Azərbaycan millətinin formalaşmasına
şərait
yaratmışdı.
Millət,
insanların elə birliyinə deyilir ki, burada ümumi tarixi
ənənələrin daşıyıcısı olan insanlar eyni irqə və ya etnosa mənsub olmaqla
yanaşı,
dil, ərazi, mədəniyyət
birliyinə və
ümumi iqtisadi həyat
birliyinə də
malik olmalıdır. 1. Davamlı iqtisadi birliyin olması; 2. Xalqın iradəsinə tabe
olan vahid siyasi hakimiyyətin, yəni müstəqil dövlətin olması və 3. İnsan
hüquqlarına
hörmətlə
yanaşan
cəmiyyətin
mövcudluğu
millətin
formalaşmasında mühüm rol oynayır.
XIX əsrin II yarısında Şimali Azərbaycanda cəmiyyətin strukturunda
baş vermiş ən mühüm dəyişikliklərdən biri yeni bir
burjua zümrəsinin
yaranması
idi. Formalaşmaqda olan Azərbaycan burjuaziyasının tərkibinə neft
sənayeçiləri, dağ - mədən, yüngül və yeyinti sənaye müəssisələri sahibləri və
ticarət kapitalının nümayəndələri daxil idi. Azərbaycan burjuaziyasının tərkibi
çoxmillətli
idi. Bu zümrəyə
Azərbaycan - türk, rus, erməni
və digər xalqların
nümayəndələri daxil idi. Azərbaycan milli burjuaziyasını isə
H.Z.Tağıyev,
Ş.Əsədullayev, M.Nağıyev
və başqaları təmsil edirdilər.
Azərbaycan kapitalı
yüngül və yeyinti sənayesi sahəsində daha geniş
211
şəkildə təmsil olunurdu.
Cəmiyyətin sosial strukturunda baş vermiş ən böyük dəyişikliklərdən
biri də muzdlu işçilərdən ibarət fəhlə zümrəsinin təşəkkül tapması idi.
Şimali Azərbaycanda fəhlə zümrəsi də çoxmillətliliyi ilə fərqlənirdi.
Azərbaycan - türk fəhlələri ilə yanaşı, bu zümrənin sıraları Cənubi
Azərbaycandan gələn kəsbkarlar və Bakıda sənayenin coşqun inkişafı ilə
əlaqədar Rusiyanın müxtəlif bölgələrindən Azərbaycana axışan rus və digər
xalqların nümayəndələri hesabına xeyli genişlənmişdi.
Kapitalist sənayesinin formalaşması və Şimali Azərbaycanda iqtisadi
əlaqələrin genişlənməsi şəraitində iqtisadi həyat birliyinin yaranması üçün
müəyyən şərtlərin yetişməsi Azərbaycan xalqının millətə çevrilməsi prosesinə
təkan vermişdi. Ancaq Azərbaycan millətinin formalaşması prosesi bir sıra
özünəməxsus xüsusiyyətlərin mövcudluğu şəraitində gedirdi. 1. Vətənimiz iki
yerə bölünmüş, xalqımızın ərazi vahidliyi pozulmuşdu. Şimali Azərbaycanın
özündə də tarixi torpaqlarımız parçalanaraq müxtəlif qubemiyalann tərkibinə
daxil edilmişdi; 2. Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi.
Rusiya Şimali Azərbaycanda cəmiyyətin həyatımn bütün sahələrində
milli və dini aynseçkilik siyasəti yeridirdi. İmperiyanın tərkibində ərazi
bütövlüyü pozulduğundan “Azərbaycan” adlı inzibati ərazi anlayışı hər hansı bir
sənəddə işlənmirdi. Azərbaycan ali zümrəsinin nümayəndələri belə siyasi
hüquqlardan məhrum olub, yüksək dövlət vəzifələrinə buraxılmırdılar.
Azərbaycanlı gənclərə silahı etibar etməyən dövlət onlan orduya çağırmırdı.
Dövlət idarəetmə orqanlarında işlər yalnız rus dilində aparılırdı. Köçürmə və
ruslaşdırma siyasəti nəticəsində tarixən bir nəfər də olsun rus əhalisinin
yaşamadığı Şimali Azərbaycanın əhalisinin artıq 10 %-i, Bakı şəhərinin
əhalisininin 30 %-i ruslardan ibarət idi. Xanlıqlar dövründə Bakı şəhərində
ermənilər 3-5 ailədən ibarət idisə, XIX əsrin sonu-XX əsrin əvvəllərində
ermənilər say etibarilə Azərbaycanlı və ruslardan sonra üçüncü yerdə idi.
Dinimiz və din xadimlərimiz çox sərt polis nəzarəti altına alınmışdı.
Şirvanşahlar sarayı və Şəkidəki Xan sarayı kimi nadir tarixi abidələrimiz anbara
çevrilmişdi.
Bütün təbii sərvətlərimiz yadellilərin əlində idi. Azərbaycanın milli
burjuaziyası nəinki ruslar, hətta xarici sahibkarlarla müqayisədə ikinci dərəcəli
hesab olunurdu. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev kimi böyük
sənayeçilərimiz belə milli aynseçkilik siyasətinə məruz qalırdılar. Çox
maraqlıdır ki, onlar öz mədənlərindən ağır zəhmət bahasına çıxarılan nefti
hökumətə daha ucuz qiymətə satmaq təklifi ilə çıxış etmişdilər. Lakin hökumət
“Qafqaz və Merkuri”, “Nobel qardaşları” kimi xarici şirkətlərlə neftin satışı ilə
bağlı müqavilə bağlamağı daha üstün tutmuşdu.
Rus hökumətinin təhsil sahəsində yeritdiyi siyasət də Azərbaycanlı
əhalinin müti kütləyə çevrilməsinə və ruslaşdırılmasma xidmət edirdi. Bu
zaman hökumət Azərbaycanlı gənclərə, hətta rus dilində də keyfiyyətli təhsil
vermək niyyətindən tamamilə uzaq idi. Bununla bağlı rəsmi sənədlərdən
212
birində deyilirdi;
Dostları ilə paylaş: |