Kafedra: Sənayenin təşkili və idarə edilməsi. Fənnin adı: Nəqliyyat tikintisinin iqtisadiyyatı



Yüklə 21,99 Kb.
tarix10.12.2022
ölçüsü21,99 Kb.
#73731
Nəgliyyat tikintisinin iqtisadiyyatı Movzu3


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ


Kafedra: Sənayenin təşkili və idarə edilməsi.


Fənnin adı: Nəqliyyat tikintisinin iqtisadiyyatı

Mövzu3: İdarəetmənin əsas funksiyaları və prinsipləri




Məruzəçi: Həsənova Günel Nizami qızı

MÜHAZİRƏNİN PLANI


1) Tikintidə idarəetmənin mahiyyəti.


2) İdarəetmənin prinsip və funksiyaları.
3) Tikintidə idarəetmənin müasir problemləri.
4) Tikintidə elmi-texniki inkişafın idarəedilməsi və təkminləşdirilməsi.
ƏDƏBİYYAT

1) Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin İqtisadiyyatı və idarə edilməsi ” Bakı – 2001


2) Əliyev A.B, Əzizova M.A “Ekonomika stroitelstva” Bakı 2013
3) İ.Mehdiyev, V.Şirəliyev “Tikintinin iqtisadiyyatı” Bakı – 2005
4) İ.Stepanov “Ekonomika stroitelstva” Moskva – 2011

Bakı-2021



  1. Müasir dövrdə əsas məsələlərdən biri də idarəetmənin düzgün təşkili və

mütəmadi təkmilləşdirilməsidir.
İdarəetmə, nəzərdə tutulmuş məqsədə nail olmaq üçün hər hansı konkret obyektə məqsədəuyğun şəkildə təsiretmə vasitəsi olub, tələblərin və cəmiyyətin həyat səviyyəsinin təkmilləşdirilməsi mexanizmidir.
İdarəetmə istənilən cəmiyyətdə müəyyən sistemləri, idarəedən və idarəolunan altsistemlərini, idarəedici parametrləri və məlumatların toplanmasını və işlənib hazırlanmasını nəzərdə tutur.
Menecment – idarəçilik fəaliyyəti sistemidir. Bu sistem idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiya və məsuliyyətlərin bölüşdürülməsini, resursların düzgün seçilməsi və istifadəsini və s. özündə birləşdirir.
Qeyd edilməlidir ki, idarəetmə şoxcəhətli proses olub, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə sıx əlaqədardır. Buna görə də idarəetmənin özünün konkret obyekt və subyektləri vardır ki, onlarda daxili və xarici amillərin təsiri nəticəsində formalaşır.
İdarəetmənin obyektlərinə daxildir : Konkret xalq təsərrüfat sahəsi, ayrı – ayrı müəssisəlr, səhmdar cəmiyyətlər, firma və təşkilatlar, bütövlükdə xəmiyyətdə baş verən iqtisadi, siyasi, hüquqi və ideoloji proseslər.
İdarəetmənin subtektlərinə daxildir : dövlət və onun orqanları, səhmdar cəmiyət və birliklərin idarə orqanları, sahibkarlar və menecerlər, banklar, müxtəlif fondlar, bizneslə məşğul olan şəxslər və s.
İdarəetmənin obyektləri və subyektləri arasında olan xətti və finksional asılılıq və təşkilati münasibətlərin əsas növlərinin həyata keçirilməsi idarəetmə strukturunun bazis sxemini təşkil edir.
Tikinti təşkilatında idarəetmə obyektinə daxildir : tikinti məhsulunun istehsalı prosesi və kompleks resurlardır ki, bunların vasitəsi ilə idarəetmə sisteminin təsiri nəticəsində hazır məhsul istehsal olunur.
Müasir şəraitdə idarəetmənin düzgün təşkili və onun qurluşunun daha da təkminləşdirilməsi əsas məsələlərdən biri hesab olunur.
İdarəetmə, nəzərdə tutulmuş məqsədə nail olmaq üçün hər hansı konkret obyektə məqsədəuyğun şəkildə təsir etmə vasitəsi olub, obyektiv qanunlar sisteminin tələblərini və cəmiyyətin həyat səviyyəsinin yaxşılaşdırılması mexanizmidir.
İdarəetmənin ümumi halda məqsədi iqtisadi sistemin fəaliyyətini optimallaşdırmaq, daha az səy və məsrəflə mümkün olan daha çox iqtisadi nəticələrə nail olmaqla cəmiyyətin təlabatını lazımi səviyyədə ödəməkdir.İdarəetmə elmi bütün cəmiyyətlər üçün təxminən eyni olan bir sıra əlamətlərə malikdir.Belə ki, idarəetmə prosesi hansı cəmiyyət olursa-olsun müəyyən sistemlərin, habelə idarəedən və idarə olunan altsistemlərin, idarəedici parametrlərin, müəyyən məlumatların toplanmasını, onun işlənib hazırlanmasını, idarəetmədə əks əlaqələrin olmasını və s. nəzərdə tutur.Lakin, bununla əlaqədar olaraq idarəetmənin sosial mahiyyəti ayrı-ayrı ictimai-iqtisadi formasiyalarda müxtəlif olmuşdur.
İdarəetmənin ilk dəfə meydana gəlməsi əməyin təşkili metodlarının tətbiqi ilə bağlı olub, sonra isə Fredrix Teylorun “Elmi idarəetmənin prinsipləri” (1911) kitabının nəşr oluması ilə əlaqədar olaraq, idarəetmə prosesləri daha da inkişaf etmişdir. Daha sonra isə idarəetmə elminin universal prinsiplərinin, funksiyalarının irəli sürülməsində və onun dövlət idarəetmə sisteminə tətbiq olunmasında Anri Fayolun böyük xidməti olmuşdur.O dövrdən başlayaraq “idarəetmə” anlayışının “menecment” anlayışından daha geniş olması və ya əksinə olması barədə bir çox fikir ayrılması olmuşdur.Belə ki, bəzi müəlliflər qeyd etmişlər, “idarəetmə” anlayışı “menecment” anlayışdan geniş olması, axrıncının isə daha geniş sahələrdə tətbiq edilməsi ilə izah edirlər.Beləliklə, menecment idarəçilik fəaliyyəti sistemidir.Bu fəaliyyət sistemi idarəetmə prosesini, fəaliyyətin təşkilini. Icraçılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsəsini resusların səmərəli surətdə seçilməsini və istifadəsini, iş stilinln müəyyən edilməsini və s. xüsusi idarəetmə orqanlarının mövcudluğunu özündə birləşdirir.
Bəzi iqtisadçılar “menecment” dedikdə aşağıdakıları nəzərdə tutur: firmanın iqtisadi strategiyasının hazırlanması; idarəetmənin təşkili. Buradan görünür ki, sahibkarlıq fəaliyyətinin təşkili də bu anlayışı daxil edilir.
İdarəetmə sistemi idarəedən və idarə olunan yarım sistemlərin fəaliyyətini təmin edən elmi yanaşma, funksiyalar,metodlar və məqsədlər məcmuusundan ibarətdir.
Hazır ki, şəraitdə iqtisadiyyatın idarəedilməsinin yenidən qurulmasının öncül istiqamətlərindən biri əsasən müəssisə, birlik,şirkətlr, firmalar və digər təsərrüfat təşkilatları səviyyəsi üzrə təcrübədə menecmentin tətbiqi üzrə nəzəri və metodoloji əsasın işlənilməsidir. İqtisadi idarəetmə-iqtisadi prosesləri tənzim edən obyektiv qanunlar əasında, iqtisadiyyatın inkişaf menanizmini təmi etməklə, ölkənin iqtisadi potensialının məqsədli və səmərəli şəkildə istifadə etməyə yönəldilən fəaliyyətdir.
Bununla əlaqədar olaraq, idarəetmə fəaliyyəti bazar iqtisadiyyatı şəraitində sənaye firmaların inkişafında və funksional fəaliyyətində əsas amillərdən biri hesab olunur.Bu fəaliyyət istehsalın və məhsulun realizə olunasının obyektiv tələblərinə uyğun olaraq, məhsulun texniki-iqtisadi və digər parametrlərinin formalaşmasında istehlakçıların rolunun artması, digər təsərrüfat əlaqələrinin genişlənməsi ilə əlaqələndirilir.
Qeyd etmək lazımdır ki, idarəetmə çoxcəhətli bir prosesdir, o cəmiyyətin bütün fəaliyyət dairəsi ilə sıx əlaqədardır.Belə ki, idarəetmə prosesi canlı və cansız təəbiətin, cəmiyyətin, ictimai həyatın bütün hadisələrinə xas olan bir prosesdir.Yəni idarəetmə prosesi universal xarakter daşıyır və müəyyən istehsal və təsərrüfat əlaqələri şəraitində baş verir.
Ümumiyyətlə idarəetmə sistemini üç iri sahəyə bölmək olar; siyasi idarəetmə, iqtisadi idarəetmə və dövlət idarəçiliyi.Bununla əlaqədar olaraq. Idarəetmənin özünün konkret obyekt və subyektləri vardır ki, onlarda daxili və xarici amillərin təsiri nəticəsində formalaşır.
İdarəetmənin konkret obyektlərinə aşağıdakılar daxildir: konkret xalq təsərrüfatının sahəsi, ayrı-ayrı müəssisələr, səhmdar ccəmiyyətlər, şirkətlər, firmalar və təşkilatlar. Bütövlükdə xam təsərrüfatı və cəmiyyət, eləcə də cəmiyyətdə baş verən iqtisadi, siyasi,hüquqi və ideoloji proseslər.İdarəetmənin subyekylərinə daxildir: dövlət və onun orqanlarıı, səhmdar cəmiyyətlərin və birliklərin idar orqanları, sahibkarlar və menecerlər, banklar, müxtəlif fondlar, bizneslə məşğul olan şəxslər və s.
İdarəetmənin obyektləri və subyektləri arasında olan xətti və funksional əlaqələrin və təşkili münasibətlərin əsas növlərinin həyata keçirilməsi, idarəetmə strukturunun bazis sxemini təşkil edir.

Daha doğrusu tikinti təşkilatında idarəetmə obyektinə daxildir: tikinti məhsulunun istehsalı prosesi yəni, istehsal prosesinin özüdür ki, bunun vasitəsilə əsas fondlar yaradılır, bunların vasitəsilə idarəetmə sistemini təsiri nəticəsində hazır məhsul istehsal olunur.


İdarəetmə münasibətləri inzibati-hüquqi, təşkilatı, psixoloji münasibətlər formasında təzahür olunur və həmin münasibətlərin məzmunu hər bir ictimai-iqtisadi formasiyanın qanunları, prinsipləri ilə müəyyən olunaraq həyata keçiilir.Başqa elmlər kimi, idarəetmə elminin də istifadə etdiyi metodlar da çoxcəhətlidir.Bununla əlaqədar olaraq idarəetmə sahəsində olan metodları iki yerə; ümumi və xüsusi sisteminə bölmək olar.
Ümuni metodlara kompleks halında yanaşma, xalq təsərrüfatın sahələrarası mövqeyindən yanaşma optimalaşdırma, müşahidə, təhlil, ümumiləşdirmə, tarixi yanaşma, deduksiya və induksiya, mücərrəd təfəkkür metodlarını aid etmək olar. İdarəetmədə ümumi metodlar ilə yanaşı onun konkret elmi metodlarıda vardır ki, bunlara daxildir: müxtəlif informasiyaların toplanması və onların işlənib hazırlanması metodları, müxtəlif təhlil metodları, iqtisadi-riyazi modelləşdirmə, anket sorğusu metodunu və s. göstərmək olar.Bu metodlardan səmərəli istifadə olunması, onların düzgün əsaslandırılmasından və işlənilməsindən, idarəetmə sistemindəki kadrların ixtisasından və hazırlıq səviyyəsindən, onların işə olan münasibətindən xeyli dərəcədə asılıdır.

  1. İdarəetmə mexanizminin tamamilə və səmərəli həyata keçirilməsi

müəyyən prinsiplərə (əsaslara)bağlanır.
İdarəetmə prinsipi – istər bütövlükdə cəmiyyətin, istərsədə ayrıca idarəetmə orqanlarının fəaliyyətini istiqamətləndirilən rəhbərlik qaydaları sistemidir.
İdarəetmə prinsipləri bir qayda olaraq idarəetmə metoduna təsir göstərir, onun konkret şəraitdə məzmunu və xarakterini müəyyənləşdirir. Ümumi halda idarəetmənin aşağıdakı əsas prinsipləri vardır : obyektivlik və konkretlik; sahibkarlıq və azad rəqabət, optimallıq və səmərəlilik; sosial və təsərrüfat rəhbərliyinin vəhdəti; əməyin maddi və mənəvi həvəsləndirilməsi; elmilik; təsərrüfatın planlı idarəedilməsi; kadrların düzgün seçilməsi və yerləşdirilməsi; qənaətçillik və səmərəlilik; vahid rəhbərlik və kollegial əlaqələndirmə; hüquq və məsuliyyətin əlaqələndirilməsi; əmək fəaliyytinin motivləşdirilməsi; əks əlaəqələndirmə və s.
İdarəetmə funksiyaları – idarəetmə zamanı obyektiv və həll edilən məsələlərin vəhdəti nəticəsində birləşmiş fəaliyyətin, qərarların və proseslərin məcmusunu ifadə edən iş növləridir. Odur ki, idarəetmə fəaliyyəti idarəetmə funksiyaları ilə bağlı olub, idarəetmə məqsədlərinə xidmət edir.
İdarəetmə funksiyalarına əsasən aşağıdakılar aiddir : material və texniki təminat; marketinq; kontraktlar; keyfiyyət; kommunikasiya və s. Bunların hər biri fəaliyyət sahəsi olub idarəetmə prosesində, idarəetmə funksiyaları vasitəsi ilə həyata keçirilir.

  1. Son illərdə idarəetmə sisteminin həyata keçirilməsi yolları və metodları

barədə çoxlu elmi – tədqiqat işləri aparılsa da, istənilən qədər problemlər qalmaqdadır. Bunlara əsasən aşağıdakılar daxildir :

    1. Xüsusi ehtiyyatlardan, əsasəndə təbii ehtiyyatlardan səmərəli istifadə

olunması. Çünki getdikcə artan təlafatlar qarşısına ehtiyyatlar çatışmazlığı onların optimal bölüşdürülməsi və qənaətlə istifadəsini tələb edir.

    1. Ekologiya və ətraf mühitin qorunması. Belə ki, təbii xammalların

çıxarılması zamanı təbiətə vurulan zərər azaldılmalı, zərər sənaye tullantıları neytrallaşdırılmalı, tullantısız istehsalatlar yaradılmalıdır.

    1. Tikinti və tikinti materialları sənayesi müəssisələrinin güclərinin

balanslaşdırılmasının təmini. Yəni, eyni rayon və zonalarda müxtəlif idarəçilik asılılığı olan geniş şəbəkənin olması, tikinti güclərinin balanslaşdırılmasında çətinliklər yaradır. Onların səmərəli yerləşdirilməsi dispraporsiyaları aradan qaldırmağa imkan verər.

    1. Bölgənin sahələrarası xidmət və istehsallarının, həmçinin sisteminin

inkişafı. Buda yalnız kompleks idarəetmə və ərazi sosial – iqtisadi inkişaf prosesində müsbət səmərə verə bilər.

    1. Məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi və yerli əmək

ehtiyatlarından səmərəli istifadə. Bu problemlərin səmərəli həlli bölgənin strukturunda təkmilləşmədə nəzərə alınmalıdır.

    1. Buraxılan məhsulun keyfiyyətinin idarəetmə sistemlərinin inkişafı.

    2. Bölgələrdə sosial infrastrukturun sürətli inkişafı və problemlərin

kompleks həlli. Bu zaman sosial və mədəni – məişət obyektlərinin inkişafına nail olmaq olar.

    1. Müasir tələblərə cavab verən kadrlar hazırlığının və yenidən

hazırlanmasının yaxşılaşdırılması və daha da təkmilləşdirilməsi və s.
Yuxarıda qeyd edilən bu əsas problemlərin həlli yalnız sistemli yanaşma əsasında müvəfffəqiyyətlə həll oluna bilər və yaxın zamanda həll edilməlidir.



  1. Müasir elmi – texniki inkişaf, mütəmadi olaraq səmərəliliyin

yeksəldilməsi və templərin sürətləndirilməsini, idarəetmə firma və metodlarının müntəzəm təkmilləşdirilməsini tələb edir. Hal – hazırda tikintidə bu sahədə bəzi çatışmazlıqların aradan qaldırılması vacibdir:

  1. Sahə və bölgə baxımından elmi – texniki inkişafın idarə olunması

prinsiplərinin hazırlanması və planlaşdırılması məsələlərinin təkmilləşdirilməsinə ehtiyac var.

  1. Elmi – texniki inkişafın daha səmərəli istiqamətlərinin seçilmə

əsaslarının səviyyəsi çox aşağıdır.

  1. Yeni texniki istehsalının idarə olunmasında və planlaşdırılmasında

komplekslilik səviyyəsi lazımı dərəcədə deyildir.

  1. Mənəvi cəhətdən köhnəlmiş texnika və texnologiyanın əvəz olunması

templəri aşağıdır. Bu onların sıradan çıxmasının aşağı orta illik faizi ilə, əvəzetmə müddətinin amortizasiya normalarından geri qalması ilə təsdiq olunur.

Müasir şəraitdə xalq təsərrüfatın və onun ayrı-ayrı sahələrinin struktur dəyişiklikləri və sahələrarası əlaqələrin mürəkkəbləşməsi; təşkilati-iqtisadi və sosial əlaqələrin inteqrasiyası, elmi-texniki tərəqinin nailiyyətlərindən daha səmərəli istifadə olunması və onun idarəedilməsi zərurəti; sosial-iqtisadi problemlərin kompleks həlli; bazar şəraitinin formalaşması və s. məsələlərinin həllində idarəetmə elminə təlabat daha da artmışdır.Bununla əlaqədar olaraq idarəetmə elminin metodlarına, qanunlarına, funksiyalarına bütün tələblərinə hər bir istehsalçı, təsərrüfat rəhbəri, menecer və s. eyni dərəcədə və hərtərəfli əməl etməlidirlər.


Suallar:
1. İdarəetmə nədir?
2. Tikinti təşkilatında idarəetmə obyektinə nə daxildir?
3. İdarəetmə sistemini neçə sahəyə bölmək olar?
4. İdarəetmə prinsipi nədir (tərif)?
5. idarəetmənin hansı əsas prinsipləri vardır?
6. İdarəetmə funksiyaları nədir(tərif)?
7. İdarəetmə funksiyalarına nəyi aid etmək olar?
Yüklə 21,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin