dekabr ümumi tətili çar höküməti və sahibkarlar üzərində ilk böyük qələbə olub,
Rusiyada 1905 - 1907-ci illər inqilabının başlanğıcı və müjdəçisi hesab edilir.
Milli - azadlıq hərəkatının yeni mərhələsinin (1905 - 1917) başlanması 1905-
ci ildə xalqımızın milli - azadlıq mübarizəsinin 1875-ci ildən
başlayan
milli oyanış mərhələsi başa çatdı və hərəkatın tamamilə keyfiyyətcə
yeni bir
formalaşma və
təşkilatlanma mərhələsi başladı.
1905-
ci ildə Peterburqda dinc nümayişçilərin çar höküməti tərəfindən
amansızlıqla gülləbaran edilməsi - “9 yanvar qanlı bazar günü” hadisəsi ilə
Rusiyada mütləqiyyətə qarşı inqilab başladı. Birinci rus inqilabı 1907- ci ilin
iyun ayının 3-dək davam etmişdir.
Rus inqilabının başlanması Şimali Azərbaycanda mütləqiyyətə, sosial
və milli əsarətə qarşı azadlıq mübarizəsinə güclü təkan verdi. Çar höküməti
milli - azadlıq hərəkatının qarşısını almaq üçün təcili tədbirlərə əl atdı. 1905- ci
il fevralın 15-də müvəqqəti Bakı general qubernatoru vəzifəsi təsis edildi və çar
II Nikolayın fərmanı ilə fevralın 18-dən Bakı şəhəri və Bakı quberniyasında
hərbi vəziyyət elan olundu. Fevralın 26-da əvvəllər ləğv edilmiş canişinlik
bərpa olunaraq
İ.İ.Vorontsov-Daşkov Qafqaz canişini təyin edildi.
1905 - 1907-ci illərdə çar hökümətinin milli - azadlıq hərəkatının tərkib
hissəsi olan
fəhlə tətilləri və
nümayişlərinə, ölkəmizin əksər qəzalarını
bürümüş kəndli çıxışlarına və xüsusilə
qaçaq hərəkatına qarşı ordunun
gücündən istifadə etməklə gördüyü cəza tədirləri istənilən nəticəni vermədi. Bu
dövrdə milli - azadlıq hərəkatı öz kütləviliyi ilə seçilirdi. Xalqımızın bütün
nümayəndələrinin fəal şəkildə qoşulduğu milli - azadlıq hərəkatına