Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə122/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   118   119   120   121   122   123   124   125   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

bütün zümrələr üçün eyni 
olan ümumi məhkəmə 
yaradılırdı. İndi 
məhkəmə iclasları açıq keçirilirdi, 
məhkəmə prossesini izləmək istəyənlər məhkəmə zalına buraxılır və bu prosses 
haqqında mətbuat səhifələrində məlumat verilə bilərdi. Bundan sonra hakimlər 
müstəqil qərar çıxartmaq hüququ alırdılar və məhkəmə prossesində 
vəkillər və 
andlı iclasçılar 
iştirak edirdilər. Bu yeniliklərin tətbiq edilməsi demokratik 
hüquq və azadlıqlann mövcud olmadığı Rusiya cəmiyyəti üçün çox mütərəqqi 
hadisə idi. 
Məhkəmə islahatı Şimali Azərbaycanda guya əhalinin «ictimai şüur 
baxımından geri qalması» bəhanəsi ilə bir qədər gec və ləng həyata keçirildi. Bu 
zaman Rusiyadan fərqli olaraq 
22 noyabr 1866-cı il Nizamnaməsi 
əsas 
götürülürdü. Nizamnaməyə görə 
Şimali Azərbaycanda 
yaradılacaq 
məhkəmələrdə andlı iclasçılarm iştirakı nəzərdə tutulmamışdı. 
Məhkəmə 
hakimləri seçki yolu ilə seçilmir, yalnız Qafqaz canişininin təqdimatı əsasında 
təyin edilirdilər. Hakim vəzifəsinə bir qayda olaraq azərbaycanlılar təyin 
edilmirdilər. Azərbaycanlı yalnız hakimin müavini vəzifəsini tuta bilərdi. 
Məhkəmə yalnız 
rus dilində 
aparıldığından iclaslarda tərcüməçi iştirak edirdi. 
Məhkəmə islahatı haqqında Nizanmamənin Şimali Azərbaycanda 
tətbiqinə 1868-ci ilin fevralın 19-dan başlandı. Həmin gün 
Bakı dairə 
məhkəməsi və Bakı barışıq məhkəməsi 
fəaliyyətə başladı. 
Quberniyalarda yaradılan 
dairə məhkəmələri 
Şimali Azərbaycanda 
ən 
ali məhkəmə instansiyası 
olub, Tiflis Məhkəmə Palatasına tabe idi. 
Barışıq 
məhkəməsi 
isə bir pillə aşağı məhkəmə orqanı hesab olunurdu. Qafqaz canişini 
tərəfindən təyin olunan barışıq hakimləri mülki işlərə, şəxsi münaqişələrə 
və 
xırda cinayət işlərinə baxırdılar. 
Səhər islahatının keçirilməsi,
XIX əsrin 60-70-ci illərində həyata 
keçirilən burjua islahatlanndan biri də 
şəhər islahatı 
idi. Şəhər islahatının 
keçirilməsinin əsas səbəbi artıq şəhər əhalisinin tərkibində həlledici rol oynayan 
sənayeçilərin, sahibkarların şəhərlərin ictimai - siyasi həyatında fəal iştirak 
etmək tələbləri ilə bağlı idi. 16 iyun 1870-ci ildə Rusiyada şəhər idarə 
orqanlarının təşkili haqqında 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin