vəzir
daha böyük
səlahiyyətə malik idi. Xan sarayında vəzifə tutan
sərkərəli
maliyyə işlərinə,
sandıxdar ağası
xəzinəyə,
eşikağası
isə xanın şəxsi təsərrüfatına nəzarət edirdi.
Xan hakimiyyətinin dayağı olan ordunun əsas hissəsini
maaflar və
elatlar
təşkil edirdi. Maaflar imtiyazlı təbəqə olub, vergidən azad idilər. Onlar
qoşunda xidmət etməklə yanaşı, asayişi də qoruyurdular. Xanlıqlarda natural
vergilərin toplanması ilə
darğalar
məşğul olurdu.
Azərbaycan xanlıqlan inzibati cəhətdən
mahallara
bölünürdü. Şəki
xanlığı 8, Qarabağ 21, İrəvan 14, Urmiya 14, Lənkəran 6 mahaldan ibarət idi.
Mahallar
naiblər,
kəndlər
kəndxudalar,
şəhərlər isə
kələntər
və ya
qalabəyilər
tərəfindən idarə olunurdu.
Azərbaycan xanlıqlarının iqtisadiyyatının əsasını
kənd təsərrüfatı,
sənətkarlıq və ticarət
təşkil edirdi. Kənd təsərrüfatında ixtisaslaşma
dərinləşməkdə idi. Qarabağ, Şamaxı, Gəncə, Quba və Şəki xanlıqlarında dənli
168
bitkilər, Lənkəranda düyü, Dərbənd, Quba və Bakı xanlıqlarında qızılboya və
zəfəran yetişdirilirdi. Şəki və Şamaxı xanlıqları Azərbaycanın əsas ipəkçilik
mərkəzləri sayılırdı.
Xanlıqlar çağında dövlət (divan) və saray (xassə) torpaqları arasında
fərq aradan qalxaraq indi xan torpağı hesab olunurdu. İri torpaq sahibləri olan
hakim xanların əlində böyük maddi sərvət toplanmışdı. Səlnaməçi Mirzə
Camalın yazdığına görə, Qarabağ hakimi İbrahim xan (1763-1806) xanlığm
bütün sakinlərinin malik olduğu qədər, hətta ondan da bir cüt artıq kotanla
becərilən əkin sahəsinə, çoxlu tut bağma, üç-dörd min baş at ilxısına və iri
qoyun sürülərinə malik idi. Şəki hakimi Məmmədhəsən xan (1784-1796) 27
kəndə 222 tut bağma, 13 kənddə taxıl və çəltik əkinlərinə, 11 dəyirmana, 28
qışlağa, 11 üzüm bağma və 264 dükana sahiblik edirdi.
Xanlıqlarda dini idarələrə məxsus vəqf torpaqları xan xəzinəsinə vergi
və mükəlləfiyyətlərdən azad idi. Kənd icmasına məxsus camaat torpaqları bəy
və ağalar tərəfindən getdikcə daha çox zəbt olunduğundan onun miqdarı
azalırdı.
Xanlıqlarda xüsusi torpaq sahibliyinin iki forması var idi. İrsi torpaq
sahibliyi olan mülk üzərində feodalın tam mülkiyyət hüququ vardı və alınıb -
satıla bilərdi. Adi mülkdən fərqli olaraq xalisə mülkündən xan xəzinəsinə heç
bir vergi alınmırdı. Xanlıqlarda şərti torpaq sahibliyi olan tiyul geniş yayılmışdı.
Xanların torpaq siyasətində tiyul əsas yer tuturdu. Xanlar sosial dayaq yaratmaq
məqsədi ilə onlara sədaqətlə xidmət göstərən şəxslərə qulluq müddətinə və çox
zaman ömürlük tiyul torpaqlan bağışlayırdılar. Quba, Qarabağ, Şəki, İrəvan və
digər xanlıqlarda ali zümrənin nümayəndələri xan fərmanları (təliqə) əsasında
bağışlanan tiyullara sahiblik edirdilər. Şərti torpaqlar üzərində ali zümrənin
sahiblik hüququnun genişlənməsi nəticəsində XVIll əsrin sonu - XIX əsrin
əvvəllərində Azərbaycanda tiyullarm əksəriyyəti irsi səciyyə daşıyırdı.
XVIII əsrin ikinci yarısında Azərbaycanda ali zümrəni bəylər təşkil
edirdi. Ali zümrənin başında xan dururdu və bu zümrə sultan, məlik, ağa, bəy və
ruhanilərdən ibarət idi. Vergidən azad olması ali zümrənin əsas imtiyazı idi. Ali
zümrənin əksəriyyətini bəylər təşkil edirdi. Bəylər üç qrupa bölünürdü: 1. köklü
bəylər; 2. nəsli bəylər; 3. şəxsi bəylər. Köklü və nəsli bəylər bu adı daha
qədimdən daşıyır və irsən varislərinə ötürürdülər. Şəxsi bəy adı isə dərhal irsən
ötürülmürdü. Çünki bəy adını daşımaq üçün ən azı üç nəsil keçməli idi.
Ali zümrənin nümayəndələri sarayda və idarəçilikdə müxtəlif vəzifələr
tutur, mülk və tiyul torpaqlarına sahiblik edirdilər. Onlar azad zümrə olmaqla
ticarət və digər peşələrlə məşğul ola bilərdilər.
Xanlıqlarda aşağı zümrəni təşkil edən kəndlilər dövlət və sahibkar
kəndliləri adlanan iki əsas qrupa bölünürdü. Kəndlilər öz iqtisadi və hüquqi
vəziyyətinə görə rəiyyət, rəncbər və elat adlanırdı. Dövlət kəndliləri kənd
icmasında birləşərək torpağı elliklə becərirdilər. Bu kəndlilərin icmada
169
birləşməyən hissəsi rəncbərlər (muzdur, işçi deməkdir - red.) adlanırdı. Şəki və
Şirvan xanlıqlarında xan xəzinəsinə məxsus ipəkçilik təsərrüfatları rəncbər
əməyi ilə becərilirdi. Azərbaycanın sahibkar kəndində feodal-kəndli aslılıq
münasibətləri hökm sürürdü. Sahibkarlara məxsus rəiyyətlər malik olduqlan
torpaq sahəsində şəxsi təsərrüfatım qurur və öz əmək alətləri, iş heyvanlan və s.
ilə torpağım əkib becərirdi. Rəiyyət əldə etdiyi məhsulun bir hissəsini feodala və
dövlətə ödəməli idi. Məsələn, Şəki xanlığında kəndlilər 12 adda, Şirvanda isə 20
adda natural və pul vergisi ödəyirdilər.
Xanlıqlarda sənətkarlığın toxuculuq, xalçaçılıq, metalişləmə və digər
sahələri inkişaf etməkdə idi. İri sənətkarlıq emalatxanaları şəhərlərdə
cəmləşmişdi. Təbriz, Ərdəbil, Şamaxı və Gəncə şəhərlərində yüksək keyfiyyətli
ipək, yun və pambıq parçalar toxunurdu. Şamaxının, mənbələrin dili ilə desək
“fabriklərində” (emalatxanalarında) əllə işləyən 1500 toxuculuq dəzgahmda
ipək parça istehsal olunurdu. 1784-cü ildə Şamaxıda emal olunan 400 ton ipək
xarici bazarlara çıxarılmışdı. Azərbaycanda ən keyfiyyətli ipək və ipək
məhsulları Şəki xanlığında istehsal olunurdu. Quba və Təbriz xalçaları bütün
dünyada tanınırdı. Azərbaycan xanlıqlarında ayn-ayrı silah növləri istehsal edən
emalatxanalar fəaliyyət göstərirdi. Rusiya hökuməti strateji məhsul olan poladın
və hazır silahların ölkəsindən ixracına qadağa qoyduğundan hazır tüfənglərin
böyük hissəsi Osmanlı dövlətindən gətirilirdi. Xanlıqlarda əsas pul vahidi
gümüş və misdən hazırlanan abbası idi. Ticarətdə yerli pullarla yanaşı, rus
manatı və holland qurdenindən də istifadə olunurdu.
Hindistan və Orta Asiyanı Rusiya və Qərbi Avropa ölkələri ilə
birləşdirən karvan yollarının Azərbaycandan keçməsi, Xəzər dənizi - Volqa su
yolundan istifadə edilməsi xarici ticarətin inkişafı üçün əlverişli şərait yaradırdı.
Xarici ölkələrə Bakı xanlığından neft, duz, zəfəran, Quba xanlığından xam ipək,
xalça, boyaq, mahud və kətan məhsulları, taxıl, Şamaxı və Şəki xanlıqlarından
əsasən xam ipək və toxuculuq məhsullan ixrac olunurdu. Azərbaycana
Rusiyadan qənd, dəmir, mahud, müxtəlif boyaq məhsullan, Türkiyədən isə daha
çox silahlar gətirilirdi. Quba və Bakı xanlıqlarının xarici ticarətində Rusiya
aparıcı yer tuturdu.
Hər xanlıqda ayrıca gömrük sədlərinin - rəhdarm mövcudluğu, ölçü və
çəki sistemindəki müxtəliflik bütövlükdə ölkəmizin daxili və xarici ticarətinin
inkişafına mane olurdu.
XVIII əsrin ikinci yansmda iqtisadi və siyasi dağınıqlıq Azərbaycanda
manufaktura sənayesinin və yeni kapitalist münasibətlərinin təşəkkülü üçün
zəruri olan iqtisadi şəraitin yaranmasına imkan vermədi.
Azərbaycan xanlıqlarının xarici siyasəti Azərbaycan
xanlıqları mürəkkəb beynəlxalq şəraitdə müstəqil xarici siyasət yeritməyə
çalışırdı. Xanlıqların xarici siyasətinin əsas məqsədi qonşu xanlıqlar və bölgənin
aparıcı dövlətləri ilə münasibətlər qurmaqdan və hər bir
170
xanlığın müstəqil yaşaması üçün əlverişli beynəlxalq təhlükəsizlik şəraiti
yaratmaqdan ibarət idi. Azərbaycanın cənubunda Urmiya xanlığı, şimalında isə
Quba xanlığı öz xarici siyasətlərində digər xanlıqları da tabe etmək yolu ilə
Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək məqsədini ön plana
çəkmişdi. Urmiyalı Fətəli xan və qubalı Fətəli xan bütöv və böyük Azərbaycan
dövləti yaradılması uğrunda uzun müddət mübarizə aparmışdılar. Azərbaycan
torpaqlarının birləşdirilməsi yolunda əsas maneə keçmiş Səfəvi imperiyasının
torpaqlarında ağalıq etmək istəyən fars Kərim xan Zənd və Qafqazın müsəlman
və türk xalqlarına qəti düşmən münasibət bəsləyən Rusiya idi. Belə mürəkkəb
şəraitdə hər bir Azərbaycan xanlığı ilk növbədə öz mənafeyini və maraqlarım
üstün tutduğundan xanlıqlararası münasibətlər bir çox hallarda düşmənçiliyə
çevrilirdi. Əlbəttə, ayrı-ayrı xanlıqlar arasında ümumi mənafe naminə dinc,
mehriban qonşuluq, dostluq və müttəfiqlik münasibətləri də mövcud olmuşdur.
Fars Kərim xan Zənd Səfəvi sülaləsinin nümayəndələrindən biri olan III
İsmayılı şahlıq taxtına oturdaraq Azərbaycanın cənub xanlıqlanm tabe etmək
uğrunda mübarizəyə başladı. Türk soyundan olan Məhəmmədhəsən xan Qacar
1755-1759-cu illərdə keçmiş Səfəvi torpaqlarında ali hakimiyyət uğrunda
savaşda Kərim xan Zəndi məğlubiyyətə uğratsa da, onu siyasi səhnədən
tamamilə sıxışdınb çıxara bilmədi. 1763-cü ildə Kərim xan Zənd qarabağlı
Pənahəli xan, qaradağlı Kazım xan, xoylu Şahbaz xanın köməyi ilə Urmiya
xanlığını ələ keçirdi. “Şiraz qonaqlığı” adı ilə Azərbaycan xanlarını girov
götürdü. Lakin Kərim xan Zəndin Azərbaycanın şimal xanlıqlarını ələ keçirmək
cəhdləri nəticəsiz qaldı. Qarabağ xanlığında XVIII yüzilliyin 60-cı illərində öz
mövqeyini daha da möhkəmləndirən İbrahimxəlil xan Kərim xan Zəndin onun
daxili işlərinə qarışmasına imkan vermirdi. Xanlıq onun hücumlarını dəf etmək
üçün kifayət qədər böyük hərbi-siyasi gücə malik idi. Kərim xan Zəndin
siyasətində Qarabağdan sonra Quba xanlığı mühüm yer tuturdu. Çünki qubalı
Fətəli xan bir tərəfdən bir çox Azərbaycan xanlıqlanm birləşdirməklə xeyli
güclənmişdi, digər tərəfdən öz dövləti üçün güclü dayaq axtarışlannda Rusiya ilə
yaxın münasibətlər qurmağa çalışırdı. Kərim xan Zənd Qubaya tez-tez elçilər
göndərir, dinc, yaxud müharibə yolu ilə Fətəli xanı tabe etməyə çalışırdı. Quba
xanlığı üzərinə təcavüzkar yürüşləri uğursuz bitdiyindən 1775-1776-cı illərdə
Kərim xanla Fətəli xan arasında elçilər mübadiləsi olmuşdu. Kərim xan Zənd
siyasətini dəyişərək müttəfiqi olan Gilan hakimi Hidayət xanı Quba xanlığı
üzərinə yürüşə təhrik etmişdi. Hidayət xan bəzi Azərbaycan və Dağıstan
hakimlərinin köməyi ilə 1778-ci ildə Salyan və Cavadı ələ keçirmişdi.
Dostları ilə paylaş: |