Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə101/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   97   98   99   100   101   102   103   104   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

İbrahimxəlil xan 
müəyyən dövrlərdə öz nüfiızunu 
Naxçıvan 
və 
Təbriz 
xanlıqlarına 
yaya bilmişdi. İbrahimxəlil xan 
Rusiya 
ilə də diplomatik əlaqələr 
saxlayaraq rusların Qarabağ xanlığı ərazisində “erməni çarlığı” yaratmaq 
cəhdlərinin qarşısını almışdı. İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı o 
dərəcədə güclənmişdi ki, tam müstəqil xarici siyasət yeridirdi. İbrahimxəlil xan, 
nəinki Kərim xan Zənd, hətta Ağa Məhəmməd xan Qacardan belə çəkinmirdi. 
Qonşuluqda olan iki güclü - Rusiya və Osmanlı dövlətləri özlərinin Qafqaz 
siyasətində bu xanlığın gücünü və nüfuzunu hökmən nəzərə almalı olurdular. 
Qarabağ xanlığının ərazisi 21 mahala bölünmüşdü. Qarabağ çox böyük 
hərbi qüvvəsi olan xanlıqlardan biri idi. Xan savaşa çıxdıqda 10 mindən 15 
minədək döyüşçü toplaya bilirdi. Qoşunun tərkibində atlı, piyada, tüfəngçi və 
topçu hissələri var idi. 
Mirzə Camalın 
yazdığına görə Qarabağın bütün elləri 
adlan dəftər və siyahıda yazılmış 
atlı qoşundan 
ibarət idi. Qeyri - nizami çəriklə 
yanaşı, xanın daimi hərbi qulluqçulardan ibarət 
qvardiyası 
da fəaliyyət 
göstərirdi. Xanlıqda 
pənahabad 
adlanan gümüş pul kəsilirdi. Xanın 
164 


yanında fəaliyyət göstərən məşvərətçi orqan divanxana adlanırdı. Divanxana 
xanın yaxın əyanlarından və nüfuzlu müsəlman din xadimlərindən təşkil 
olunmuşdu. 
Bakı xanlığı,
Bakı xanlığının əsası 1747-ci ildə Mirzə Məhəmməd xan 
(1747 - 1768) tərəfindən qoyulmuşdu. 39 kənddən ibarət olan xanlığın mərkəzi 
Bakı şəhəri idi. Xanlıqda bütün inzibati, maliyyə, hərbi və məhkəmə 
hakimiyyəti xanın əlində cəmləşmişdi. Xan xanlığı öz malikanəsi kimi idarə 
edirdi. Bakı xanlığında idarəetmə aparatı digər xanlıqlarla müqayisədə kiçik 
olması ilə fərqlənirdi. Xamn yanında fəaliyyət göstərən divanda müharibə, sülh 
və digər mühüm dövlət əhəmiyyətli məsələlər müzakirə olunurdu. 
Neft quyulan, bazarlar, dükanlar xan tərəfindən iltizama verilirdi. Xamn 
neftin satışından gəliri ildə 40 - 50 min manata çatırdı. I Mirzə Məhəmməd xan 
iqtisadiyyatın dirçəldilməsi və Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi 
diqqət yetirirdi. Xanın yanında 500 nəfərdən çox olmayan daimi qoşun var idi. 
Əhali malcəhət (1/10), darğalıq, bayramlıq, toyxərci və s. kimi vergiləri 
ödəyirdi. 
Bakı hakimi Mirzə Məhəmməd xan Qubalı Fətəli xanın bacısı Xədicə 
Bikə ilə oğlu Məlik Məhəmmədi evləndirərək 1767-ci ildə Qubadan asılılığı 
qəbul etmiş və bu yolla öz hakimiyyətini qoruyub saxlaya bilmişdi. Məlik 
Məhəmməd xanın dövründə (1768-1784) də xanlıq Fətəli xandan aslı olaraq 
qalırdı. Bakı xanı Fətəli xanın ilk tələbi ilə qoşun verməli, müharibə vaxtı özü 
qoşunun başında təyin olunan yerə gəlməli və ordunu ərzaqla təmin etməli idi. 
Fətəli xan 1779-cu ildə Qarabağ xanlığı ilə “birgə dostluq ittifaqı” yaratmaq 
məqsədi ilə Məlik Məhəmməd xam Qarabağlı İbrahimxəlil xanla danışıqlara 
göndərmişdi. 1784-cü ildə 11 yaşlı II Mirzə Məhəmmməd xan (1784-1791) 
taxta çıxdı. Bakı xanlığında faktiki hakimiyyət Fətəli xan və onun bacısı Xədicə 
Bikənin əlində idi. 1789-cu ildə Fətəli xamn ölümündən soma Bakı xanlığı 
asılılıqdan çıxdı. Xanlığın sonuncu hakimi olan Hüseynqulu xan (1792-1806) 
müstəqil siyasət yeridərək üzdə qubalı Şeyxəli xanla dostluq münasibətləri 
saxlayırdı. 
Gəncə xanlığı.
Xanlığın əsası 1747-ci ildə Qacar türk soyundan olan II 
Şahverdi xan Ziyadoğlu (1747-1768) tərəfindən qoyulmuşdu. Xanlığın mərkəzi 
Gəncə şəhəri idi. Bütün hakimiyyət xana məxsus idi və xanın adından burada pul 
kəsilirdi. Əhalidən malcəhət, bəhrə, darğalıq və s. vergilər toplanırdı. Eyni 
bəylərbəyiliyin tərkibindən çıxmış Gəncə və Qarabağ xanlıqları arasında ilk 
vaxtlar dostluq əlaqələri olsa da, Pənahəli xanın atdığı addımlar nəticəsində 
münasibətlər kəskinləşmişdi. 1759-1761-ci illərdə Şahverdi xan Qarabağ 
xanlığından asılı vəziyyətdə olmuşdu. Məhəmməd Həsən xanın dövründə 
0768-1778) xanlığın iqtisadiyyatı, xüsusilə ipəkçilik xeyli inkişaf etmişdi. 
1780-ci ildə Kartli-Kaxetiya çarı II İrakli və Qarabağ hakimi İbrahimxəlil 
xanın birləşmiş qüvvələri Gəncəni ələ keçirdilər. Gəncə xanlığını qaliblərin 
təyin etdikləri iki nümayəndə idarə etdiyindən xanlıqda ikiha- 
165 


kimiyyətlilik yaranmışdı. 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan oldu və hər 
iki hakim Gəncədən qovuldu. 1784-cü ildə II İraklinin rus qoşunu ilə birlikdə 
Gəncəyə hücumunun qarşısı dağlı hakimlərinin köməyi ilə alınmışdı. 
1786-cı ildə hakimiyyətə gələn Cavad xan (1786-1804) II İrakli və 
Qarabağ hakimi İbrahim xana müəyyən məbləğdə xərac verməyə razı olsa da, 
1795-ci ildə xərac göndərilməsini dayandırmışdı. Cavad xan əsas düşməni 
Kartli - Kaxetiyanı sıradan çıxartmaq məqsədilə Ağa Məhəmməd xan Qacarın 
gücündən istifadə etməyə çalışırdı.Cavad xan Qacarın 1795-ci ildə Tiflisə 
yürüşü zamanı ona qoşun və ərzaqla köməklik göstərmişdi. Cavad xan Nadir 
şahın Kartli çarlığının idarəsinə verdiyi Şəmşəddil və Borçalı mahallarım geri 
almaq məqsədilə gürcü şahzadəsi Aleksandrı himayə edirdi. Bu siyasət Gəncə 
xanlığı ilə Rusiya və Gürcüstan arasında münasibətlərin pisləşməsinə səbəb 
olmuşdu. 1797-ci ildə V.Zubovun başçılıq etdiyi rus qoşunları Azərbaycanı tərk 
edən kimi Cavad xan Qazax, Şəmşəddil və Borçalı mahallarını gürcülərdən geri 
almışdı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin