kəndli icbari əməyinin ləğv edilməsi, 1864 - 1868-ci illərdə Zəylik zavodunda və
Naxçıvan daş duz mədənlərində eyni icbari əmək şəraitinə son qoyulması azad
muzdlu əməyin tətbiqinə geniş yol açmışdı.
50-ci illərin ortalarında kapitalist münasibətləri metallurgiya sahəsinə
də daxil olmağa başlamışdı. 1855 - 1856-cı illərdə yunan Mexov qardaşlan
Gədəbəydə kiçik bir misəritmə zavodu inşa etmişdilər. İldə 1,2 min pud məhsul
verən və əl əməyi ilə işləyən bu zavodun bütün səhmlərini alman Simens
qardaşları almışdılar. Simens qardaşlan şirkəti 1865-ci ildə Gədəbəy misəritmə
zavodunun inşasını başa çatdırdılar. Bu zavod Rusiyanın ən böyük misəritmə
zavoduna çevrilmişdi. Bundan başqa, Mexovlardan Daşkəsən kobalt mədənini
də satın alan Simens qardaşlan 1865-ci ildə burada kobalt zavodunu
tikdirmişdilər.
1861-ci ildə Moskva kapitalistləri Alekseyev və Voronin qardaşlan
Şəkidə 60 min manat dəyəri olan böyük bir ipək fabriki açmışdılar. 432 dəzgaha,
64 barama hovuzuna və buxar maşınına malik olan Şəki ipək fabrikində 222
usta, 300 - 350 fəhlə işləyirdi və həmin fəhlələrin 200 - 250- si qadın idi. Qısa
vaxtda fabrikin illik istehsalı 3,4 min puda (bunun 1,4 min pudu ipək sap),
dövriyyəsi isə 2 milyon manata çatmışdı.
Beləliklə, XIX əsrin birinci yarısında Şimali Azərbaycanda əmək
bölgüsünə və muzdlu əməyə əsaslanan manufaktura istehsalı təşəkkül tapmış, 50
- 60-cı illərdə ölkədə buxar maşmlanndan istifadə edilən iri fabrik istehsalına
keçid baş vermişdi. 60-cı illərdə Şimali Azərbaycamn sənaye və kənd
təsərrüfatında yeni kapitalist meyllərinin güclənməsinə baxmayaraq, ölkənin
iqtisadi potensialı Rusiya sənayesinin xammal təlabatımn ödənilməsinə
yönəldilmişdi. Bu da Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterini
müəyyən edirdi.
Dostları ilə paylaş: