Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə112/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   108   109   110   111   112   113   114   115   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Şimali Azərbaycana köçürülməsi
Daxili və xarici siyasəti antitürk və 
antimüsəlman səciyyə daşıyan Rusiya imperiyası Şimali Azərbaycamn işğalı 
prosesində və işğaldan sonra bölgədə özünə xristian dayağı yaratmağa çalışırdı. 
Maraqlıdır ki, Rusiya Cənubi Qafqaza, o cümlədən Azərbaycana yad, özgə 
xalqların köçürülməsinə ruslardan deyil, digər xristian xalqlardan başlamışdı. 
Napoleonun müharibələri və ağır feodal zülmü nəticəsində müflisləşib vətənini 
tərk edərək xilas yolunu müqəddəs torpağa-Qüdsə getməkdə görən 
Almaniyamn Vürtemberq əhalisi Qara dəniz sahillərində cəmləşmişdi. Alman 
kolonistləri rus hökumətindən Qüdsə getməkdə onlara köməklik göstərilməsini 
xahiş etmişdilər. Rusiya hökuməti əvvəlcə kolonistlər içərisində iş apararaq 
onları müqəddəs torpağa guya çox yaxın ərazidə yerləşən Cənubi Qafqaza 
köçürülmələrinə razı sala bilmişdi. 1818-ci ildən başlayaraq hökumət 
Vürtenberq kolonistlərinin 300 ailədən ibarət səkkizinci dəstəsini Yelizavetpol 
dairəsində iki alman koloniyası şəklində yerləşdirmişdi. Çar hökumət orqanları 
belə bir mülahizəni əsas götürmüşdülər ki, alman kolonistləri bölgədə «Avropa 
əkinçilik mədəniyyətinin yayılmasmda» mühüm rol oynayacaqdır. Bu iki 
koloniyanın yerləşdirilməsinə altı ayda Azərbaycanın gəlirləri hesabına 500 min 
manatdan çox xərc çəkilmişdi. Bizim əhaliyə heç bir yeni əkinçilik üsulları 
öyrətməyən kolonistlər onlara çəkilən xərcləri heç XIX əsrin 30-cu illərində də 
ödəyə bilməmiş, hərbi əməliyyatlar və taun xəstəliyi nəticəsində xeyli əhali 
itirərək müflis olmuşdular. Yelenendorf və Annenfeld adlanan koloniyalarında 
qalan 179 ailə üzərinə düşən borcun bir hissəsi 1832-ci ildə bağışlanmış və 
iyirmi il müddətinə onlar dövlət vergilərindən azad edilmişdilər. Amansız 
şəkildə xalqımızı istismar edən hökumət bölgəyə yad olan əhaliyə yerli xalqın 
gəlirləri hesabına hərtərəfli yardım göstərirdi. 
Şimali Azərbaycanın ayrı-ayrı bölgələrində xristian əhalidən ibarət sosial 
dayaq yaratmaq siyasətində çar hökuməti müxtəlif üsullardan istifadə edirdi. 
Məsələn, 1827-ci ildə Şəmşəddil və Qazax distansiyalarında müsəlman 
bəylərinin sahiblik etdikləri müsəlman kəndlərinin idarəçiliyi erməni 
189 


arxiyepiskopu Nersesin ixtiyarına yerilmişdi və buna qəti etiraz edən müsəlman 
əhali hökumətin bu addımından dəhşətə gəlmişdi. Çünki bu, Azərbaycan 
torpağında görünməmiş və tarixdə analoqu olmayan hadisə idi. 
Rusiya dövləti tarixi Azərbaycan torpaqlannı «erməni yurduna» çevirmək 
üçün istənilən addımı atır və dövlətin bütün hərbi, siyasi və maliyyə imkanlarını 
demək olar ki, bu işə səfərbər etmişdi. Qacar dövləti ilə bağlanmış Türkmənçay 
müqaviləsinin XV maddəsi ermənilərin köçürülməsi məsələsinə həsr 
olunmuşdu. Bu müqavilədən ən çox udan da ermənilər oldu. Çünki Türkmənçay 
müqaviləsi bağlananadək etnik qrup olan ermənilərin ayrıca bir vətəni yox idi və 
onlar dünyanın müxtilif ölkələrinə səpələnmişdilər. Əbəs yerə erməniləri bir 
xalq olaraq “Türkmənçayın övladları'' adlandırmırlar. 1828-ci il Türkmənçay və 
1829- cu il Ədimə müqavilələrindən sonra Qacar dövlətinin Azərbaycan 
vilayətindən 40 min, Osmanlı ərazisindən isə 84 min nəfərdən çox erməni 
əhalisi Şimali Azərbaycana köçürülərək İrəvan, Naxçıvan və Qarabağ 
torpaqlannda yerləşdirilmişdi. Bu işin əsas təşkilatçılanndan biri olan rus 
diplomatı A.S.Qriboyedov yazırdı: «ermənilərin ilk dəfə buraxıldıqları 
torpaqlara əbədi sahib duracaqlarından müsəlman əhalidə yaranacaq qorxunu 
aradan qaldırmaq və köçürmə nəticəsində düşə biləcəkləri ağır vəziyyətlə 
müsəlman əhalisini barışdırmaq məsələsi dəfələrlə müzakirə olunmuşdur». Rus 
tarixçisi N.N.Şavrov kütləvi erməni köçürmələrinin bölgədəki demoqrafik 
vəziyyətə təsiri ilə bağlı yazırdı: "müharibədən sonrakı iki ildə Zaqafqaziyaya 
Persiyadan (Qacardan - Red.) 40 min. Osmanlıdan 84 min nəfər erməni 
köçürmüş və onları ermənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol (Gəncə 
- Red.) quberniyalarında... yerləşdirmişik.... XX əsrin əvvəllərində 
Zaqafqaziyada yaşayan 1,3 milyon nəfər erməninin bir milyonu diyarın yerli 
sakinləri 
olmayıb, 
bizim 
(yəni 
ruslar 

Red.) 
tərəfimizdən 
məskunlaşdırılmışdır.^’ Şavrova görə, ermənilərə məskən salmaq üçün 
hökumət tərəfindən 200 min desyatin xəzinə torpağı aynimış və 
müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın 
alınmışdı. 
Dövlət səviyyəsində və ardıcıl həyata keçirilən erməni köçürmələri 
müsəlman-türk əhalinin yaşadığı torpaqlarda demoqrafik vəziyyətə çox kəskin 
şəkildə mənfi təsir göstərmişdi. 1823-cü il siyahıyaalmasma görə, Qarabağ 
əyalətinin xristian - erməni əhalisinin xüsusi çəkisi 8,4 %-dən 1832- ci ildə 34,8 
%-ə, 1897-ci il sayımma görə isə 53%-ə qalxmışdı. İşğaldan qabaq İrəvan 
xanlığının əhalisinin 78 %-dən çoxunu təşkil edən Azərbaycan türklərinin 
xüsusi çəkisi artıq 1834 - 1835-ci illərin rəsmi statistikasına görə 46 %-ə 
enmişdi. 
Köçürmələr nəticəsində dədə - baba torpaqlarımıza yiyələnən ermənilər 
Rusiya hökumətinin himayəsi altında ilk əvvəl bizi sıxışdırmağa, bizə qarşı 
ərazi iddialan ilə çıxış etməyə başladılar. Sonra isə elə bir məqsədyönlü 
190 


soyqırım və deportasiya siyasəti yeritdilər ki, bizə məxsus olmuş tarixi İrəvan 
torpağında, yəni indiki Ermənistanda bir nəfər də olsun azərbaycanlı 
qalmamışdır. 
Şimali Azərbaycan kəndlilərinin torpaqla təminatı qayğısına qalmayan 
və torpaqsız kəndlilərin öz doğma yurdunda onlara torpaq payı ayniması 
xahişini on illərlə qulaq ardına vuran rus hökumət orqanlan köçürüb gətirdiyi 
xristian əhalini çox yüksək səviyyədə himayə edirdi. Erməni əhalisi köçüb 
gələndən sonra 6 il ərzində bütün vergi və mükəlləfiyyətdən azad edilmiş və 
hətta Qacar hökumətindən alınan təzminatın bir hissəsi əlavə vəsait kimi onlar 
üçün ayrılmışdı. 
1830-cu il 20 oktyabr ali çar fərmanı ilə Rusiyanın mərkəzi 
quberniyalarından 4 il ərzində bidətçi sayılan təriqətlərə mənsub olduqlanna 
görə, rəsmi pravoslavlıq üçün təhlükəli sayılan 504 rus ailəsi (2522 nəfər) 
köçürülərək Azərbaycamn Şirvan və Qarabağ bölgələrində yerləşdirilmişdir. 
Təkcə Qarabağa köçürülən 39 təriqətçi ailəsinə yerləşmək üçün 160 desyatin, 
taxıl əkini və biçənək üçün 1000 desyatin torpaq sahəsi ayrılmışdı. Köçkün rus 
əhalisi bizim əhalinin hesabına ərzaq məhsullan ilə də təmin olunurdu. Çox 
zaman bidətçi rusların hökumət tərəfindən bəylərə məxsus yaylaq və 
qışlaqlarda bəylərin razılığı alınmadan yerləşdirilməsi maldarlıq təsərrüfatına 
böyük ziyan vurmuşdu. 
Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı üsyanlar 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin