Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 27. XIX əsrin 60 - 70-ci illərində Şimali Azərbaycanda burjua



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə121/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   117   118   119   120   121   122   123   124   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 27. XIX əsrin 60 - 70-ci illərində Şimali Azərbaycanda burjua 
islahatlarının keçirilməsi. Ölkənin iqtisadi inkişafı 
1870-ci il kəndli islahatı,
1861-ci ildə Rusiyada kəndli islahatı 
keçirilmiş və təhkimçilik hüququ ləğv edilmişdi. Rusiyadan fərqli olaraq 
Azərbaycanda sahibkar kəndliləri torpağa təhkim olunmamışdılar və 
sahibkarlarla kəndlilər arasında yalnız asılılıq münasibətləri hökm sürürdü. Çar 
hökuməti XIX əsrin 60-cı illərinin əvvəllərində Şimali Azərbaycanda kəndli 
islahatının keçirilməsinə hazırlıq görməyə başladı. İslahatı keçirtmək üçün ilk 
növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlannm sərhədlərini 
müəyyənləşdirmək üçün 1861-ci ildə Zaqafqaziya Mərz Palatası yaradıldı. 
Mərz- ləşdirmə işi o qədər ləng gedirdi ki, 1862-ci ildən, yəni bu iş başlayandan 
keçən 25 il ərzində torpaqlann cəmi 5 %-i mübahisəsiz hesab edilmişdi. İslahata 
hazırlıq sahəsində ikinci mühüm addım 1866-cı ildə bəy komissiyalarının 
yaradılması oldu. Bu komissiyalar Bakı, Tiflis, İrəvan quberniyalarında və Şuşa 
qəzasında ali müsəlman zümrəsinin tərkibini dəqiq 
203 


müəyyənləşdirməli idi. Bəy komissiyalanmn fəaliyyəti nəticəsində bütövlükdə 
Şimali Azərbaycanda 1188 bəy nəsli əsl - nəcabətli bəy nəsli kimi tanınmış, 
1048 nəslə isə lazımi təsdiqedici sənədləri olmadığı əsas gətirilərək bəy titulu 
verilməsindən imtina edilmişdi. 
Rusiya hökuməti uzun müzakirələrdən sonra nəhayət 1870-ci ilin may 
ayının 14-də Azərbaycanın sahibkar kəndində islahat keçirilməsini nəzərdə 
tutan Əsasnaməni təsdiq etdi. 14 may 1870-ci il Əsasnaməsində kəndliləri və 
bəyləri maraqlandıran üç əsas məsələyə - feodal-asılı münasibətlərin ləğv 
edilərək kəndlilərə azadlıq verilməsi, torpaq, vergi və mükəlləfiyyət 
məsələlərinə toxunulmuşdu. 
Əsasnamə ilə Azərbaycanın sahibkar kəndlilərinin feodaldan asılılıq 
münasibətlərinə son qoyulması və onlara azadlıq verilməsi elan edilirdi. 
Əsasnaməyə görə kəndlinin istifadəsində olan torpaq və əkin sahələri, meyvə, 
tut, üzüm bağlan onun pay torpağı hesab edilirdi və həmin pay torpağı kəndlinin 
daimi istifadəsində saxlanılırdı. Kəndli öz pay torpağını hissə - hissə və ya bütöv 
şəkildə sahibkarla qarşılıqlı razılığa əsasən satın ala bilərdi. Lakin satın alınacaq 
torpaqlar bir ev və ya kəndli ailəsi üçün 15 desyatindən çox ola bilməzdi. 
Satınalma zamanı kəndliyə dövlət tərəfindən heç bir yardım göstərilmirdi. 
Sahibkar kəndlilərinin satın alacaqları torpaqların qiymətləri çox 
yüksək müəyyən edilmişdi və bütövlükdə Rusiyadakmdan 7,7 dəfə baha idi. 
Üstəlik dövlət də «ödənc» əməliyyatının həyata keçirilməsinə heç bir maddi 
yardım göstərmirdi. Rusiyada torpağın satın alınması həm də məcburi idi. 
Kəndli banklan vasitəsilə torpaqların satın alınmasına borc pul ayrılırdı. Bunun 
nəticəsidir ki, 1870-ci il kəndli islahatı Şimali Azərbaycanın sahibkar kəndlisini 
torpaq mülkiyyətçisinə çevirmək əvəzinə, onların yalnız torpaqdan daimi 
istifadə hüququnu qanuni şəklə salmışdı. Ancaq tək elə bu cəhəti ilə də islahat 
burjua xarakteri daşıyırdı, çünki sahibkar kəndliləri praktiki olaraq öz pay 
torpaqlarının sahibləri kimi çıxış edirdilər. Bundan sonra mülkədar heç bir halda 
onu bu torpaqdan çıxara bilməzdi. İndi kəndli hər desyatin torpağa görə natural 
vergi olan onda bir (malcəhət) və yaxud otuz qəpik pul ödədikdən sonra 
məhsulun yerdə qalan hissəsindən sərbəst şəkildə istifadə edə bilərdi. 
İslahatın həyata keçirilməsi ləng gedirdi. Ümumiyyətlə, 1870-ci ildən 
1912-ci ilədək Şimali Azərbaycanın çox az - cəmi 40 sahibkar kəndində 2 min 
desyatin torpaq sahəsi kəndlilər tərəfindən satın alınmışdı. Buna görə də 
sahibkar kəndliləri 1912-ci il aqrar islahatına qədər öz pay torpaqlannm 
mülkiyyətçisinə çevrilə bilmədiklərindən uzun müddət "müvəqqəti 
mükəlləfiyyətli" hesab edilmişdilər. 
1847-ci il Əsasnaməsi ilə hər kəndli ailəsindən 18 gün müddətində 
mülkədarın təsərrüfatında işləmək üçün bir nəfərin ayrılmasını nəzərdə tutan 
biyar mükəlləfiyyəti 1870-ci il islahatına görə ləğv edilmişdi. Biyar hər desyatin 
pay torpağına görə otuz qəpik pulla əvəz olunmuşdu. 
204 


1870-ci il islahatı ilə Azərbaycanın sahibkar kəndlilərinin feodal 
asılılığından azad elan edilməsi və kəndliyə pay torpağını feodaldan satın almaq 
imkanının verilməsi kənddə kapitalist münasibətlərinin inkişafına müəyyən yol 
açmışdı. 
Məhkəmə islahatı.
1864-cü il noyabrın 20-də Rusiyada həyata keçirilən 
məhkəmə islahatına görə silki məhkəmə ləğv edilir, 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin