Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


milli  burjuaziya və demokratik ziyalılar



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə139/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   135   136   137   138   139   140   141   142   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

milli 
burjuaziya və demokratik ziyalılar 
rəhbərlik edirdilər. Hər iki qüvvə siyasi 
cəhətdən kifayət qədər yetkin olmasa da
Hacı Zeynalabdin Tağıyevin 
başçılıq etdiyi milli burjuaziya imperiyaya qarşı mübarizədə və millətimizin 
qarşısında öz missiyasını və vicdani borcunu imkan daxilində yerinə yetirməyə 
çalışırdı. Milli ziyalılarımızın rəhbəri olan görkəmli siyasi xadim 
Əlimərdan 
bəy Topçubaşov 
isə nəinki Azərbaycanın, bütün Rusiya müsəlmanlarının 
liderinə çevrilmişdi. O, bütün xalqlara, o cümlədən müsəlmanlara demokratik 
azadlıqların verilməsi və o dövr üçün çox mütərəqqi sayıla biləcək 
konstitusiyalı monarxiya 
quruluşunun yaradılmasını tələb edirdi. 
227 


Cənubi Qafqazda müsəlman əhalinin xeyrinə islahatlar keçirilməsi 
tələblərini əks etdirən petisiyaların - xahişnamələrin əhalinin adından tərtib 
edilərək Nazirlər Kabinetinə göndərilməsini də Ə.Topçubaşov təşkil edirdi. 
1905-ci il aprelin 15-də H.Z.Tağıyevin sarayında keçirilən müşavirədə 
Azərbaycan burjuaziyası və ziyalılarının nümayəndələri tərəfindən tərtib 
olunub, Ş.Əsədullayev, Ə.Ağayev, Ə.Topçubaşov və başqalannm imzaladığı 
ümumi petisiyada imperiyada yaradılacaq bütün məşvərətçi, qanunverici və 
bütün digər nümayəndəli (yəni seçkili) idarə orqanlannda müsəlmanlann təmsil 
olunması, müsəlmanlara aid qanunvericilik təşəbbüsü göstərmək, heç bir maneə 
qoyulmadan onlara dövlət və ictimai vəzifələr tutmaq imkanı verilməsi, 
şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, vicdan, söz, mətbuat, yığıncaq, ittifaq 
azadlıqları, ana dilində ümumi, icbari və pulsuz ibtidai təhsil hüququnun 
verilməsi çar hökümətindən tələb olunmuşdu. 1905-ci il 15 aprel petisiyası 
xalqımızın milli - azadlıq hərəkatının və cəmiyyətin demokratikcə- sinə yenidən 
qurulması uğrunda mübarizəsinin ilk ümummilli proqramı sayıla biləcək tarixi 
sənəddir. 
1905 - 1906 -cı illər "erməni - müsəlman davası" 
Şimali Azərbaycanda inqilabi - demokratik hərəkatın yüksəlişinin 
qarşısım almaq üçün çar höküməti ağlasığmaz tədbirlərə əl ataraq Bakıda və 
Cənubi Qafqazın müsəlman türkləri yaşayan bölgələrində milli qırğın siyasətini 
həyata keçirməyə başladı. Bu siyasətdə əsas alət kimi Qafqazda türk və 
müsəlman xalqlarına qarşı mübarizədə Rusiyaya öz sədaqətli xidmətlərini 
dəfələrlə nümayiş etdirmiş ermənilərdən və onların terrorçu təşkilatlarından 
istifadə edilirdi. Hələ 1887-ci ildə erməni millətçiləri tərəfindən Cenevrədə 
yaradılmış Hnçak (Zəng) və 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütun" 
(İttifaq) partiyaları rus hökümətinin milli qırğın siyasətinin doğurduğu faciənin 
miqyasımn genişlənməsində böyük rol oynadılar. XX əsrin əvvəllərində öz 
fəaliyyətini Azərbaycana köçürən Daşnaksütunun, habelə Hnçakm Bakıda, 
Şuşada, Gəncədə, İrəvanda şöbələri var idi. Daşnaklar Cənubi Qafqazın hər 
yerindən və Osmanlı dövlətindən könüllü erməni dəstələri gətirib 
azərbaycanlılara qarşı silahlandırmışdılar. 1905-ci il məlumatına görə 
bütövlükdə daşnak hərbi hissələrində 100 mindən artıq erməni əsgəri var idi. 
Rus höküməti ermənilərin əli ilə ilk milli qırğını Bakıda təşkil etdi. 1905-ci il 
fevralın 6-dan 10-na qədər Bakıda davam edən milli qırğın nəticəsində hər iki 
tərəf mindən çox itki verdi. Ermənilərin qırğın törətməyə əvvəlcədən və daha 
yaxşı hazırlaşsalar da, onlar da çoxlu itki verdilər. "Bakı qırğını" göstərdi ki, bu 
qətliam rus höküməti tərəfindən hazırlanıb həyata keçirilmişdir. Rəsmi dövlət 
orqanları müsəlman - türk əhalinin təhlükəsizliyinin təmin edilməsi haqqında 
qətiyyən düşünmürdülər. Cəlil Məmmədquluzadə dövlətin ordu və polis 
orqanlannın milli qırğını necə soyuqqanlılıqla seyr etməsini kəskin şəkildə ifşa 
edərək "Molla Nəsrəddin" Jurnalında yazırdı: "Bu nə sirdir ki, erməni - 
müsəlman davası düşən kimi hökümət əsgərləri elə şiddətli xəstəliyə 
228 


mübtəla olurlar ki, həkimlər onlann çölə (yəni küçəyə) çıxmalarım rəva 
görmürlər". 
Ermənilər qırğının miqyasını genişləndirərək Naxçıvanda, İrəvanda, 
Cəbrayıl və Zəngəzur qəzalarında dinc Azərbaycan əhalisini qırmağa başladılar. 
Heç vaxt unutmaq olmaz ki, İrəvan azərbaycanlılanm ermənilərin törətdiyi 
soyqınmdan xilas etmək üçün qonşu qəzalardan, Osmanlı dövlətindən və 
Cənubi Azərbaycandan çoxlu sayda qan qardaşımız könüllü olaraq köməyə 
gəlmiş, onlar çox böyük qəhrəmanlıqla vuruşaraq xalqımız və Vətənimiz 
uğrunda şəhid olmuşdular. 
1905-
ci ildə daşnak zabitlərinin başçılıq etdiyi 3 min erməni qulduru 
Cəbrayıl qəzasının Qacar kəndinə hücuma keçmişdilər. Döyüşdə parlaq qələbə 
çalan qacarlılar və köməyə gələn könüllülər çox az itki ilə 400 erməni quldurunu 
məhv etmişdilər. 1905-ci ilin avqustun 16-dan 21-dək ermənilərin Şuşada 
törətdikləri qırğınların qarşısım almaq üçün qəhrəmanlıqla döyüşə atılan 
Azərbaycan türkləri yüzlərlə qulduru qanına qəltan etmişdi. Şuşa hadisələri 
zamanı ölkəmizin hər yerindən yardımlar gəlirdi. Mirzə Cəlilin arvadı Həmidə 
xanım Cavanşir, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, Murtuza 
Muxtarov və başqaları döyüş bölgələrinə çoxlu ərzaq və pul göndərirdilər. 
1905-ci il avqust məğlubiyyətindən dərs almayan ermənilər 
1906-
cı ilin iyulunda Şuşa və onun ətrafına 10 min nəfərdən ibarət 
quldur dəstəsi toplayaraq Şuşadakı rus qoşununun başçısı general 
V.N.Qoloşşapova on min manat rüşvət verərək rus topunun hər atəşinə əlavə 
olaraq on beş manat pul da vəd etmişdilər. Müsəlmanlara qarşı qırğımn davam 
etdiyi beş gün ərzində çoxlu azərbaycanlının evi V.N.Qoloşşapovun əmri ilə top 
atəşi ilə dağıdılmış və yandırılmışdı. Birləşmiş erməni - rus hərbi qüvvələrinə 
qarşı döyüşə atılan, onlardan qat-qat az olan və pis silahlanan Azərbaycan 
döyüşçüləri düşməni rüsvayçılıqla qaçmağa məcbur etmişdi. Düşmən tərəfdən 
500-dən çox erməni öldürülmüş, 290 nəfər isə yaralanmışdı. Lakin hər yerdə 
erməni vəhşiliklərinin qarşısım almaq mümkün olmurdu. Ermənilər öz 
xislətlərinə uyğun olaraq azərbaycanlılann etibanndan, rəhmli və sözə inanan 
olmasından istifadə edir, damşıqlara girərək bir kəndin sakinləri ilə sülh 
bağlayır, digər kəndlərdə isə qətliam törədirdilər. 
1906-
cı ilin avqustunda Zəngəzur qəzasının Oxçu kəndindən Ordubada 
gedən azərbaycanlılar erməni quldurlannm mühasirəsinə düşmüşdülər. Molla 
Həsən Əfəndi əlində Quran düşməndən heç olmasa, uşaqlara, qocalara və 
qadınlara qarşı rəhmli olmağı xahiş etdi. Lakin erməni başkəsənləri Quranı 
mollanın əlindən alıb yandırdılar. Molla Həsəni isə tikə - tikə doğradılar. 
Qaçmağa çalışan 62 qadının və 15 günahsız körpənin isə başını kəsərək 
qəddarlıqla öldürdülər. 
Qarabağın Xankəndi və Malıbəyli kəndlərində qan tökülməsinin 
qarşısını almağa borclu olan rus kazaklannm gözü qarşısında bütün azərbaycanlı 
qadın və uşaqlar qətlə yetirilmişdi. O dövrdə ABŞ-ın erməni icmasının 
nəşrlərində İrəvan və Eçmiədzində milli qırğından əsas zərərçəkənlərin 
229 


azərbaycanlılar olduğu göstərilmişdir. 
Məşhur ziyalımız Mir Möhsün Nəwabm "1905 - 1906-cı illərdə 
erməni- müsəlman davası" əsərində qələmə aldığı bir səhnə adamı dəhşətə 
gətirir. Xaspolad adlı bir müsəlmanın Şuşa qalasının yaxınlığındakı un 
dəyirmanına gələn erməni quldur dəstəsi böyük bir faciə törətdi. Quldurlar 
əvvəlcə kişini vurub öldürdülər. Qucağında dörd aylıq körpəsi olan qadın 
erməni cəlladlanna yalvardı ki, onu öldürsünlər, lakin körpə uşağına 
toxunmasınlar. İki erməni bələyi açıb uşağı iki ayağından dartaraq parça - parça 
etdi və iki yerə bölünmüş uşağı ananın üstünə atdı. Bu vəhşiliyə dözməyən ana 
huşunu itirdi. Cəlladlar onu da qətlə yetirib, dəyirmanda olan unu, taxılı və 
digər şeyləri qarət etdilər. 
Erməni - müsəlman davası çox geniş əraziləri əhatə etmişdi: Bakı, 
Naxçıvan, İrəvan, Tiflis, Şuşa, Gəncə, Qazax və s. Milli qırğından hər iki tərəf 
ziyan çəkmişdi. Tam olmayan məlumatlara görə 158 Azərbaycan kəndi və 128 
erməni yaşayan kənd yandırılaraq məhv edilmişdi. 
Milli - azadlıq hərəkatının yüksəlişi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin