Azərbaycan dili də
əsas fənn kimi keçilirdi. Bu məqsədlə azərbaycan dilində bir neçə dərslik də
hazırlanmışdı. Rus qəza məktəblərində artıq 50-ci illərdə xeyli azərbaycanlı
şagird də təhsil alırdı və 1857-ci ildə azərbaycanlı şagirdlərin sayı 148-ə
çatmışdı.
1872-ci
il 13
may Əsasnaməsi ilə Şimali Azərbaycanın bütün qəza
məktəbləri 6 illik təhsil verən
pullu şəhər məktəblərinə çevrildi.
1874-cü
il 24 may Əsasnaməsi ilə 3 və 5 illik təhsil verən
kənd ibtidai məktəbləri açıldı. Belə məktəblərdə kəndlilərin uşaqlan oxuyur və təhsil yalnız
rus dilində aparılırdı. Ümumiyyətlə, ibtidai məktəblərin saxlanılması xərclərini
yerli şəhər idarələri və yaxud kənd cəmiyyətləri ödəyirdi.
Rusiya hökuməti tərəfindən Şimali Azərbaycanda gimnaziya tipli
ilk rus dilli orta təhsil müəssisəsi 1865-ci ildə açılmış Bakı Reaİnı məktəbi idi.
1881-ci ildə isə Gəncədə də belə bir gimnaziya fəaliyyətə başladı. Qadınlara
orta təhsil vermək üçün Bakıda 1874-cü ildə
ilk qadın gimnaziyası (Nina qız
məktəbi) açıldı. Orta məktəblərdə təhsil pullu idi və Universitetlərə qəbul
olunmaq hüququ ancaq gimnaziya məzunlanna verilirdi.
Azərbaycan məktəblərində dərs demək üçün müəllim kadrlannm
hazırlanmasında 1876-cı ildə açılmış
Qori müəllimlər seminariyasının, xüsusilə
M.F.Axundovun və
A.O.Çemyayevskinin səyləri ilə bu
seminariyanın 1879-cu ildən fəaliyyətə başlayan
Azərbaycan şöbəsi böyük rol
oynamışdı. 1899-cu ilədək, yəni iyirmi il ərzində Qori seminariyasında 89 nəfər
azərbaycanlı müəllim hazırlanmışdı. Azərbaycamn maarifçi ziyalılarının
təşəbbüsü və inadkarlığı hesabına XIX əsrin 80-ci illərində
rus - tatar məktəbləri açılmasına başlandı. Əsas məqsəd azərbaycanlı şagirdləri orta
məktəbə hazırlamaq idi. tik belə məktəb Bakıda 1887-ci ildə gənc pedaqoqlar
olan