Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  Azərbaycanın şimal torpaqlannın Rusiya tərəfindən



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə109/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   105   106   107   108   109   110   111   112   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

178 


Azərbaycanın şimal torpaqlannın Rusiya tərəfindən 
işğalının birinci mərhələsinin başlanması 
Rusiva - Azərbaycan savastmn başlanması.
1801-ci il sentyabnn 12- də 
Rusiya imperatoru I Aleksandr (1801 - 1825) Kartli - Kaxetiyamn Rusiyaya 
birləşdirilməsi haqqında manifest verdi. Kartli - Kaxetiya ilə birlikdə 
Azərbaycamn Qazax, 
Borçalı Şəmşəddil və Pəmbək torpaqları 
da Rusiyanın 
tərkibinə qatıldı. Bununla Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən 
işğalı başlandı. 
Rusiya Qacar hökumətini qabaqlamaq və Azərbaycan xanlıqlanm öz 
siyasi təsiri altına almaq üçün ilk vaxtlar diplomatik addımlara üstünlük verərək 
Azərbaycanın şimal xanlarını Georgiyevsk şəhərində danışıqlara dəvət etdi. 
Xanların əksəriyyəti bu təklifi rədd etsələr də, 1802-ci il dekabrın 26-da Rusiya 
ilə 
Quba-Dərbənd 
(Şeyxəli xan Quba və Dərbəndin hakimi kimi müqaviləyə 
imza atmışdı) 
və Lənkəran 
xanlan, habelə Tarku şamxalı və Qaraqaytaq usmisi 
arasında müqavilə bağlandı. 12 maddədən ibarət olan 
Georgiyevski 
müqaviləsinə 
qoşulan xanlar və hakimlər könüllü olaraq Rusiyanın himayəsinə 
keçməklə, Qacarlar hücum edəcəyi təqdirdə birgə çıxış etməyə söz verirdilər. 
Müqavilədə Cənubi Qafqazda ticarətin genişləndirilməsi və Xəzər dənizi 
vasitəsilə ticarətin inkişaf etdirilməsi məsələləri də nəzərdə tutulmuşdu. Bu 
müqavilə əslində Rusiyanın işğalçılıq niyyətini pərdələyən dəyərsiz bir 
kağızdan başqa bir şey deyildi. Çünki onu imzalayanlar az sonra Qacarlann 
deyil, Rusiyanın təcavüzünə məruz qaldılar. Qacarlann isə Abbas Mirzənin 
başçılığı ilə göndərdiyi 
Azərbaycan ordusu 
şimal torpaqlarımızda rus işğalına 
qarşı savaş aparan əsas qüvvə idi. 
1803-
cü ildə Qafqazın baş komandanı təyin edilmiş general Sisia- 
novun başçılıq etdiyi rus ordusu 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin