§ 25. XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda
inzibati - məhkəmə və aqrar islahatların keçirilməsi
İnzibati - məhkəmə islahatı,
XIX əsrin 30-cu illərində baş vermiş
üsyanlar yatırıldıqdan sonra çar hökuməti Cənubi Qafqazda inzibati - idarə
sistemini dəyişdirmək və bu sistemi ümumimperiya inzibati - ərazi bölgüsünə
uyğunlaşdırmaq üçün islahatlar hazırlamağa başladı. Uzun müzakirələrdən
sonra çar
I Nikolay
1840-cı il aprelin 10-da komendant idarə üsulunun ləğv
edilməsi və
Cənubi Qafqazda inzibati-məhkəmə islahatı haqqında qanun
imzaladı. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna görə komendant
idarə üsulu ləğv olunur və Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölünürdü:
1. Gürcüstan - İmeretiya quberniyası; 2. Xəzər vilayəti.
Bu qanunda Şimali Azərbaycan torpaqlannm vahid inzibati bölgüdə
birləşdirilməsi nəzərdə tutulmamışdı və xalqımızın sosial - hüquqi, etnik və
mədəni xüsusiyyətləri çox az nəzərə alınmışdı. Şamaxı, Qarabağ, Şəki, Bakı,
Quba, Lənkəran və Dərbənd qəzaları mərkəzi Şamaxı olan
Xəzər vilayətinin
tərkibinə,
Yelizavetpol (Gəncə), Naxçıvan, İrəvan və Balakən qəzaları isə
mərkəzi Tiflis olan
Gürcüstan - İmeretiya quberniyasına
daxil edilmişdi.
Hələ 1828-ci il martın 21-də I Nikolayın əmri ilə tarixi Azərbaycan
torpaqları olan
İrəvan
və
Naxçıvan xanlıqlarının ərazisində
"erməni vilayəti"
adlı inzibati bölgü yaradılmışdı. 10 aprel 1840-cı il qanununa görə «erməni
vilayəti» ləğv edilmiş və yerində İrəvan və Naxçıvan qəzaları yaradılmışdı.
Quberniya və vilayət
qəzalardan,
qəzalar isə
sahələrdən
(nahiyələrdən) ibarət olurdu. Mahalların ləğv edilməsi ilə mahal naibləri olan
bəylər idarə işindən uzaqlaşdınlır, onlar ruslardan təyin olunan sahə iclasçılan
ilə əvəz edilirdilər.
Ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi
ilə Baş İdarə Şurası yaradılmışdı.
1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında
Dostları ilə paylaş: