Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə131/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   127   128   129   130   131   132   133   134   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Həbib bəy Mahmudbəyov 
və 
Sultan Məcid Qənizadə 
tərəfindən 
yaradılmışdı. Digər rus məktəblərindən fərqli olaraq 1881-ci il Əsasnaməsinin 
tələbləri rəhbər tutularaq belə məktəblərdə birinci tədris ilində 
Azərbaycan dili 
məcburi fənn kimi keçilirdi. 1899-cu ilin sonunda Şimali Azərbaycanın bütün 
rus -tatar məktəblərində təhsil alan 837 şagirdin demək olar ki, hamısı 
azərbaycanlı idi. 
XIX əsrin 60 - 90-cı illərində Şimali Azərbaycanda 
**üsuli - cədid*' 
tipli yeni məktəblər 
açılmağa başladı. İlk belə məktəbi 
Seyid Əzim Şirvanı 
1869-cu ildə Şamaxıda açmışdı. 1882-ci ildə Ordubadda, 1894-cü ildə 
Naxçıvanda «üsuli - cədid» məktəblərinin açılmasında 
Məmməd Tağı 
Sidqinin 
böyük rolu olmuşdu. "İran maarifinin atası" sayılan 
Mirzə Həsən 
Rüşdiyə 
tərəfindən 1883-cü ildə 
İrəvanda, 
1887-ci ildə isə 
Təbrizdə 
«üsuli - 
cədid» məktəbləri açılmışdı. «Üsuli - cədid» məktəblərində tədris yeni usulla 
aparılırdı və hərf - heca üsulundan daha səmərəli səs üsuluna keçilmişdi. Bu 
məktəblərdə ilk dəfə olaraq elmi biliklər xalqımızın doğma ana dilində 
aparılırdı. Rus dili də tədris olunurdu. Əzbərləmə sistemi əvəzinə şüurlu 
mənimsəmə üsulu tətbiq edilir, cismani cəza verilmir, şagirdlərlə insan kimi 
215 


rəftar olunur və müasir tədris avadanlıqlarından istifadə edilirdi. 
Elnu
XIX əsrdə yaşayıb - yaratmış Abbasqulu Ağa Bakıxanov (1794 - 
1846) Şərq dilləri və ədəbiyyatının böyük bilicisi kimi tanınsa da, Vətənimizin 
tarixini ilkin mənbələr əsasında bütöv şəkildə araşdırmağın zəruriliyini ilk dərk 
edən görkəmli Azərbaycan tarixçisidir. Çoxillik elmi araşdırmalann nəticəsi 
kimi 1841-ci ildə tamamladığı «Gülüstani - trəm» əsəri Vətənimizin tarixinin 
qədim zamanlardan 1813-cü il Gülüstan sülhünə qədər olan dövrünü əhatə edir. 
XIX əsrdə Azərbaycanın ayrı-ayrı xanlıqlarının tarixi üzrə yazılmış 
səlnamələr içərisində Mirzə Adıgözəl bəyin 1845-ci ildə tamamladığı «Qa- 
rabağnamə». Mirzə Camal Cavanşirin 1847-ci ildə yazdığı «Qarabağ tarixi», 
Kərim Ağa Fatehin 1829-cu ildə yazdığı «Şəki xanlarının müxtəsər tarixi», 
İsgəndər bəy Hacmskinin 1847-ci ildə yazdığı «Qubalı Fətəli xanın həyatı», Mir 
Mehdi Xəzaninin 80-ci illərdə tərtib etdiyi «Qarabağ tarixi» əsərlərini xüsusi 
qeyd etmək lazımdır. 
Bu dövrdə Azərbaycanda coğrafiya elminin inkişafında məşhur 
coğrafiyaşünas - səyyah Hacı Zeynalabdin Şirvani və A.A.Bakıxanovun əvəzsiz 
xidmətləri olmuşdur. 
Nəinki Azərbaycanın, bütövlükdə Rusiya şərqşünaslıq elminin 
inkişafında Azərbaycan alimləri Mirzə Cəfər Topçubaşov (1790 - 1869) və 
Mirzə Kazımbəy (1802 - 1870) böyük rol oynamışlar. 
M.C.Topçubaşov iyirmi il (1829 - 1849) Peterburq Universitetində türk 
fars dillərindən dərs demiş, kafedra müdiri olmuş, Rusiya Arxeologiya 
cəmiyyətinin Şərq numizmatikası şöbəsinə başçılıq etmiş, Britaniya Kral Asiya 
cəmiyyətinin həqiqi üzvü olmuşdur. 
Dünya şöhrətli şərqşünas - alim Mirzə Kazımbəy əvvəlcə Kazan 
Universitetində kafedra müdiri və dekan vəzifələrində çalışmış, sonra isə 
Peterburq Universitetində (1849 - 1870) elmi - pedaqoji fəaliyyətlə məşğul 
olmuşdur. 1853-cü ildə Peterburq Universitetində Şərq dilləri fakültəsinin 
açılmasına nail olmuş və bu fakültənin ilk dekanı seçilmişdi. M.Kazımbəy 
Şərqşünaslıq elmində əldə etdiyi nailiyyətlərinə görə Rusiya Elmlər 
Akademiyasının müxbir üzvü, Britaniya Kral Asiya cəmiyyətinin həqiqi üzvü 
seçilmişdi. Şərq dillərinin öyrənilməsi sahəsində əldə etdiyi böyük elmi 
nailiyyətlərə görə onu müasirləri «Rusiya şərqşünaslığının atası» 
adlandırırdılar. 
Strasburq Universitetində təkcə ali təhsil almaqla kifayətlənməyən 
Möhsün bəy Xanlarov (1857 - 1921) Almaniyada məşhur üzvü kimyaçı alim 
Vilhelm Fittiqin laboratoriyasında elmi araşdırmalar apararaq dissertasiya 
müdafiə etmiş və kimya doktoru alimlik dərəcəsi almışdır. 
XIX əsrin II yarısında Azərbaycanda biologiya, kənd təsərrüfatı və 
təbabət elmlərinin inkişafında Həsən bəy Zərdabinin (1842 - 1907) xidmətləri 
böyükdür. H.B.Zərdabi 1865-ci ildə Moskva Universitetinin təbabət elmləri 
şöbəsini bitirmişdi. Vətənə qayıtdıqdan sonra H.B.Zərdabi çox geniş elmi, 
pedaqoji və publisistik fəaliyyət göstərmişdir. 
216 


Həkim A.Axundov Almaniyada təbabət sahəsində dissertasiya müdafiə 
etmişdi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin