Bakı-2021 Azərbaycan Səfəvi dövlətinin yaranması Səfəvilər dövləti



Yüklə 84,56 Kb.
səhifə1/6
tarix25.11.2022
ölçüsü84,56 Kb.
#70580
  1   2   3   4   5   6

Qərbi Kaspi Universitetinin kolleci

TƏLƏBƏ: Məmmədova Samidə


İXTİSAS: Maliyyə işi
Kurs: 1
QRUP: 811
FƏNN: Azərbaycan tarixi
Müəllim: Nəsibova Sevinc
SƏRBƏST İŞİN MÖVZUSU: Azərbaycan Səfəvi dövlətinin yaranması
Bakı-2021
Azərbaycan Səfəvi dövlətinin yaranması


Səfəvilər dövləti — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü AzərbaycanİranErmənistanİraqƏfqanıstan, qərbi Pa­kistanTürkmənistan, şərqi Türkiyə, şimal-şər­qi Hin­distan və Öz­bəkistan və Rusiya ərazilərini əhatə etmiş, tarixi Azərbaycanın varis olduğu dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayın­da Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir.Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: ŞamlıRumluMosul­lu, Pornak, Şey­xa­vənd,Çəp­niBa­yat, Xı­nıs­lı,Təkə­liBa­­harlıQa­ramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı,Ustaclı,ZülqədərƏfşar,QacarSəfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.
Dövlətin əsasının qoyulması
1501-ci ildə əsası Şah İsmayıl tərəfindən qoyulmuş Azərbaycan Səfəvi dövləti 1736-cı ilədək mövcud olmuş, XVIXVII yüzilliklərdə beynəlxalq münasibətlər sistemində önəmli yer tutmuş, Şərq-Qərb iqtisadi-siyasi əlaqələrinin qurulmasında mühüm rol oynamışdır.
Mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılmasına nail olmaqla sosial-iqtisadi inkişafın müxtəlif pillələrində olan, dil, mədəniyyət və din baxımından müxtəlif olan bir çox xalqları vahid dövlət hakimiyyətində birləşdirmiş, ölkədə iqtisadiyyatın və mədəniyyətin inkişafını daha da sürətləndirmişdir. Səfəvi dövlətinin mövcudluğu dövründə Azərbaycanın və Azərbaycan xalqının Yaxın və Orta Şərqdə ən güclü etnosiyası amil kimi tarix səhifəsində rolu artmış, xalqımızın müstəqillik və azadlıq ruhu daha da möhkəmlənmiş, qüdrətli və möhtəşəm dövlətçilik ənənəsi yaranmışdır.

1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğ­lu İs­ma­yıl La­hi­can­dan Ər­də­bilə yola düşür. Bu zaman onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Gilana, Taroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Yerli hakim Əmir Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk edir. Birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru — Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurulur. Qış Astarada, Ərcivanda keçirilir. Qızılbaş rəhbərlərinin mü­şa­vi­rə­sində Anadoluya, Ərzincana hərəkət etmək qərarı verilir. Ərzincanda İsmayılın bayraqları altında türkdil­li şam­lı, us­tac­lı, rum­lu, təkə­li, zül­qə­dər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin "Qaradağ sufilərindən" ibarət 7000 qazi toplanır.


Burada keçirilmiş qızılbaş ağsaqqallarının müşavirəsində qərara alınır ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin qəddar düşməni olan Şirvanşah Fərrux Yəsara qarşı yönəldilməlidir. I Şah İsmayıl 1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə hücuma keçir. Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar öldürülür. Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salır. Ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürülür. İsmayıl üç gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır və şəhər əyanları tərəfindən ehtiramla qarşılanır. Sonra İsmayıl Mahmudabada gedərək 1500/1501-ci ilin qışını orada keçirir. Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslu isə Şirvanşahların ikinci əsas şəhəri Bakını tutmaq üçün göndərilir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Qalanın müdafiəsinə Fərrux Yasarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. Bakı tutulur və qənimət qızılbaşlar arasında bölüşdürülür. Səfəvilərin Cabanı dö­yü­şün­də dar­ma­dağın etdiyi Şirvanşahlar qoşunun bir hissəsi Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra Gülüstan qalasına doğru hərəkət edir. Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi çapar gəlib xəbər gətirir ki, Əlvənd Mirzə (Abdul Müzəffər Nur Əhməd) böyük bir qoşunla paytaxtdan (Təbriz) çıxmışdır O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla vuruşmaq üçün Şirvana hərəkət edir. Bu səbəbdən qızılbaşlar Gülüstan qalasının mühasirəsini dayandıraraq Naxçıvana doğru hərəkət edirlər.
1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə də məğlubiyyətə uğradılır. Əlvənd Mirzənin də məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuş­du­ran İs­mayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir.

Yüklə 84,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin