Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


- XVII əsrlər Azərbaycan mədəniyyəti



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə91/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   87   88   89   90   91   92   93   94   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

- XVII əsrlər Azərbaycan mədəniyyəti 
Səfəvi dövlətində Azərbaycan türk dilinin statusu 
Tarixi mənbələr və səyyah gündəlikləri Səfəvi dövlətində nəinki XVI 
əsrdə, XVII əsrdə də Azərbaycan türk dilinin dövlət səviyyəsində geniş şəkildə 
işləndiyini göstərir. Böyük alman alimi Adam Oleari XVII əsrin 30-cu illərində 
İsfahanda şah sarayında əcnəbi elçilərin qəbulu zamanı 
Azərbaycan türk 
dilində 
danışıldığını qeyd etmişdir. Fransız səyyahı Jan Batist Tavemye 
yazırdı: 
“Səfəvi saray adamlarının dili türk dilidir.” 
Tavemyedən 20 il sonra 
Səfəvi ölkəsində olmuş alman alimi Engelbert Kempfer (1685 - 1694) 
isə 
yazmışdı: 
“Səfəvi sülaləsinin ana dili olan türk dili sarayda yayılmış dildir. 
Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi 
yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs 
bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs 
üçün türk dilini bilməmək günah sayılır. Türk dili bütün Şərq dillərindən 
asandır. Türkcə danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda 
(mərkəzi dövlət idarəsində) və səltənət qəsrində yeganə danışıq dili olmasına 
gətirib çıxarmışdır.” 
Ədəbiyyat elm və təhsil
Səfəvilər dövrünün görkəmli şair və 
mütəfəkkirlərindən 
Məhəmməd Füzulini, 
filosof 
Həqirini, 
I Təhmasibin 
tarixçisi olmuş 
Həsən bəy Rumlunu, Oruc bəy Bayatı, 
I Şah Abbasın tarixçisi 
olmuş 
İsgəndər bəy Münşini 
və 1645-ci ildə II Şah Abbasın tarixçisi 
Məhəmməd Tahir Vəhidi 
göstərmək olar. Şah İsmayıl Xətai təxəllüsü ilə 
şeirlər yazırdı. O, elmə böyük qayğı göstərərək Marağa rəsədxanasını bərpa 
etdirmişdi. 1522-ci ildə Şah İsmayıl rəssam 
Kəmaləddin Behzadı 
dövrünün 
elmi mərkəzlərindən sayılan Təbriz saray kitabxanasına rəis təyin etmişdi. 
XVI-XVII əsrlər Azərbaycan ədəbiyyatında yeni məhəbbət və qəhrəmanlıq 
dastanları yaradılmışdır. Aşıq Qurbani və Aşıq Abbas Tufarqanimm 
yaratdıqları əsərlər Böyük Füzulinin yaratdığı bədii sənət nümunələrindən geri 
qalmırdı. 
XVI
- XVII əsrlərdə Azərbaycanda böyük məktəb və mədrəsə şəbəkəsi 
var idi. Şamaxıda 40 məktəb, 7 mədrəsə, Təbrizdə 600 məktəb, 47 mədrəsə 
fəaliyyət göstərirdi. Ölkəmizə səfər etmiş Avropa səyyah və elçilərinin 
gündəliklərində Səfəvilər dövründə Azərbaycanda elmin, xüsusilə 
143 


təhsilin çox yüksək səviyyədə olması haqqında çox qiymətli məlumatlar vardır. 
1637-ci ilin fevral, mart aylannda Şamaxıda olmuş alman alimi Adam Oleari 
Şamaxı şəhərində çox yaxşı inşa edilmiş bir binada yerləşən mədrəsəni fəlsəfə 
kolleci və ya gimnaziya adlandırmışdı. Həmin mədrəsədə alman aliminin 
professor adlandırdığı müdərrislər (mədrəsə müəllimi - Red.) dərs deyirdilər. 
A.Oleari Şamaxı mədrəsəsində dərs deyən 65 yaşlı Hi- cazlı bir qoca ərəb 
astronomunun şagirdlərə ərəb dilində Evklidi öyrətdiyini yazırdı. Maraqlıdır ki, 
A. Olearinin mədrəsənin sinif otağına gətirdiyi səma cisimləri qlobusu Şamaxı 
müəllimlərini qətiyyən təəccübləndirməmişdi. Əksinə, Oleariyə məlum 
olmuşdu ki, onlarda belə qlobusun bir neçə növü vardır. Oleari yazır ki, onlar 
mənim qlobusumun üzərindəki astronomik bürcləri bir - bir taparaq onların 
adlarını ərəbcə deməyə, xüsusilə Zodiakm 12 işarəsinin adlannı sadalamağa 
başladılar. 
XVI
- XVII əsrlərdə Azərbaycan mədrəsələrində ilahiyyat, hesab, cəbr, 
həndəsə, astronomiya, coğrafiya, tibb, fəlsəfə, tarix və ədəbiyyat fənnləri 
öyrədilirdi. Mədrəsələrdə Avropa alimlərindən Aristotel, Evklid, Arximed, 
Qalileyin, Şərq alimlərindən Sədi, Nizami, Xaqani, Nəsirəddin Tusi və 
başqalannm əsərləri tədris edilirdi. Dərsliklərin çoxunun müəllifi Nəsirəddin 
Tusi idi. 
Avropa səyyahlarının əsərlərində verilən bilgilərə görə, Azərbaycan 
mədrəsələrində astronomiya, fəlsəfə, riyaziyyat və digər fənnlərin tədrisi 
Avropa səviyyəsində olub, ondan geri qalmırdı. XVII əsrdə Azərbaycanda 
olmuş fransız səyyahı Tavemye yazırdı ki, Azərbaycan müəllimləri ilahiyyat, 
fizika və riyaziyyatın müxtəlif bölmələri haqqında dərin biliklərə malikdirlər. 
Onlar hər bir məsələnin elmi kökünü axtarıb tapmağa çalışırlar. Mədrəsələrdə 
təhsil elm sahələri ilə sıx bağlı idi. Mədrəsələrdə dərs deyən tanınmış alimlərin 
mühazirələrini, hətta uzaq şəhərlərdən gəlib dinləyirdilər. Çox vaxt bir 
müdərrisin yüzdən artıq tələbəsi olurdu. Əbu Əli İbn Sınanın «Tibb haqqında 
qanun» kitabı təbabət sahəsində əsas dərslik idi. 
XVII
əsrdə yaşayıb - yaratmış təbrizli alim Mövlana Mir Əbdül- baqini 
müasirləri öz «dövrünün dühası» adlandırmışdılar. Bu görkəmli alim və xəttat 
çoxlu sayda şagird yetişdirmişdi. 
Bu dövrdə coğrafiya, tarix, fəlsəfə, riyaziyyat, məntiq, qrammatika və 
başqa fənlərə aid bir sıra elmi əsərlər yazılmışdı. 
I Şah Abbas 1598-ci ildə dövlətimizin paytaxtım Qəzvindən İsfahana 
köçürəndən sonra çoxlu sayda şair, ədəbiyyatşünas, rəssam, xəttat, astranom, 
həkim və memar yeni paytaxta köçürülmüşdü. 
İncəsənət və memarlıq,
XVI əsrdə Təbrizdə bədii miniatür məktəbi 
fəaliyyət göstərirdi. Bu məktəb çoxlu istedadlı rəssam yetişdirmişdi. Onlardan 
ən məşhuru Sultan Məhəmməd idi. Kəmaləddin Behzadı, Mir Müşaviri, 
Mövlana Müzəffər Əlini, Mir Zeynalabdin Əlini də Təbriz miniatür məktəbinin 
nümayəndələri hesab edilir. Sadıx bəy Əfşar məşhur naturalist rəssam idi. 
144 


Həmin dövrdə Azərbaycanda bədii xəttatlıq da geniş yayılmışdı. Bu 
sahədə Mövlana Məhəmməd Həsən xüsusi yer tuturdu. 
XVII
əsrdə İsfahan rəssamlıq məktəbi Təbriz miniatür məktəbinin 
ənənələri əsasında yaranmışdı. Xəttat - miniatürçü rəssamlardan Əli Rza 
Təbrizi, Seyid ƏH Təbrizi və Ərdəbildən olan Mir Əbdülbaqi xüsusilə məşhur 
idi. 
II Şah Abbas (1642 - 1666) saray kitab evinə xüsusi diqqət yetirmiş, 
Mirzə Mir Amini kitab evinin hamisi təyin etmişdi.Vaxtilə I Şah Abbas kitab 
çapı işi ilə maraqlanaraq Avropada ərəb şrifti ilə çap maşını sifariş etmişdi. 
Onun ölümündən 12 il sonra 1641-ci ildə İsfahana Avropadan çap maşını 
gətirilsə də, onu işə salmaq mümkün olmamışdı. II Şah Abbasın dövründə də 
kitab çap etmək üçün Avropadan ölkəyə mətbəə avadanlığı gətirilməsinə 
təşəbbüs göstərilmişdi. Lakin kifayət qədər vəsaitin ayrılmaması, II Abbasın 
ölümü və I Şah Süleymanın kitabsevər alimlərin təkliflərinə biganə yanaşması 
bu mütərəqqi təşəbbüsün yarımçıq qalmasına səbəb oldu. Tavemye kitab çapı 
işinin baş tutmamasmm əsas səbəbini sarayda olan çoxsaylı kitab üzü köçürən 
xəttatların öz işini itirmək təhlükəsi qarşısında bu işə mane olması ilə izah 
etmişdir. 
Səfəvilər dövründə Azərbaycanda kitabların üzünün əllə köçürülməsi 
işi geniş yayıldığından ölkədə xəttatlıq sənəti yüksək səviyyəyə çatmışdı. 
Kitabların dəyəri təkcə məzmununa görə deyil, xəttinə və həcminə görə 
müəyyənləşdirilirdi. 
Səfəvi hökmdarlarından I Şah Təhmasibin, II Şah Abbasın, xüsusilə 
Şah Sultan Hüseynin musiqini qadağan edən fərmanlanna baxmayaraq, bu 
dövrdə musiqi sənəti də inkişaf etməkdə idi. Musiqiçilər və tamaşa göstərən 
aktyorlar nəinki sarayda, hətta bəylərbəylərin yanında da yaradıcılıqla məşğul 
olurdular. 1671 - 1677-ci illərdə Səfəvi məmləkətinə səfəri zamanı İrəvan 
şəhərində də olmuş fransız səyyahı Şarden 800 evdən ibarət olan İrəvan 
qalasında yalnız təmizqanlı səfəvilərin (qızılbaşların -red. )yaşadığmı qeyd 
etmişdir. Şarden İrəvanda olarkən bəylərbəyinin sarayında musiqiçi və rəqqas 
truppasının ifasında üç hissəli tamaşaya baxmış və onu «Şərqin operası» 
adlandırmışdır. 
Qərbi Avropa səyyahlarının gündəliklərində Azərbaycan incəsənətinin 
musiqi sənəti ilə yanaşı, digər sahələri, adət - ənənələrimiz, bayram və 
mərasimlərimiz haqqında da çox maraqlı məlumatlara rast gəlinir. Fransız 
səyyahı Şarden Səfəvi imperatorluğunda üç dini - Orucluq, Qurban və Aşura, 
bir dünyəvi (mülki) - Novruz bayramımn xüsusi təntənə ilə keçirildiyini qeyd 
etmişdir. Səyyaha görə üç gün davam edən Novruz bütün imperatorluğım 
şahanə Yeni il bayramı kimi keçirilirdi. Gecə ilə gündüzün bərabərliyini və 
yazın gəlişini bildirən Yeni il - Novruz bayramında hər yerdə şeypurlar çalınır, 
nağaralar vurulur, tonqallar qalanır, rəqs edilir və məzhəkələr göstərilirdi. 
Fransız səyyahının məlumatına görə Səfəvilər Novruzu «Təzə paltar bayramı 
adlandırırlar. Çünki nəinki varlı, hətta elə bir 
145 


yoxsul adam tapa bilməzsən ki, bu bayramda təzə paltar geyməmiş olsun.» 
Alman alimi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin