyləncədə, ya da ibadətdə keçirirdi. 1717-ci ildə İsfahanda şah sarayında olmuş 
rus elçisi Artemi Volmski yazırdı: “Şah suveren olsa da, indi onun 
hakimiyyətinin təkcə adı qalmışdır. Ona çox az adam qulaq asır.” 
Səfəvilərin əsas taxıl anban olan Azərbaycanda 7 il dalbadal quraqlıq 
olduğundan ölkəni aclıq bürümüşdü. Səfəvi imperatorluğunun bütün 
bölgələrini, 0 cümlədən Azərbaycam mərkəzi hakimiyyətə qarşı üsyan və 
çıxışlar bürümüşdü. 1707 - 1709-cu illərdə Təbriz, Şirvan və Carda silahlı 
çıxışlar baş verdi. 1711-ci ildə Carda Əli Sultanın başçılığı ilə başlayan üsyam 
yatırmaq üçün şah tərəfindən göndərilən Şamaxı və Gəncə bəylərbəyilərinin 
qüvvələri üsyançılara məğlub olmuş, 15 minlik qoşuna malik Şirvan bəylərbəyi 
üsyançılarla döyüşdə öldürülmüşdü. Azərbaycanın şimal torpaqlarmda gedən 
proseslərə nəzarəti itirən Şah Sultan Hüseyn Dağıstamn baş hakimi 
Qazıqumuxlu Surxay xana 1720-ci ildə pul göndərərək qoşun yığıb, üsyanlan 
yatırmağı ona tapşırmışdı. Ancaq Qubanın Dədəli kəndinin sakini və bütün 
şimal - şərqi Azərbaycan torpaqlarının ali dini başçısı Hacı Davud Surxay xam 
öz tərəfinə çəkərək Şirvan torpaqlarını Səfəvilərin nəzarətindən çıxarmaq kimi 
əsas niyyətini həyata keçirməyə başladı. 1721-ci ildə Şirvanda mərkəzi 
hakimiyyətə qarşı baş vermiş üsyandan istifadə edən Hacı Davud və Surxay xan 
qoşunla hücuma keçərək Şamaxını tutdular. Şamaxı uğrunda gedən savaşda 
xarici, xüsusilə rus tacirləri böyük ziyan gördülər. Rus tacirləri öldürüldü və 
onlann 4 milyon manatlıq malı üsyançılarm əlinə keçdi. Bu üsyan Şirvanda 
hakimiyyətin Hacı Davudun əlinə keçməsi ilə nəticələndi. 
Çıxılmaz vəziyyətə düşən Şah Sultan Hüseynin müsəlmanlığı qəbul 
etdiyinə görə Hüseynqulu xan adlandırılan Gürcüstan valisi VI Vaxtanqı Səfəvi 
ordusunun baş komandanı təyin etməsi də ümidləri doğrultmadı. VI Vaxtanq 
üsyanları yatırmaq bəhanəsilə 1722-ci ildə Gəncə şəhərini soyub talamış və hələ 
üstəlik Rusiya dövləti ilə Səfəvilərə qarşı gizli damşıqlara başlamışdı. 
Mərkəzi dövlət hakimiyyətinin çökməsinin ən bariz əlaməti o zaman 
üzə çıxdı ki, şahın dəfələrlə vilayət hakimlərinə çağınş etməsinə baxmayaraq, 
Qəzvində hərbi toplantıya yığılan qızılbaş ordusunun sayı heç 1100 nəfəri 
149 


keçmədi. Belə vəziyyətdən Səfəvilərə tabe olan əfqanlar dərhal istifadə etdilər. 
1722-ci ilin martın 8-də Mahmudun başçılığı ilə əfqanlar Gülnabad 
yaxınlığında Səfəvi ordusunu məğlubiyyətə uğratdılar və 6 aylıq mühasirədən 
sonra paytaxt şəhəri İsfahanı ələ keçirdilər. Şah Sultan Hüseyn əsir düşərək taxt 
- tacdan imtina etməyə məcbur oldu. Səfəvilərin hakimiyyətinin süqut həddinə 
çatması ilə Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda çox ciddi bir 
“siyasi boşluq” yarandı. Nəticədə ölkəmiz qonşu dövlətlərin, xüsusilə Rusiya və 
Osmanlı imperiyalarının rəqabət meydanına çevrildi. 
I Pyotrun Xəzərsahili vilayətlərə işğalçı yürüşü Cənubi 
Qafqazdakı xalqların əksəriyyəti ilə Osmanlı dövlətini soykök və din birliyi 
yaxınlaşdırırdı və bu dövlət bölgədə ənənəvi nüfuz və təsir gücünə malik idi. 
Rusiyaya gəlincə, bu təcavüzkar imperialist dövlətin həm daxili, dəm də xarici 
siyasəti antitürk və antimüsəlman səciyyə daşıyırdı və Cənubi Qafqaz 
bölgəsində elə bir ciddi nüfuz sahibi deyildi. Bu dövlət türk və müsəlman 
xalqlarına qarşı öz məkrli siyasətinə gürcüləri və tarixi torpağımız İrəvanda 
yerləşən Eçmiədzin ( Oçkilsə ) erməni kilsəsini alət etməyə çalışırdı. Erməni 
kilsəsi I Pyotrla gizli əlaqələr saxlayır, Rusiyamn bölgədə “xilaskar” obrazını 
yaradır, əhalini rusların xristian xalqlarım müsəlmanlann əsarətindən xilas 
edəcəyinə inandırmağa çalışırdı. Daima müsəlman imperatorluqlanmn 
tərkibində öz varlığım, dilini və dinini saxlayan gürcülər və azlıqda olan 
ermənilər indi nankorcasma düşmən tərəfə keçərək Rusiyanın himayəsində 
üstün mövqe qazanmağa çalışırdılar. Məsələn, Səfəvidən "Azərbaycan 
bəylərbəyi" titulu almış VI Vaxtanq Rusiya ilə belə bir gizli plan qurmuşdu ki, 
Pyotrun bölgəyə basqını baş tutanda o, Azərbaycamn işğalını asanlaşdırmaq 
üçün qoşunla Şamaxıya hərəkət edib, orada Rusiyanın quru hərbi qüvvələri ilə 
birləşməli idi. 
I Pyotrun başçılıq etdiyi Rusiya dövləti Qafqazın və Xəzər hövzəsinin 
işğalı ilə bağlı çox ciddi hərbi planlar hazırlamışdı. Rusiyanın 1715 - 1717-ci 
illərdə A.Volmskinin başçılığı ilə Səfəvi sarayına göndərdiyi elçilik 
dövlətimizin hərbi - siyasi vəziyyəti, müdafiə qabiliyyəti, ordusu, qalalan, dəniz 
donanması və limanları haqqında çox əhatəli kəşfiyyat məlumatları toplayaraq I 
Pyotra göndərmişdi. 1718-ci ildə elçi A.Volmskinin Pyotrla görüşündə verdiyi 
hesabat isə daha qorxunc idi. Elçi bildirmişdi: “Səfəvilərin dövləti dağılmaq 
üzrədir, əgər təcili hətta, az qüvvə ilə savaşa başlasaq, onun torpaqlarının bir 
hissəsini zəbt etmək olar.” 
I Pyotr Səfəvilər üzərinə hərbi yürüşü 1723-cü ilə planlaşdırmışdı və 
buna ciddi hazırlıq gedirdi. Ancaq əfqanlar tərəfindən 1722-ci ildə İsfahanın 
tutulması bu işi sürətləndirdi. Yürüşdə I Pyotrun əsas məqsədi Xəzər dənizinə 
çıxaraq onun sahilboyu ərazilərini işğal etməkdən, öz sənayesi üçün bölgənin 
təbii sərvətlərini, xammal qaynaqlarını ələ keçirtməkdən və Volqa - Xəzər 
ticarətində üstünlük qazanmaqdan ibarət idi. 
1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət donanma 
150 


(gəmilərdə 5 min dənizçi və 22 min piyada var idi) və quru qoşunu ilə birlikdə 
106 minlik hərbi qüvvə ilə Xəzərboyu bölgələrə yürüşə başladı. I Pyotr öz 
işğalçılıq məqsədini gizlətmək üçün Səfəvi sarayına bildirdi ki, ruslar 
Xəzərboyu bölgələrə və xüsusilə Şamaxıya Səfəvi ilə müharibə aparmaq üçün 
deyil, Şirvanda Hacı Davudun başçılıq etdiyi qiyamçıları cəzalandırmaq və 
bununla öldürülmüş rus tacirlərinin qisasım almaq üçün gəlir. Səfəvilər 
Xəzərboyu torpaqları Rusiyaya güzəştə gedərsə, rus hökuməti osmanlıların bu 
torpaqlara daxil olmasının qarşısını almaqda şaha köməklik göstərəcəkdir. I 
Pyotr 1722-ci ildə türk dilində tərtib etdiyi manifestdə öz yürüşü zamanı 
əhalinin təhlükəsizliyinin və onların əmlaklarının toxunulmazlığının 
qorunacağına söz verir, xüsusilə xristianlara onlan müsəlmanların zülmündən 
qurtaracağını vəd edirdi. Dərbənd istiqamətində hərəkət edən rus qoşunları çox 
böyük amansızlıqla və qəddarlıqla 7 kəndi yandıraraq yer üzündən sildilər. 
Səfəvi ordusunun baş komandanı VI Vaxtanq ruslarla gizli əlaqədə olduğundan 
elə bir ciddi müqavimət göstərmədi və müqavimət yalnız ayrı-ayrı şəhər 
qarnizonlarının çıxışları ilə məhdudlaşırdı. Ruslann "yandırmaqla əhali 
içərisində qorxu yaratmaq" taktikası öz bəhrəsini verdi. Dərbənd şəhərinin bir 
qrup varlısını təmsil edən İmamqulu bəy müqavimət göstərmək tərəfdarlarımn 
əksinə olaraq 1722-ci ilin avqustun 23-də şəhərin açarlanm imperatora təqdim 
etdi və beləliklə, Dərbənd şəhəri dinc yolla ələ keçirildi. 
I Pyotrun şəxsən Bakı şəhərini ələ keçirmək arzusu reallaşmadı. Çünki 
Dərbənddən I Pyotrun Bakı istiqamətində yürüşünün başladığım eşidən Hacı 
Davud 10 minlik qoşunla Samur çayı sahilində mövqe tutdu. Xoşbəxtlikdən 
dənizdə bərk tufan qopdu və I Pyotrun ordusunun bütün ərzaq və sursat aparan 
gəmiləri suda qərq oldu. Ərzaq və sursat ehtiyatı yalmz bir aya çatardı. Əlavə 
ehtiyatların gətirilməsi uzun çəkə bilərdi, eyni zamanda Peterburqda sarayda 
fikir aynlıqları və Osmanlı dövlətinin Qafqaz məsələsində qəti etirazı I Pyotru 
sentyabrın 5-də Dərbənddə qarnizon qoyaraq ordusunu Həştərxana geri 
çəkməyə məcbur etdi. I Pyotr öz yerinə təyin etdiyi general M.A.Matyuşkinə 
Bakını ələ keçirməyi tapşıraraq Peterburqa qayıtdı. 
I Pyotrun yürüşü dayandırmasmdan xəbərsiz olan VI Vaxtanqm 
başçılığı altında 30 min nəfərlik gürcü - erməni birləşməsi Rusiya ilə 
qabaqcadan razılaşmaya uyğun olaraq sentyabnn 18-də yürüşə başlayıb, Gəncə 
ətrafında düşərgə saldı. VI Vaxtanq rusların geri çəkilməsi xəbərini alan kimi 
qorxuya düşərək Tiflisə döndü. 1722-ci ildə Səfəvi taxtına çıxan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin