Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə136/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   132   133   134   135   136   137   138   139   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

1870-ci il 14 may aqrar 
islahatı 
yarımçıq qalmışdı. Kəndlilər sahibkarların asılılığından çıxsalar da, 
müəyyən edilmiş normalar əsasında pay torpaqlarını satın alaraq öz 
mülkiyyətlərinə çevirə bilməmişdilər. Şimali Azərbaycanda pay torpaqlarının 
satın alınma qiyməti 
Rusiyanın mərkəzi quberniyaları ilə müqayisədə 
məsələn, 
Bakı quberniyası üzrə 8 dəfə, Yelizavetpol (Gəncə) quberniyası 
üzrə 17 dəfə baha idi. 
Buna görə də Azərbaycanın pay torpağını satın ala 
bilməyən sahibkar kəndliləri artıq 40 il idi ki, islahatdan əvvəlki vergi və 
mükəlləfiyyətləri sahibkara ödəməyə məcbur idilər. Bir sözlə, torpağını satın 
alana qədər "müvəqqəti mükəlləfiyyətli" sayılırdılar. Hansı ki, Rusiyada 
"müvəqqəti mükəlləfiyyətli" münasibətlər 1881-ci və 1886-cı illərdə ləğv 
edilmişdi. 
Rus 
höküməti 
Azərbaycanın 
sahibkar 
kəndində 
kapitalist 
münasibətlərinin, qolçomaq və kəndli fermer təsərrüfatlarımn yaradılması 
yolunda əsas əngəl olan 
torpaq məsələsini 
tam həll etmək üçün 1905-ci ildən 
başladığı işi 1912-ci ildə tamamladı. Bu müddətdə hazırlanan qanun layihəsi III 
Dövlət Dumasında müzakirə edildikdən sonra 1912-ci il dekabrın 20-də çar 
tərəfindən imzalanaraq qüvvəyə mindi. 1912-ci il 20 dekabr tarixli "Cənubi 
Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında" qanuna 
görə Şimali Azərbaycanın sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən 
mükəlləfiyyət daşımaqdan azad edilirdi və onlann xüsusi mülkiyyəti elan 
olunmuş pay torpağını satın almalı idilər. Kəndli yalnız torpaq Nizamnaməsində 
göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. Əkinçilik üçün yararsız olan 
torpaqlar kəndlinin mülkiyyətinə pulsuz keçirdi. Pay torpaqlarında salınmış bağ 
yerlərinin əvəzində pul ödənilmirdi. Kəndli çəmən, otlaq və meşə sahələrini 
satın ala bilməzdi. Su arxları mülkədarlann xüsusi mülkiyyətində qalırdı. 
Mülkədarlar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdılar. Kəndlilər 
isə həmin pulu faizlə 28 - 56 il müddətinə dövlətə qaytarmalı idilər. 
Başqa bir, 1913-cü il 7 iyul qanununa görə Zaqatala dairəsinin sahibkar 
kəndliləri feodal asılılığından azad edilirdilər. Dövlətin bəy və keşgəl (torpaq) 
sahiblərinə birdəfəlik ödədiyi 284 min manat pulu kəndlilər 20 ildə dövlət 
xəzinəsinə qaytarmalı idilər. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin