Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə102/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   98   99   100   101   102   103   104   105   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

İrəvan xanlm,
Səfəvilərin Çuxur-Səəd bəylərbəyiliyi ərazisində, 
Azərbaycamn şimal-qərb hissəsində yaranmış İrəvan xanlığının əsası 1747- ci 
ildə Türk Əfşar soyundan olan Mir Mehdi xan tərəfindən qoyulmuşdu. Xanlıq 
15 mahaldan ibarət idi. Mərkəzi İrəvan şəhəri idi. Xanlığın əhalisinin demək 
olar ki, hamısını Azərbaycan türkləri təşkil edirdi. XVIII əsrin 50-ci illərinin 
əvvəllərindən xanlığı Qacar nəslinin nümayəndələri idarə etməyə başladılar. 
1751-ci ildə urmiyalı Fətəli xan İrəvan xanlığına hücum edərək bura köməyə 
gəlmiş Kartli-Kaxetiya çarı II İraklinin qoşunlanm məğlubiyyətə uğratdı. 
Hüseynəli xan Qacarın dövründə (1759-1783) II İrakli İrəvan xanlığına 1765-ci 
və 1779-cu illərdə yürüşlər edərək onu özündən asil vəziyyətə salmağa çalışır və 
müəyyən vaxtlarda xanı ona bac verməyə məcbur edirdi. 1779-cu il yürüşündə 
İrəvan qalasını ələ keçirə bilməyən II İrakli çoxlu sayda silahsız dinc əhalini əsir 
alıb aparmışdı. 1781- ci ildə İrəvan xanlığı ilə Kartli - Kaxetiya çarlığı arasında 
bağlanmış sülh müqaviləsinə görə II İrakli 30 min tümən ödənc müqabilində 
həmin əhalinin geri qaytarılmasına razılıq vermişdi. 1783-cü il Georgiyevsk 
müqaviləsi ilə Rusiyanın himayəsinə sığman Kartli-Kaxetiyanm təcavüzkar 
niyyətlərinin qarşısını almaq üçün İrəvan xanlığı Osmanlı dövlətinin 
köməyindən istifadə etməyə başlamışdı. Məhəmmədhüseyn xanın dövründə 
(1784-1805) gürcülərin yürüşlərinin qarşısı alınmış. Ağa Məhəmməd xan 
Qacarın 1795-ci il yürüşü zamam İrəvan qalasında 35 gün müqavimət göstərilsə 
də, xanlığın ona tabe olmaqdan başqa çıxış yolu qalmamışdı. Xanlıq Qacarlara 
bac ödəməyə və lazım gəldikdə, Qacann hərbi xidmətinə qoşun dəstəsi 
göndərməyə razılıq vermişdi. İrəvan xanlığının sonuncu hakimi Hüseynqulu 
xan Qacar (1806 - 1827) olmuşdur. Qacar dövlətinin başçısı Fətəli şah 
Hüseynqulu xanı Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi 
təyin edərək ona “sərdar” titulu vermişdi. Bunun nəticəsində İrəvan sərdan 
Hüseynqulu xan xanlıqda bütün mülki və hərbi hakimiyyəti öz əlində cəmləş 
166 


dirmişdi, 0, “Aslanların başçısı” fəxri adını daşıyan qardaşı Həsən xanla birlikdə 
xanlığın müstəqilliyi uğrunda rus işğalçılanna qarşı axıradək qətiyyətlə 
mübarizə aparmışdı. 
Naxçıvan xanlığı.
1747-ci ildə Türk Kəngərli soyundan olan Hey- dərqulu 
xan (1747-1764) keçmiş Çuxur-Səəd bəylərbəyiliyinə düşən, Zəngəzur 
dağlanndan Araz çayı vadisinədək ərazidə müstəqil Naxçıvan xanlığının 
yarandığını elan etdi. 0, Qarabağ hakimi Pənahəli xanla dostluq münasibətləri 
saxlayırdı və onun dostcasına xahişi ilə 1752-ci ildə Hacı Çələbi xana qarşı 
“Qızılqaya xəyanətində” iştirak etmişdi. 
Heydərqulu xan xəzinənin gəlirini artırmaq üçün iqtisadi sahədə bir sıra 
tədbirlər görmüş, ticarəti inkişaf etdirmək üçün çaylar üzərində körpülər 
saldırmışdı. Heydərqulu xamn ölümündən sonra xanlığm bir qədər zəifləməsi 
daxildə gedən hakimiyyət uğrunda mübarizə və Xoy, Qarabağ xanlıqlan və 
Kartli - Kaxetiya çarlığının Naxçıvan xanlığım öz siyasi təsir dairəsinə salmaq 
cəhdləri ilə bağlı idi. Qarabağlı İbrahimxəlil xan Xoy hakimi Əhməd xanla 
ittifaqa girərək 1787-ci ildə Naxçıvan xanlığına hücum edib, Naxçıvan qalasını 
ələ keçirmiş, Cəfərqulu xam devirərək hakimiyyətə Abbasqulu xanı gətirmişdi. 
Lakin İbrahimxəlil xan xanlığı tərk edən kimi Cəfərqulu xamn qardaşı Kəlbəli 
xan hakimi}^əti ələ keçirərək özünü xan elan etmişdi. Çox cəsarətli və 
uzaqgörən dövlət xadimi olan Kəlbəli xanın dövründə (1787- 1820) xanlıq xeyli 
güclənmişdi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Şimali Azərbaycana 
yürüşü zamam Kəlbəli xan formal olaraq onun tabeçiliyini qəbul etmişdi. Ancaq 
Ağa Məhəmməd xan Qacar onu silah gücünə tabe edə bilməyəcəyini başa 
düşdüyündən hiyləyə əl atmışdı. Tiflis səfərindən geri qayıdarkən daxildə ona 
dərin nifrət bəsləyən Kəlbəli xam çox mötəbər şəxs kimi düşərgəsinə dəvət 
etmişdi. Qacar Kəlbəli xanı dərhal kor etdirərək Tehrana həbsxanaya 
göndərmişdi. Lakin 1797-ci ildə Qacar hökmdan Fətəli şah Kəlbəli xanı onun 
xəzinəsinə müəyyən xərac ödəmək şərtilə Naxçıvamn hakimi kimi tammışdı. 
1820-ci ildə artıq qocalmış Kəlbəli xan siyasətdən çəkilərək xanlığın idarəsini 
oğlu Ehsan xana tapşırmış və Məkkəyə Həcc ziyarətinə getmişdi. 
Lənkəran xanlığı.
Əsası 1747-ci ildə tarixdə Qara xan kimi tanınan 
Cəmaləddin Mirzə bəy tərəfindən qoyulmuşdu. Xanlığın iqtisadi və siyasi 
mərkəzi Lənkəran şəhəri idi. Qara xanın dövründə (1747-1786) xanlıqda siyasi 
sabitliyi qoruyub saxlamaq və iqtisadiyyatı inkişaf etdirmək üçün bir sıra 
mühüm addımlar atılmışdı. Xan hakimiyyətinin əsas dayağı kimi daha çox xırda 
əyanlara arxalanan Qara xan onların köməyilə iri əyanlann mərkəzdənqaçma 
meyllərinin qarşısını almağa çalışırdı. Daimi qoşun yaradılmış və xan nəslindən 
olmayan bir çox iri əyanlann torpaqları müsadirə edilmişdi. 
Xanlığın əsas düşmənlərindən biri Kərim xan Zənd idi. O, Gilan hakimi 
Hidayət xam Lənkəran xanlığına hücuma təhrik etmişdi. 1768-ci ildə güclü 
qoşunla xanlığa hücum edən Hidayət xan qələbə qazanmış və Qara xanı böyük 
miqdarda bac ödəməyə məcbur etmişdi. Gilan hakiminə qarşı 
167 


mübarizədə qubalı Fətəli xan ona köməklik göstərirdi. 1785-ci ildə Lənkəran 
xanlığı 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin