Bakı-2021 Azərbaycan Səfəvi dövlətinin yaranması Səfəvilər dövləti



Yüklə 84,56 Kb.
səhifə3/6
tarix25.11.2022
ölçüsü84,56 Kb.
#70580
1   2   3   4   5   6
Səfəvilərin süqutu
Səfəvilər XVII əsrdə ənənəvi düşmənləri Osmanlılar və Şeybanilər ilə döyüşünü davam etdirərkən, iki yeni qonşu ilə də rəqabətə girişmək məcburiyyətində qaldı. Moskva Knyazlığı Altınorda Xanlığının davamı olan Astraxan, Qazan, Sibir Küçüm və Noqay Xanlıqlarını aradan qaldırmış, nüfuzunu Qafqaz və Orta Asiyaya qədər yaymışdı. Babür Dövləti isə Qəndəhar və Heratı işğal edərək daha əvvəl Azərbaycan idarəsindəki Əfqanıstana sızmağa başlamışdı. Bütün bunlardan başqa 17-ci əsr boyunca Şərq — Qərb arasındakı ticarət yolu dəyişmiş, Avropalıların kəşfləri və Osmanlıların dənizdə həddindən artıq səfərləri nəticəsində Azərbaycandan uzaqlaşmışdı. 
I Şah Abbasın ordusunu ödənişli qulam (yığma) sisteminə çevirməsi qısa vəd edə işə yaradısa da, sonrakı əsrdə əyalətlər üzərindəki təzyiq və ağır vergilərlə birlikdə ölkənin sosyal — iqtisadi gücünün zəifləməsinə gətirib çıxardı. Ölkə tez-tez, mərkəzdən uzaq sərhəd boylarında basqınlara uğramağa başladı. 1698-ci ilfə Kirman əyaləti Beluclar tərəfindən, 1717-ci ildə Xorasan əfqanlar tərəfindən və Mesopotamiya Ərəb bədəviləri tərəfindən zəbt və qarətlərə uğradı. Səfəvi dövlətinin zəifləməsindən itifadə edən əfqanlar fəallaşmağa başladılar. Gilzayi Mir Üveys Hotaki, Qandəharın Səfəvi hakimi Gürgən xana qarşı qiyam qaldırdı və üzərinə göndərilən Səfəvi ordusunu məğlub etdi. 1722-ci ildə Mir Üveysin oğlu Mir Mahmud Səfəvilərin paytaxtı İsfahanı ələ keçirərərək özünü İran şahı elan etdi.
Əfqanlar, on ildən çox bir müddətdə zəbt etdikləri Azərbaycan torpaqlarından çıxarılamadılar. I Şah Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülən Əf­şar Türkman­larının bəyi və Səfəvilərin ən təsirli komandiri Nadir Xan(sonrakı Na­dir Şah) nəhayət 1729-cu ildə Damğan döyüşündə əfqanları məğlubiyyətə uğratdı və Azərbaycandan çıxardı. Lakin əfqanlar hələdə Səfəvi torpaqlarına daxil olub talanlar törədirdilər. Bu səbəbdən 1738-ci ildə Nadir Şah başda Qəndəhər olmaq üzrə təkrar Şərq İranı fəth etdi. Qəndəharın ələ keçirilməsi ilə əfqanlar tamamilə məğlubiyyətə uğradıldılar. Nadir həmin ildə Qəznə, Kabul və Lahoru fəth etdi.
Nadir şah 1732-ci ildə II Şah Təhmasibi (1722–1732) taxtsan salaraq onun oğlu III Şah Abbası hakimiyyətə gətirdi. Nəhayət 1736-cı ildə, onsuz da əlində olan iqtidar çəryini istifadə edərək özünü Azərbaycan və İranın şahı elan etdi. Bununla da 1736-cı ildə Səfəvi xanədanı süquta uğramışdır.
1747-ci ildə Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsi ilə Səfəvilər yenidən şahlığı ələ keçirdilər. Əslində isə dövləti III Şah İsmayılın adından Kərim xan Zənd idarə edirdi. Lakin Zənd xanədanının da ömrü uzun sürmədi. 1794-cü ildə Qacarlar tərəfindən Zəndlər sülaləsinin hakimiyyətinə son qoyuldu

Yüklə 84,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin