Çar hökuməti 1870-ci il Əsasnaməsini Azərbaycan şəhərlərinə tətbiq
etməyə tələsmirdi. Bakı quberniyasının qubernatoru heç bir əsas olmadan Bakı
şəhərinin ictimai idarə etməyə hələ hazır olmadığını bəhanə gətirərək və burada
islahatın dar çərçivədə həyata keçirilməsini təklif etmişdi. Yelizavetpol
qubernatoru isə yerli əhalinin geriliyi və inkişafdan son dərəcə geri qalması kimi
əsassız bəhanə ilə Əsasnamənin tətbiqinin qəti əleyhinə çıxmış və şəhər
təsərrüfatının polis idarəsinin ixtiyatmda saxlamimasım məqsədəuyğun
saymışdı. Uzun müzakirələrdən sonra, 1870-ci il
Şəhər Əsasnaməsi ilk dəfə
1878-ci ildə yalnız Bakı şəhərində tətbiq edildi. Əvvəlcə 6-9 dekabr 1877-ci ildə
əmlak senzi əsasında Bakı Şəhər Dumasına seçkilər keçirildi. Şəhər əhalisi
ödədiyi verginin miqdanna uyğun olaraq üç qrupa bölündü və hər qrup Dumaya
24 qlasm - deputat (üzv) seçə bilərdi. Şəhərin əsil sahibi olan Azərbaycan
əhalisindən seçilən deputatlann sayı xristian qlasniların sayından çox ola
bilməzdi. Əsasnaməyə uyğun olaraq şəhərin aşağıdakı ictimai idarə orqanları
yaradılmışdı: 1. Şəhər Duması; 2. Dumanın icraedici orqanı olan Şəhər İdarəsi.
Bu iki orqanın başçısı (qlava) yalmz rus olmalı idi. Başçını Şəhər Duması seçsə
də, Daxili İşlər Nazirliyi təsdiq edirdi.
Bakı Şəhər Duması 8 yanvar 1878-ci ildə açıldı. Azərbaycanlılardan
Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy
Topçubaşov kimi dövrünün görkəmli şəxsiyyətləri Bakıda fəaliyyətə başlayan
ilk Şəhər Dumasına deputat seçilmişdilər.
Şəhər Dumasının səlahiyyət dairəsinə şəhər təsərrüfatmm idarə
edilməsi, yerli ticarət
və sənayenin himayə edilməsi, yanğınla mübarizə,
səhiyyə, xalq təhsili kimi sahələr daxil idi. Bakı Şəhər Dumasında bütün işlər rus
dilində aparılırdı.
Çar hökuməti 1892-ci ildə yeni Şəhər Əsasnaməsi qəbul edərək
qubematorlann şəhərlərin özünüidarə işlərinə müdaxilələr etmək sahəsində
hüquqlarını genişləndirdi. Bu Əsasnaməyə uyğun olaraq 1897-ci ildə
Yelizavetpolda (Gəncədə) tam həcmli şəhər özünüidarəsi, Lənkəran, Nuxa
(Şəki), Şamaxı, Quba və digər şəhərlərdə isə sadələşdirilmiş
ictimai idarələr
yaradıldı.
İnzibati
-
idarə sistemində dəyişikliklər,
1859-cu ildə Şamaxıda baş
verən zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürüldü və Şamaxı
quberniyası Bakı quberniyası adlandırıldı. 1860-cı il inzibati islahatana görə
Dərbənd quberniyası ləğv edildi, bu qədim şəhərimiz ətraf ərazisi ilə birlikdə
Dağıstan quberniyasının tərkibinə qatıldı. Quba qəzası isə Bakı quberniyasının
tərkibinə verildi.
Şimali Azərbaycanın inzibati - ərazi bölgüsündə ən ciddi dəyişiklik
1868-ci ildə mərkəzi Gəncə olmaqla, Yelizavetpol quberniyasının yaradılması
oldu. 1883-cü ildə çar hökuməti Qafqaz canişinliyini ləğv etdi və diyann idarəsi
Qafqazın mülki hissə üzrə baş rəisinə tapşınidı.
206
Şimali Azərbaycan burjua islahatlarından sonrakı dövrdə
Kənd təsərrüfatı,
1870-ci il aqrar islahatından sonra Azərbaycan
kəndində kapitalist münasibətlərinin inkişafını göstərən bir sıra mühüm
əlamətlər meydana çıxmışdı:
birincisi, kənd təsərrüfatının bəzi sahələrində
(qızıl boya, çəltik, taxılçılıq, pambıq, üzüm və şərab istehsalı) istehsalın ticarət
əkinçiliyi və kapitalist əmtəə, səviyyəsinə çatması; ikincisi, daxili bazarın
genişlənməsi ilə ayrı-ayrı bölgələrin müxtəlif kənd təsərrüfatı məhsullarının
istehsalı üzrə ixtisaslaşması (Kür boyu bölgələr pambıqçılıq, Nuxa və Şamaxı
ipəkçilik, Quba və Zaqatala bağçılıq və sair üzrə ixtisaslaşmışdı); üçüncüsü,
yeni kənd təsərrüfatı alətlərinin, maşmlann və qabaqcıl üsulların tətbiqi;
dördüncüsü, texniki bitkilər istehsalımn
genişlənməsi; beşincisi, kənd
təsərrüfatında muzdlu əməyin tətbiqinin genişlənməsi; altıncısı, torpağın icarə,
girov və alqı-satqı obyektinə çevrilməsi; yeddincisi, kənddə ictimai
təbəqələşmənin dərinləşməsi və qolçomaq təsərrüfatlarının meydana çıxması.
Azərbaycanda becərilən torpaqlann 70 - 75 faizindən çoxunda taxıl
(buğda və arpa) yetişdirilirdi. XIX əsin sonlarında Cənubi Qafqazda istehsal
edilən taxılın 40%-ə yaxını Şimali Azərbaycanın payına düşürdü.
Ölkə üzrə
yığılan 100 milyon puda yaxın taxılın 2/3 hissəsi Azərbaycanın taxıl anban
sayılan Yelizavetpol quberniyasında istehsal edilmişdi. 90-cı illərdə
Azərbaycanda ildə orta hesabla 8 milyon puddan çox çəltik məhsulu
götürülürdü. Lənkəran və Nuxa qəzaları çəltikçilik üzrə ixtisaslaşmışdı.
Taxılçılıq təsərrüfatlarında məhdud miqyasda muzdlu əmək tətbiq olunurdu.
Kənd təsərrüfatında tədricən yeni və təkmilləşdirilmiş əmək
alətlərindən istifadə edilirdi. 1885-ci ildə rus mütəxəssisləri Gəncə və
Kürdəmirdə kənd təsərrüfatı maşınlarını sınaqdan keçirmişdilər.
1887-ci ildə Tiflisdə açılmış "Qafqaz ipəkçilik stansiyası"nm Nuxa və
Qarabağdakı şöbələri barama yetişdirilməsinin yeni üsullarının ipəkçilərə
öyrədilməsi sahəsində səmərəli fəaliyyət göstərirdi.
Kənd təsərrüfatının yeni sahələrindən biri də tütünçülük idi. 1872-ci
ildə xaricdən gətirilən tütün üzərinə yüksək gömrük qoyulması
bu sahənin
inkişafına təkan vermişdi. 1883-cü ildə Azərbaycanda 144 desyatin sahəyə
malik 554 tütün plantasiyası var idi.
1897-
ci ildə Bakı və Yelizavetpol qubemiyasmdakı üzüm bağları
bütün Cənubi Qafqazdakı üzüm bağlarının ümumi sahəsinin 24,7%-ni təşkil
edirdi. Azərbaycanda hər il orta hesabla 4,5 - 5,5 milyon pud və yaxud Cənubi
Qafqazda yığılan məhsulun 30%-i qədər üzüm toplanırdı. Üzüm məhsulunun
böyük hissəsi şərab zavodlarına göndərilirdi. Beləliklə, islahatdan sonrakı 30 il
ərzində Azərbaycan kəndi burjua təkamülü yolu keçmiş, kənd təsərrüfatı
istehsalının ixtisaslaşması, ticarət əkinçiliyinin artması, torpaq icarə
formalarının yaranması ilə xarakterizə olunan yeni iqtisadi şəraitdə Azərbaycan
kəndində kapitalist münasibətləri təşəkkül tapmışdı.
Sənaye və nəalivvatm inkişafı,
XIX əsrin son 30
illiyində Şimali
207
Azərbaycanın iqtisadiyyatı kapitalistcəsinə sürətli inkişaf yolu keçmiş, artıq
fabrik - zavod mərhələsində olan sənaye istehsalında yeni mütərəqqi texnika və
texnologiyalar tətbiqinə başlanılmış, iqtisadiyyatda bir sıra struktur
dəyişiklikləri baş vermişdi. Belə struktur dəyişikliklərdən biri və ən mühümü
neft sənayesi ilə bağlıdır. 1850-ci ildən 1870-ci ilə qədər iltizama verilən
neftçıxarmada yeni texnika tətbiq etmək və bu sahəyə iri həcmli kapital qoymaq
mümkün deyildi. Neft sənayesində
Dostları ilə paylaş: