Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə113/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   109   110   111   112   113   114   115   116   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Car - 
Balakən üsvam,
1803-cü il "Andlı öhdəliyinə" əsasən Rusiyanın himayəsinə 
götürüb, üzərinə bac qoymaqla kifayətləndiyi Car - Balakən camaatları öz daxili 
müstəqilliyini saxlamışdı. Ancaq iyirmi beş ildən çox idi ki, camaatlar rus 
xəzinəsinə bac ödəməkdən imtina etdiyindən, 1830-cu ildə yığılıb qalmış 
borcun ümumi miqdan 47 min gümüş manatı keçmişdi. Bütün borcun birdəfəyə 
ödənilməsini tələb edən Qafqazın baş komandanı qraf Paskeviç 1830-cu ilin 
fevralında Car üzərinə qoşun yeritdi. Eyni zamanda türk dilində bir müraciət 
yazılaraq camaatlara göndərildi. Bu sənəddə deyilirdi ki, azad camaatların 
daxili müstəqilliyinə son qoyulacaq və bu yaxınlarda rus idarəçiliyi tətbiq 
ediləcəkdir. 
1830-cu il martın 4-də verilmiş yeni "Qaydalar"a görə Car - Balakən 
camaatlarının daxili müstəqilliyi ləğv edilir və onların idarə olunması 9 
nəfərdən ibarət Müvəqqəti idarə orqanına tapşırılırdı. Müvəqqəti idarənin 
tərkibinə biri rəis olmaqla 3 nəfər rus məmuru və camaatlar tərəfindən seçilib 
göndərilmiş 6 nümayəndə daxil edilməli idi. Əslində Car - Balakən vilayətinin 
idarə edilməsi general Bekoviç-Çerkasski və iki rus məmuruna həvalə 
olunurdu. Camaatların seçdiyi 6 nümayəndə isə yalnız məşvərətçi səs hüququna 
malik olmaqla, əslində vilayətin idarə işindən kənarda qalırdı. 
Çar hökumətinin bölgəyə qoşun yeritməsi və camaatları tam hüquqsuz 
bir vəziyyətə salması Rusiyaya qarşı cihad savaşma çağıran müridizmin geniş 
yayıldığı Car - Balakən əhalisini öz azadlığı uğrunda üsyana başlamağa vadar 
etdi. Müridizm hərəkatının rəhbərləri olan Şeyx Şaban və Həmzət 
191 


bəyin başçılığı ilə üsyançılar Yeni Zaqatala yaxınlığında rus ordusunu 
darmadağın etdilər. Ruslar biabırçı şəkildə qaçmağa başladılar. 
Rus komandanlığı bir qədər sonra əlavə qüvvələr gətirilməsi, ağır 
toplardan istifadə olunması və üsyan rəhbərlərinin ələ keçirilməsi hesabına 
azadlıq hərəkatını yatıra bildi. Üsyançılara qarşı kütləvi cəza tədbirləri həyata 
keçirildi. Bir çox kəndlər yer üzündən silindi, 1000-dən çox üsyançı ailəsi (6 
min nəfərə yaxın) Alazan çayının sahilində təbiəti çox yoxsul və iqlimi isə 
öldürücü olan boş torpaqlara sürgün edildi. 1839-cu ildə geri qayıtmağa icazə 
verilərkən sürgün olunanlardan yalnız 800-ə yaxın ailə sağ qalmışdı. 
1832-ci ildə Car - Balakəndə Həmzət bəyin başçılığı ilə ikinci üsyan da 
amansızlıqla yatırıldı. 
Məhəlli xarakter daşıması, iştirakçılann silahla pis təchiz olunması, 
qüvvələr nisbəti, hökumətin üsyançılara qarşı nizami qoşun hissələrindən 
istifadə etməsi Car -Balakən üsyanının məğlub olmasının əsas səbəbləri hesab 
edilir. 
Lənkəran üsyanı,
1814-cü ildə Lənkəran hakimi Mir Mustafa xamn 
ölümündən sonra rus hökuməti xanlığın idarəsini onun oğlu Mir Həsən xana 
tapşırmışdı. 1826-cı ildə xanlıq ləğv ediləndən sonra əyalət komendantı mayor 
İlyinskinin xana məxsus əmlakların üçdə ikisini müsadirə etməsi Mir Həsən xanı 
ruslardan narazı salmış və o, mənbələrdə deyildiyi kimi. Qacarların idarə etdiyi 
“Qızılbaş dövlətinə^ (Qacar dövləti belə də adlandınlır - Red.) sığınmışdı. Mir 
Həsən xan Türkmənçay müqaviləsi ilə Lənkəran xanlığının da Rusiyaya güzəştə 
gedilməsinə görə narazılığım tez - tez Fətəli şah Qacara və şahzadə Abbas 
Mirzəyə bildirməkdən çəkinmirdi. 
Rus idarəçiliyi Lənkəran əhalisinə böyük sıxıntı, əzab - əziyyət və zülm 
gətirmişdi. Ali zümrənin nümayəndələri idarəçilik işlərindən uzaqlaşdırılır, din 
xadimlərini əhali içərisində nüfuzdan salan addımlar atılırdı. Hökumətin talan 
səviyyəsinə qaldırılmış vergi siyasəti Lənkəran əyalətində daha amansız və 
indiyədək görünməmiş bir şəkil almışdı. Sahibkar kəndlilərdən yığılan 
vergilərin miqdarı 2-3 dəfə artırılmış, dövlət təsərrüfatlarında yaşayan minə 
yaxın əkər adlanan kəndlilərin yarıdan çoxu müflisləşərək qaçıb dağılmışdı. 
Hakimi-mütləq olan komendant İlyinski rüşvət alır, hər cür qanunsuzluq və hətta 
cinayət törətməkdən çəkinmirdi. Onun əmri ilə 20 nəfəri istintaqsız və 
məhkəməsiz dənizdə batırıb öldürmüşdülər. Bəd əməllərində ondan geri 
qalmayan yeni komendant Komiyenko əhali üzərinə qanunsuz olaraq ikiqat 
vergi qoyaraq mənimsəmişdi. Əhalinin böyük hissəsinin müstəmləkə rejiminə 
qarşı nifrətlə dolduğunu görən xan tərəfdarlan Azərbaycanın cənubuna məktub 
göndərərək Mir Həsən xanı ruslara qarşı hərəkata başçılıq etmək üçün 
Lənkərana çağırdılar. 1831-ci ilin martın 5-də Mir Həsən xanın Lənkərana 
gəlməsi ilə əyalətin mahallarının çoxunu üsyan bürüdü. Üsyançılar, hətta 
Lənkərandakı hərbi qarnizonun Şamaxı və Qarabağla quru əlaqəsini tamamilə 
kəsmişdilər. Üsyanda ali zümrənin nümayəndələri kəndlilərlə bir cəbhədə çıxış 
edirdi. 
192 


Lənkəran şəhərini ələ keçirə bilməyən üsyançılara qarşı Şamaxı, Şəki, 
Dərbənd şəhərlərində yerləşdirilən rus qoşunlarını səfərbər edən hökumət 
1831-ci il aprelin əvvəlində üsyanı yatırmağa nail oldu. Xan yenidən Qacarlara 
sığınmaq məcburiyyətində qaldı. Ağır cəza tədbirlərindən yaxa qurtarmaq üçün 
451 ailə də Arazdan cənuba - Qacar dövlətinə köçüb getdi. 
Beləliklə, iki aya qədər davam edən 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin