§ 23. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı
XVIII
əsrin sonu - XIX əsrin əvvəllərində Azarbavcamn daxili və beynəlxalq vəziwətL XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın
daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycanın Arazdan
cənubdakı torpaqları Qacarlar səltənətinin tərkibində idi. Qacarlar dövlətinin
başçısı Fətəli şah 1799-cu ildə oğlu Abbas Mirzəni Azərbaycan ordusunun
başçısı təyin etmiş və 1805-ci ildən Cənubi Azərbaycan tor- paqlannm idarə
edilməsini də ona tapşırmışdı. Dövrünün görkəmli dövlət və hərbi xadimi olan,
şahzadə titulu daşıyan Abbas Mirzə islahatlar apararaq Azərbaycan ordusunu
müasir, modern bir orduya çevirməyə çalışırdı. Bu vətənpərvər türkün qəlbində
gələcəkdə dövlətin paytaxtını Təbrizə köçürt- mək, türk dilini Qacar
imperatorluğunun rəsmi dövlət dili elan etmək arzusu yaşayırdı. Cənubi
Azərbaycamn hərbi, mədəni və iqtisadi həyatının yeniləş- dirilməsi sahəsində
atdığı addımlara görə, sonralar din xadimlərinin təsiri ilə Fətəli şah tərəfindən
Azərbaycandan uzaqlaşdınimışdı. 1832-ci ildə Xorasanda vəfat edən Abbas
Mirzə son nəfəsində «Azərbaycan, Azərbaycan» - deyərək gözlərini yummuşdu.
Azərbaycamn şimalında isə tam siyasi pərakəndəlik hökm sürürdü.
Ayn-ayn xanlıqların torpaqlanmızı vahid dövlətdə birləşdirmək cəhdləri baş
tutmadığından Azərbaycan hər hansı bir xarici təcavüzün qarşısını almaqda
gücsüz idi. Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün əsas təhlükə
Rusiyadan gəlirdi. Bölgədə rus təcavüzünün qarşısını almağa Osmanlının da
artıq yetərincə gücü qalmamışdı. Hələ üstəlik Osmanlı imperiyası üçün əsas
təhlükə olan Napaleon Fransasına qarşı koalisiyaya qoşulmağa məcbur olan
Osmanlı hökuməti istər-istəməz Rusiya ilə yaxınlaşmalı olmuşdu. 1799-cu il
yanvar ayımn 3-də 8 il müddətinə bağlanmış Osmanlı-Rusiya ittifaq müqaviləsi
Rusiyamn Cənubi Qafqazda əl - qolunu açdı. Müqaviləyə əməl edərək bitərəf
mövqe nümayiş etdirən Osmanlı dövləti 1806-cı ilədək bu bölgədə gedən hərbi -
siyasi proseslərə demək olar ki, qanşa bilmədi.
Bölgə üçün əsas təhlükə mənbəyi olan Rusiyanın Cənubi Qafqaz və
Azərbaycan siyasəti təcavüzkarlığı ilə seçilirdi və onun əsas məqsədi
Azərbaycamn torpaqlarını və sərvətlərini ələ keçirmək. Xəzəri Rusiyanın daxili
dənizinə çevirmək. Şimali Qafqazdakı azadlıq mübarizəsini cənubdan təcrid
etmək. Osmanlını tamamilə bölgədən sıxışdırıb çıxartmaq və İngiltərənin
Şərqdə təsir dairəsini genişləndirmək cəhdlərinin qarşısını almaqdan ibarət idi.