ölümü ilə bu plan pozuldu. Hakimiyyətə gələn I Pavel rus qoşunlarının
Azərbaycanın şimal torpaqlarından çıxarılması haqqında əmr verdi. 1797-ci ilin
yazında rus qoşunları Azərbaycan torpaqlarını tərk etdilər.
Ağa Məhəmməd sah Oacarm Azərbaycana ikinci yürüsü,
1796-cı ilin
martında özünü şah elan edən Ağa Məhəmməd Qacar Cənubi Qafqazı tabe
etmək üçün 1797-ci ilin yazında yeni yürüşə başladı. Qacarın rəhbərlik etdiyi
ordunun əsas hissələri Qarabağa daxil oldu. Bir çox xanlıqlarda,
o cümlədən
Qarabağda dəhşətli quraqlığın gətirdiyi aclıq əhalinin böyük bir hissəsinin bir
tikə çörək dalınca doğma yaşayış yerlərini tərk etməsinə səbəb olmuşdu.
İbrahimxəlil xan Şuşanı tərk edərək kömək almaq üçün Avar xanı Ümmə xanın
yanma yola düşdü. Buna baxmayaraq, Şuşa yenə Qacara çox ciddi müqavimət
göstərdi. Şuşa şəhərinin ağsaqqalları əhalinin təhlükəsizliyinə Qurana and
içməklə təminat verən Qacarla danışıqlardan sonra qalamn qapıları açıldı və
Qacarın döyüşçüləri şəhərə daxil ola bildilər. Ancaq Qacarın Şuşada
hökmranlığı cəmi bir həftə çəkdi. 1797-ci il iyulun 4-də Ağa Məhəmməd şah
Qacar öz yaxın xidmətçilərinin təşkil etdiyi sui-qəsd nəticəsində öldürüldü.
Nəticədə şah Qacann qoşunu tələm-tələsik cənuba çəkildi. Şuşaya qayıdan
İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacann
cənazəsini hörmətlə Tehrana
yolladı, sonra isə nigah diplomatiyasına əl ataraq qızı Ağabəyim ağanı Ağa
Məhəmməd şah Qacarın yerinə taxta çıxnuş qardaşı oğlu Fətəli şah Qacara ərə
verməklə münasibətləri yoluna qoydu.
XVIII əsr Azərbaycan mədəniyyəti
Bu dövrdə təhsil və elm sahəsində müəyyən irəliləyişlər baş vermişdi.
Azərbaycanın təhsil müəssisələri tamamilə din xadimlərinin nəzarəti altında idi.
Qazaxda Molla Vəli Vidadinin, Şuşada Molla Pənah Vaqif və İbrahim xanın
açdırdığı məktəblərdə şagirdlər ibtidai təhsil alırdılar. Xanlıqların hamısında
şagirdlərə orta təhsil verən mədrəsələr fəaliyyət göstərirdi.
Fəlsəfə, tarix,
riyaziyyat, astronomiya və coğrafiya sahəsində yeni
əsərlər yaranmışdı. Tarixçi Əbdürrəzaq Dünbuli (1762 - 1828) bu dövrdə
yaradıcılığına başlamışdı.
Səyyah
və coğrafiyaşünas Hacı
Zeynalabdin
Şirvaninin coğrafiya elminin inkişafında böyük xidmətləri olmuşdu.
Ərdəbildəki Şeyx Səfi kitabxanası öz əvvəlki şöhrətini qoruyub saxlamışdı. Bir
müddət sonra, 1828-ci ildə Ərdəbili işğal edən ruslar bu kitabxanadan 166 adda
nadir əlyazmanı qarət etmişdilər. Həmin əlyazmalar Sankt - Peterburq
şəhərindəki imperator kitabxanasına göndərilmişdi.
XVIII əsr ədəbiyyatımızın ən görkəmli nümayəndələri Arif Təbrizi,
Arif Şirvani, Ağaməsih Şirvani idi. Lakin ədəbiyyatımızın
zirvəsində Molla
Vəli Vidadi və Molla Pənah Vaqif dayanırdı.
“Kəlilə və Dinmə” əsəri XVIII əsrdə dilimizə tərcümə edilmişdir.
XVIII əsrdə Azərbaycan incəsənəti də inkişaf etməkdə idi. Təsviri sənət
daha çox dekorativ səciyyə daşıyırdı. Divar rəsmlərinin başlıca xüsusiyyətləri
ən parlaq şəkildə Şəki xan sarayında əksini tapmışdı. Xanlıqların
176
mərkəzi şəhərlərində memarlıq - tikinti işləri genişlənmişdi.
Bu dövrdə Azərbaycan incəsənətinin ən mühüm sahələrindən biri də
dekorativ - tətbiqi sənət idi. O dövrün memarlıq abidələrindən 1763-cü ildə
tikilmiş Şəki xan sarayını (memarı usta Abbasqulu olmuşdur), İrəvandakı “Göy
məscid^’i (1764), İrəvandakı Sərdar sarayını (baş memarı usta Mirzə Cəfər
olmuşdur) və 1791-ci ildə həmin sarayda tikilmiş
Güzgülü salonu və yay
imarətini, Şamaxıda XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid Yeddi
Gümbəz türbəsi kompleksini (memarı ustad Tağı) xüsusi qeyd etmək lazımdır.
İrəvandakı Göy məscid. Sərdar sarayının Güzgülü salonu və yay imarəti erməni
vandalları tərəfindən dağıdılaraq məhv edilmişdir.
177