Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə115/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   111   112   113   114   115   116   117   118   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

silahlı üsyana 
çevrildi. Üsyan Buduq və Barmaq 
mahallarını çıxmaqla, Quba əyalətinin hər yerinə yayılmışdı. Ümumiyyətlə, 
Quba üsyanı 
özünün genişliyinə, əhatə dairəsinə və iştirakçıların sayına görə 
digər üsyanlardan fərqlənirdi. Üsyançıların sayı 12 min nəfərə çatırdı. Üsyamn 
başlıca hərəkətverici qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi 
də üsyana qoşulmuşdu. Hərəkat iştirakçıları üsyan rəhbəri 
Hacı Məmmədi 
Qubanı idarə etmək üçün hətta 
xan 
seçmişdilər. 
193 


Hərəkata başçılıq etmək üçün ayrıca Hərbi Şura da yaradılmışdı. Hərbi Şuramn 
hazırladığı plana əsasən avqustun 30-da üsyançılar Quba şəhərini mühasirəyə 
aldılar. Əvvəlcədən əldə edilmiş razılığa görə şəhər əhalisi də üsyançılarla 
birlikdə çıxış etməli idi. Yarəlinin başçılıq etdiyi üsyançılar dəstəsi şəhərlilərin 
köməyi ilə Qubaya daxil olaraq şəhər məhkəməsinin binasını ələ keçirtdilər. 
Üsyançılar şəhər uğrunda ağır döyüşdə mərdliklə vuruşsalar da, uğur qazana 
bilmədilər. Sentyabrın 5-də rus qoşunu üsyançıları şəhərdən çıxara bildi. 
Qafqazın baş hakimi baron Rozen Qubaya əlavə qüvvələr yeridərək 
üsyanı amansızlıqla yatırdı. Hökumət hərəkatın fəal iştirakçılanna divan tutdu. 
Üsyamn rəhbəri Hacı Məmməd dörd il çəkən istintaqdan sonra 1841- ci ildə 
Bakı Hərbi səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı. Çar Nikolayın 
fərmanı ilə Hacı Məmmədin heç bir günahı olmayan oğlu Novruz Kaluqaya 
sürgün edildi və rus hərbi xəstəxanasında gözlənilmədən "qızdırma xəstəliyinə" 
tutularaq öldü. Digər üsyan rəhbərləri Sibirə sürgün edildi. 
Quba üsyanı xalqımızın rus müstəmləkə əsarətinə qarşı azadlıq 
mübarizəsinin ən parlaq səhifələrindən biridir. 
Səki üsvam.
Digər müsəlman əyalətlərində olduğu kimi Şəkidə də çar 
hökumətinin tətbiq etdiyi ağır maliyyə - vergi sistemi əhalinin vəziyyətini 
olduqca ağırlaşdırmışdı. "Qafqazda ipəkçiliyi və ticarət əkinçiliyini yayan 
cəmiyyəf’in təsərrüfatlarında çalışan rəncbərlərin vəziyyəti dözülməz idi. 
Xanlıq dövründə vergidən azad olan maaflar üzərinə vergi və mükəlləfiyyətlər 
qoyulması, kəndli və sənətkarlardan ilbəil yeni vergi və rüsumlar yığılması, 
yerli hökumət məmurlarının özbaşınalıqları, ali zümrəyə qarşı ayrı - seçkilik 
siyasəti Şəkidə baş vermiş üsyanın əsas səbəbləri hesab olunur. 
Şəkinin keçmiş hakimi Səlim xanın oğlu Hacı xan tərəfindən Şəkiyə 
göndərilən Məşədi Məmməd 5 minlik qoşun toplayaraq 1838-ci ildə hökumətə 
qarşı üsyana başladı. Rus hərbi qarnizonu ilə üsyançılar arasında Şəki 
yaxınlığında baş vermiş ilk döyüşdə ruslar məğlubiyyətə uğradılar. Qalanı 
çıxmaqla, bütün şəhər üsyançıların əlinə keçdi. Qafqazın baş komandanı başqa 
əyalətlərdən Şəkiyə qoşun yeridərək üsyançıları məğlubiyyətə uğratdı. Məşədi 
Məmməd yenidən Cənubi Azərbaycana qayıtmağa məcbur oldu. 
Ümumiyyətlə, XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda rus 
müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanlarda hökumətə «sədaqətli» olan 
kiçik bir zümrəni çıxmaqla, əhalinin bütün təbəqələri iştirak edirdi. Kəndlilər, 
şəhərlilər, bəylər, ağalar və ruhanilərin bir cəbhədə çıxış etməsi həmin 
üsyanlann əsas xüsusiyyəti sayıla bilər. 30-cu illərdə baş vermiş üsyanlar böyük 
tarixi əhəmiyyətə malik idi. Bu üsyanlar məğlub olsa da, təsirsiz qalmadı. Çar 
hökuməti Şimali Azərbaycanda öz siyasətini dəyişməyə məcbur oldu, 
komendant üsul - idarəsini ləğv etməyin zəruriliyini anladı, bölgədə inzibati - 
məhkəmə və aqrar islahatlar keçirməyə başladı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin