Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə114/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   110   111   112   113   114   115   116   117   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Lənkəran üsyanı 
məğlubiyyətə 
uğradı. Hərəkatın qeyri - mütəşəkkilliyi. Mir Həsən xanın əhali içərisində öz 
nüfuz və təsir imkanlarından lazımi şəkildə yararlanmaması, üsyançıların 
həlledici məqamda ləng hərəkət etməsi, nizami orduya qarşı vuruşan 
üsyançıların pis silahlanması, ali zümrənin nümayəndələrinin bir hissəsinin 
rusların tərəfmə keçməsi Lənkəran üsyanının məğlub olmasının əsas səbəbləri 
sayılır. 
Quba üsvanı,
1806-cı ildə işğal edilmiş 
Quba xanlığı 
1810-cu ildə 
əyalətə çevrilmişdi. Quba əyalətinin başında çar hökumətinin ən yaramaz 
kadrlarından biri sayılan komendant polkovnik Gimbut dururdu. Bu çar 
məmuru əhali üzərinə ağır vergilər qoyur, vergiləri iltizama verir, sakinləri 
qanunsuz mükəlləfiyyətlərə cəlb edir və vəzifəsindən şəxsi tamahı xatirinə sui - 
istifadə edirdi. Quba əhalisinin dərin nifrətini qazanan 
polkovnik Gimbut 
kasıb - kusubun xeyrinə əhalidin yığılan zəkatı belə mənimsəmək 
dərəcəsində alçalmışdı. 
Şeşpər mahalı kəndlilərinin hərbi dairə rəisi general 
mayor Reutta 1837-ci ilin iyul ayında göndərdiyi məktubda deyilirdi ki, 
onlardan yığılan zəkat mənimsənildiyindən məscid və mədrəsələr öz xərclərini 
ödəməkdə çətinlik çəkir, zəkat hesabına dolanan kasıblar isə aclıq içindədirlər. 
1837-ci ildə Qafqazın baş komandanının Varşavadakı atlı müsəlman 
alayı üçün Quba əyalətindən 
36 atlı toplanması haqqında tələbi 
əhalinin səbr 
kasasını daşdırdı. Başqa əyalətlərdə bir atlının təchizatı üçün yerli əhali 130 - 
150 manat ödəyirdisə, Quba əyalətində bu sakinlərə 350 manata başa gəlirdi. 
Əhali hökumətdən atlı yığılmasının dayandınimasım, komendant Gimbut və 
onun əlaltılan olan yerli bəylərin işdən götürülməsini və vergilərin azaldılmasını 
tələb edir. Hərbi dairə rəisi tələbləri yerinə yetirməyə söz versə də, konkret hər 
hansı bir addım atmaq fikrində deyildi. Quba camaatı dağlıların azadlıq 
hərəkatının başçısı 
Şeyx Şamillə 
əlaqə ssıxlayırdılar. Şeyx Şamil Quba 
əhalisinə məktubunda yazırdı ki, «yadellilərin zülmündən qurtuluş üçün yeganə 
çıxış yolu silahlı mübarizədir.» 
1837-ci ilin avqustun 21-də Qubada Rusiyanın müstəmləkə zülmünə 
qarşı başlanan hərəkat tezliklə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin