Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


iltizam sisteminin ləğv edilməsi haqqında



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə124/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   120   121   122   123   124   125   126   127   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

iltizam sisteminin ləğv edilməsi haqqında 
17 fevral 1872-ci il qanunu 
qəbul olunduqdan sonra neft yataqlan hərrac yolu 
ilə, xüsusi adamlara uzun müddətə icarəyə verilməyə başlandı. 70-ci illərin 
sonlarından neft sənayesinə xarici kapitalın axını başlamışdı. 1879-cu ildə 
Bakıda İsveç təbəələri tərəfindən 
'’Nobel qardaşları şirkəti"nin 
əsası 
qoyulmuşdu. 80-ci illərdə 
fransız kapitalını 
təmsil edən Rotşild, 90-cı illərdə 
isə 
ingilis kapitalının 
nümayəndəsi Vişau neft sənayesində müəyyən nüfiız 
qazanmışdılar. Bakı neft sənayesində Azərbaycan kapitalının 
Hacı 
Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev 
və başqaları, rus 
kapitalını V.Kokorev, P.Qubonin, S.Şibayev və başqalan təmsil edirdilər. 
Bakıda 1873-cü ildə cəmi 12 neft şirkəti fəaliyyət göstərirdisə, 1899-cu ildə 
bunların sayı 140-a çatmışdı. 
Neft hasilatına iri kapital qoyuluşları, bu sahədə sənaye-texniki 
çevrilişin baş verməsinə gətirib çıxartmışdı. 70-ci illərdə neft quyularının yeni 
buruq və zərbə üsulları ilə qazılmasına başlanılmışdı. 1873-cü ildən qazma 
işində əl əməyini 
buxar mühərrikləri 
əvəz etməyə başladı. Bu texniki 
yeniliklər 
neft sənayesində 
manufaktura mərhələsinin 
fabrik - zavod 
mərhələsi 
ilə əvəz olunması demək idi. 
Mədənlərdən çıxarılan nefti neftayırma zavodlarına çatdırmaq üçün 
buxar nasosları ilə işləyən 
ilk neft kəmərinin 
çəkilişi 1878-ci ildə başa çatdı. 
1879-cu ildən Bakı neftinin və neft məhsullarının Rusiyaya daşınması üçün 
dünyada 
ilk dəfə tanker tipli gəmilərdən 
istifadə olunmağa başlandı. “Nobel 
qardaşları” şirkəti tərəfindən İsveçdə inşa edilmiş neft tankeri Bakı ilə Həştərxan 
arasında hərəkətə başlamışdı. Mədənlərdən neft zavodlara qara fəhlələrin və 
arabaçıların çox ağır zəhməti bahasına daşınırdı. 1880-ci ildə mədənləri 
zavodlarla birlişdirən 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin