müasir texnika geniş şəkildə tətbiq olunduğu
halda, 1913 - 1914- cü illərdə Bakıda neftin 4/5 hissəsi artıq öz dövrünü
keçirmiş buxar mühərrikləri ilə çıxarılırdı. İri neft şirkətləri isə süni neft qıtlığı
şəraitində qiymətləri 2-8 dəfə qaldıraraq böyük qazanc götürürdülər.
Böhran əlvan metallurgiya sənayesinə də ciddi təsir göstərmişdi. 1900 -
1903-cü illərdə
mis filizi çıxarılması 3,9 milyon puddan 3,2 milyon puda
enmişdi. Üstəlik 1906-cı ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən
Qalakənd zavodu bağlanmışdı. Alman “Simens qardaşları” şirkətinə məxsus
Gədəbəy mis mədənlərində almazla qazma üsulu tətbiq olunmuşdu. 1902-ci
ildə həmin mədənlərdən mis çıxarılmasında elektrik eneıjisi ağır əl əməyini
əvəz etmiş. Qalakənd çayı üzərində ikiturbinli
elektrik stansiyası tikilmişdi.
1900-cü ildə "Simens qardaşları " və "Voqau" şirkətləri arasında mis
satışı üzrə bağlanmış müqavilədən sonra Şimali Azərbaycanın
əlvan metallurgiya sənayesində inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis
zavodu 1907- ci ildə yaradılan Rusiya "Mis" sindiqatmm tərkibinə daxil edilmiş
və 1917-ci ilədək bu inhisarın nəzarətində qalmışdı. Burada əridilmiş misin
böyük hissəsi Rusiyanın zavodlarına satılmışdı. "Simens qardaşlan" şirkəti
Daşkəsəndə istehsal etdiyi bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa
ölkələrə ixrac edirdi. İqtisadi böhran yüngül və yeyinti sənaye sahələrinə elə də
ciddi təsir göstərməmişdi. Məsələn, təkcə
xam ipək istehsalı 1900 - 1915- ci
illər arasmda 13 dəfədən çox,
balıq istehsalı isə 8-10 dəfədən çox artmışdı.
Azərbaycanın
pambıqtəmizləmə sənayesinə məxsus 100-dən çox
zavodda hər il orta hesabla 1,5-2 milyon puddan çox mahlıc istehsal edilirdi.
Ümumiyyətlə, 1914-cü ildə