Adam Oleari 1637-ci ilin martında Şamaxıda
Yeni ilin - Novruz bayramının qarşılanmasını belə təsvir edirdi: «Astroloq (münəccim -
Red.) tez - tez masamn arxasından durur, öz üstürlabı (səma qlobusu) ilə
Günəşin hündürlüyünü müşahidə edir, saata baxır, beləliklə, Günəşin gecə ilə
gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. El ki, arzu olunan
an çatdı o, bərkdən elan etdi:
Yeni ildir! Dərhal toplardan atəş açıldı. Şəhərin
qala divarları və bürclərinin hər yerində truba (qaraney - red.) çalmdı, təbillər
döyüldü və beləliklə, bayram böyük şənliklə başlandı...» Novruzu dini deyil,
dünyəvi xalq bayramı kimi qiymətləndirən Adam Oleari həmin bayramın elmi -
astronomik mahiyyət daşıdığını da düzgün olaraq dərk etmişdi.
XVI - XVII əsrlərdə Azərbaycanda mədrəsələr, məscidlər,
karvansaralar və bir çox mühüm memarlıq abidələri tikilmişdi. Bunlardan XVI
əsrə aid 1544-cü ildə Qusar rayonunun Həzrə kəndində tikilmiş
Şeyx Cüneyd məqbərəsini, Naxçıvanda
Əlincə çayı üzərindəki körpünü, Bakının Şərq darvazalarını, XVII əsrdə inşa edilmiş memarlıq abidələrindən isə 1663-cü ildə
Sərkar Əbdüləzimin rəhbərliyi ilə Şamaxmm
Kələxana kəndində inşa edilmiş məqbərələri; 1663-cü ildə
Nardaran kəndində tikilmiş məscidi; Gəncədəki
Şah Abbas (Cümə) məscidini; Suraxanıda hind atəşpərəstlərinin tikdirdiyi
məbədi və Təbrizdə Şibli karvansarasını göstərmək olar.
§ 20. Azərbaycan XVII əsrin son rübü - XVIII əsrin birinci yarısında. XVII
əsrin son rübü - XVIII əsrin 30-cu illərində ölkəmizin iqtisadiyyatının tənəzzülə uğraması XVII əsrin son rübündə dövlətimiz iqtisadi tənəzzül mərhələsinə daxil
oldu. XVII əsrin sonları - XVIII əsrin ilk onilliklərində ölkəmizin ağır böhranlı
vəziyyətə düşməsi və iqtisadiyyatın bütün sahələrini bürümüş tənəzzülün get -
gedə güclənməsi ağır və fəlakətli sosial - iqtisadi nəticələrə gətirib çıxarmışdı:
1.
Mərkəzi dövlət hakimiyyətinin zəifləməsi şəraitində süni suvarma
sistemlərinin qayğısızlıqdan dağılması, əsas istehsalçı zümrə olan kəndlilərə
iqtisadi şərait yaratmaq əvəzinə, onların istismannın görünməmiş dərəcədə
gücləndirilməsi, təbii fəlakətlər, quraqlıq, məhsulsuzluq nəticəsində kənd
təsərrüfatı