Şirvandakı ipəkçilik təsərrüfatını da 630 rəncbərlə birlikdə 24 il müddətinə
icarəyə götürmüşdü. Şirkət Qafqazda muzdlu əməkdən istifadə edən ən böyük
ipəkçilik təsərrüfatına çevrilmişdi.
30 - 60-cı illərdə Azərbaycanda yetişdirilən ən qiymətli texniki
bitkilərdən biri də marena (qızıl boya) idi. Bu bitkidən toxuculuqda çox qiymətli
təbii boyaq kimi istifadə olunurdu. Rusiyanın
toxuculuq fabrikləri hər il
işlətdikləri 130 min pud qızıl boyanın xaricdən gətirilməsinə bir neçə milyon
manat xərcləyirdilər. Ona görə də 40-50-ci illərdə Azərbaycanda qızıl boya
yetişdirilməsinə xüsusi diqqət yetirən rus hökuməti Aərbaycanın Dərbənd,
Quba, Şamaxı və Lənkəran qəzalarından aparılan qızıl boyanı emal etmək üçün
50-ci illərdə Moskva yaxınlığında ayrıca bir fabrik tikdirmişdi. Bu texniki
bitkiyə olan tələbatın ildən-ilə çoxalması nəticəsində təkcə Quba qəzasında qızıl
boya yığılması 1851-ci ildə 2 min puddan, yüz dəfə artaraq 200
min puda
çatmışdı. Azərbaycan qızıl boyası, hətta Avropada da məşhur idi. 1862-ci il
London Ümumdünya sərgisində üç nəfər azərbaycanlı əla keyfiyyətli qızıl boya
üçün fəxri fərman və medal almışdı. Azərbaycamn qızıl boyası Rusiya
bazarlarından bütün xarici qızıl boyanı sıxışdırıb çıxarmışdı. Qızıl boya
istehsalında kişi və qadınlann muzdlu əməyindən geniş istifadə edilirdi. Quba
qəzasmdakı qızıl boya plantasiyalarında Cənubi Azərbaycandan gəlmiş 9 min
nəfər muzdlu fəhlə işləyirdi.
1869-cu ildə süni boya olan alizarinin kəşfi qızıl boyaya olan tələbatı
kəskin şəkildə azaltdı. Bakı quberniyasında qızıl boya çıxarılması 1872-ci ildə
80 min puda enərək 1869-cu ilə nisbətən 2,5 dəfə azalmışdı. Sonralar isə bu
təsərrüfat
sahəsi tənəzzül edib, tamamilə aradan çıxmışdı.
Rusiyanın toxuculuq sənayesinin pambığa olan tələbatını nəzərə alan
çar hökuməti Azərbaycanın Şamaxı, Cavanşir və Naxçıvan qəzalarında
pambıqçılığı inkişaf etdirməyə çalışırdı. Misir və Amerikadan gətirilmiş pambıq
növlərinin Qarabağ və Şəki əyalətlərində salınmış xəzinə pambıq
plantasiyalarında yetişdirilməsi cəhdləri 40-cı illərdə boşa çıxmışdı. 1869-cu
ildə Bakı quberniyasında 50 min puda qədər, 1873-cü
ildə Yelizavetpol
quberniyasında 7 min puddan çox pambıq istehsal edilmişdi.
Şimali Azərbaycanda digər texniki bitki istehsalı - tütünçülük XIX əsrin
30 - 40-cı illərində inkişafa başlanmışdı. 1845-ci ildə 8 qəzada yığılmış 4 min
puddan çox tütünün yarısı bazarlarda satışa çıxarılmışdı. Ümumiyyətlə,
tütünçülük və pambıqçılıq təsərrüfatlarının kapitalistcəsinə sürətli inkişafı
1870-ci il aqrar islahatından sonrakı dövrdə baş vermişdi. Kənd təsərrüfatında
əmtəə istehsalının artmasını nəzərə alan hökumət 1852-ci ildə natural vergini pul
vergisi ilə əvəz etmişdi.
Dostları ilə paylaş: