Hakimiyyətdə olan hökmdarlar: 1501-1524 Şah I İsmayıl
1524-1576 I Təhmasib
1576-1577 II İsmayıl
1578-1587 Məhəmməd Xudabəndə
1587-1629 I Abbas
1629-1642 I Səfi
1642-1666 II Abbas
1666-1694 Süleyman
1694-1722 Sultan Hüseyn
1722-1732 II Təhmasib
1732-1736 III Abbas
Dövlətin varlığına 1736-cı ildə Nadir şah son qoyub.
Paytaxtı Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri
Əyalət idarəsi Səfəvilər dövləti inzibati cəhətdən vilayətlərə əyalətlərə(bəylərbəyliklərə) bölünmüşdü. Bu əyalətlərin başında "bəylərbəyi"lər dururdu. Bəylərbəyilərin idarə etdikləri vilayətlərin sayı on üç idi:
Şirvan
Qarabağ və Gəncə
Təbriz
Çuxursəəd
Qəzvin
Qələmrov-i Əli Şəkər (Həmədan)
Kuhi Giluyə (Fars)
Kirman
Astrabad
Məşhəd-i müqəddəs-i müəlla
Herat
Mərv-i Şahicahan
Qəndəhar
Qüdrətli qızılbaş əyanları bəylərbəyi, əmir əl-üməra və hakim sifətilə vilayətləri irsi olaraq idarə edirdilər. Məsələn, Qarabağ və Astrabadı qacar tayfasından olan iki nəslin əmirləri idarə edirdi; Şirvan – ustaclı tayfası, Cənubi Azərbaycan– təkəli və türkman tayfaları; Çuxursəəd – ustaclı tayfası;Fars – zülqədər tayfası; Kirman — əfşar tayfası; Herat – şamlı tayfası və b. tərəfindən idarə olunurdu.
Bəylərbəyliyilərin tabeliyində özlərinin sarayları, vəzirləri, qorçubaşılarıvə sədrləri var idi.
Səfəvilər dövləti-1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan və Rusiya ərazilərini əhatə etmiş, tarixi Azərbaycanın varis olduğu dövlət. Dövlətin əsasını I İsmayıl1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməkləqoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı,Rumlu,Mosullu,Pornak, Şeyxavənd, Çəpni, Bayat,Xınıslı, Təkəli, Baharlı, Qaramanlı,Sədlu,Bayburtlu,Varsaq,Evoğlu, Qaracadağlı, Ustaclı,Zülqədər, Əfşar,Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.