Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə103/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   99   100   101   102   103   104   105   106   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

qubalı Fətəli xandan 
asılı vəziyyətə düşmüşdü. 
Mir Mustafa xanın 
dövründə (1786 - 1814) Lənkəran xanlığı xeyli 
güclənmişdi. 1795-ci ildə xanlıq Ağa Məhəmməd xan Qacann hücumuna məruz 
qalmışdı. Mir Mustafa xan Qacar təhlükəsinə qarşı Rusiyadan kömək almaq 
üçün öz nümayəndələrini Peterburqa göndərmişdi. 
Mir Həsən xanın 
dövründə 
(1814-1826) xanlıq Rusiya tərəfindən işğal olunsa (1812-1813-cü illərdə) da, 
xan hakimiyyəti bir qədər gec - 1826-cı ildə ləğv edilmişdi. 
§ 22. Xanlıqların daxili və xarici siyasəti 
Xanlıqların dövlət quruluşu və sosial - iqtisadi həyatı 
Azərbaycan xanlıqları dövlət quruluşuna görə 
monarxiya 
idi. Xanlıqlar 
demək olar ki, bütün dövlət atributlarına malik olmaqla beynəlxalq münasibətlər 
sisteminin subyekti kimi çıxış edirdilər. Hər bir xanlığın dəqiq müəyyən edilmiş 
sərhədlərdə öz 
ərazisi, 
müəyyən iqtisadi potensialı, 
öz pulu, hərbi qüvvələri, 
əksəriyyəti türklərdən ibarət olan əhalisi, dili (türk), ideologiyası (islam) 
və 
dövlət atributları 
var idi. Xanlıqların dövlət atributları 
taxt-tac, möhür, 
bayraq, hökmranlıq əsası və puldan 
ibarət idi. 
Azərbaycan xanları qeyri-məhdud hakimiyyətə malik idilər. 
Xanlıqlarda bütün qanunverici, icraedici və məhkəmə hakimiyyəti hakim xamn 
əlində cəmləşmişdi. Bir çox xanlıqlarda (Şəki, Şamaxı, Quba, Qarabağ və b.) 
xanın yanında 
Divan 
( Xan Şurası) fəaliyyət göstərirdi. Divan məşvərətçi - 
məsləhətçi orqan olsa da, burada iştirak edən vəzifəli şəxslərin mövqeyi xanın 
bu və ya digər qərarı qəbul etməsinə təsir göstərirdi. Məsələn, Şamaxı 
xanlığında Divanda müharibə, sülh kimi çox mühüm məsələlər müzakirə 
olunurdu. Bu xanlıqda Divanın xanın üzərində təsiri daha güclü idi və xanın 
nüfuzlu əyanlardan xəbərsiz, təkbaşına qərar qəbul etməsi bəzən narazılıqlara 
gətirib çıxarırdı. Xanlıqlarda saray məmurları içərisində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin