^‘Burada təhsili elə qurmaq lazımdır ki, rusca bilik alan tatar (yəni Azərbaycanlı) tam bir heçliyə çevrilsin, rus dilində yazanda çoxlu səhvlər buraxsın, nəinki qubernatordan, hətta ən siravi dəftərxana məmurundan da qorxsun’’. Çar hökuməti Azərbaycan türklərini rəsmi sənədlərdə
“müsəlman”, “tatar” və başqa adlarla göstərirdi. Bu yolla hökumət bizə öz tarixi adımızı
unutdurmağa çalışır və milli kimliyimizi dərk etməyimizə hər vasitə ilə mane
olurdu. Hökumətin yeritdiyi siyasətin nəticəsidir ki, hər hansı bir Azərbaycanlı:
-
“Millətin nədir?” - sualına: -
“Müsəlmanam, həm də türkəm” cavabını
verirdi.
Milli şüurun oyanması XIX əsrin son rübündə Şimali Azərbaycanda
rus müstəmləkə əsarətinə qarşı milli - azadlıq hərəkatı başladı. 1875-1904-cü
illəri əhatə edən bu dövr hərəkatın milli oyanış dövrü hesab olunur. Bu dövrdə
Azərbaycan xalqı öz
etnik türk kimliyini və
dilini qoruyub saxlamağa
çalışırdı.
Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi vətənpərvər, maarifçi
ziyalılanmız bu dövrdə «Azərbaycan» və «Azərbaycan milləti)) ideyasını ortaya
ataraq geniş şəkildə təbliğ etməyə başlamışdılar. Çar hökumət orqanlannm
Azərbaycanlıları gah
müsəlman, gah
türk, gah
tatar adlandırdıqları bir
şəraitdə Mirzə Fətəli Axundov ilk dəfə «millət)) anlayışını irəli sürmüş, Tiflisdə
Azərbaycan türk dilində 1883-cü ildən çıxmağa başlayan «Kəşkül)) qəzeti isə
ilk dəfə
“Azərbaycan milləti” ifadəsini işlətmişdi.
Bu dövrdə Azərbaycanın vətənpərvər - maarifçi ziyalılannm
fəaliyyətində üç
mühüm məsələ apancı yer tuturdu: 1. Xalqı maarifləndirmək;
2. Milli şüuru oyatmaq; 3. Milli dili inkişaf etdirmək.
O dövrün Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi kimi milli
ziyalıları millətimizin ilk öncə