sonlannda Cənubi Qafqaza Xəlil Əfəndinin başçılığı ilə gəlmiş Osmanlı
nümayəndəliyi Rusiya və Kartli - Kaxetiya çarlığına qarşı Qarabağ, Şamaxı,
İrəvan və Dağıstan hakimlərindən ibarət hərbi ittifaq yaradılması üçün ciddi
danışıqlar aparmışdı. Maraqlıdır ki, Şuşa şəhəri Xəlil Əfəndinin bir növ
qərargahına çevrilmişdi. Müttəfiqlərin Şuşada cəmləşmiş 8 min nəfərlik
qoşununun 1784-cü ildə Kartli - Kaxetiyaya yürüşü Rusiyanın müdaxiləsi
nəticəsində baş tutmamışdı.
Mənbələrdə Osmanlı sultanının İbrahimxəlil xana kömək üçün yüz min
qızıl onluq göndərməsi haqda məlumatlar vardır. 1785-ci ildə İbrahim- xəlil xan
Osmanlı sarayına nümayəndə heyəti göndərmişdi.
1787 - 1791-ci illər Rusiya - Osmanlı müharibəsi dövründə
Azərbaycanın Qarabağ, Şəki və Şamaxı xanlıqlarının hərbi qüvvəsindən
Rusiyaya qarşı istifadə etmək cəhdləri nəticəsiz qaldı. Müharibədə məğlub olan
Osmanlı dövlətinin Cənubi Qafqazda Rusiyaya qarşı Azərbaycan xanlarından
ibarət ittifaq yaratmaq planı boşa çıxdı. Bundan sonra Osmanlı dövləti rus -
gürcü ittifaqının işğalçılıq planlarının qarşısım almaq üçün Azərbaycan
xanlarına elə bir ciddi yardım göstərə bilmədi, Azərbaycan xanlarının, xüsusilə
Qarabağ hakimi İbrahimxəlil xanın hərbi köməklik göstərilməsi haqqında
Osmanlı sarayına dəfələrlə göndərdikləri müraciətlər ya cavabsız qalır və ya da
sultan hökuməti boş vədlər verməklə kifayətlənirdi.
Dostları ilə paylaş: