Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 21. Azərbaycan xanlıqlarının yaranması



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə96/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   92   93   94   95   96   97   98   99   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 21. Azərbaycan xanlıqlarının yaranması 
XVIII əsrin ortalarında Nadir şah Əfşarın yaratdığı imperatorluğun 
dağılması Vətənimizdə siyasi parçalanmaya gətirib çıxartdı. Siyasi parçalanma 
şəraitində ölkəmizin ayrı-ayn bölgələri arasında iqtisadi əlaqələrin zəifləməsi, 
bəzi hallarda hətta pozulması və ali zümrənin ayrı-ayrı nümayəndələrinin 
mərkəzdənqaçma meyllərinin güclənməsi nəticəsində Azərbaycanda müstəqil 
və yarımmüstəqil dövlətlər olan xanlıqlar meydana çıxmağa başladı. 
Azərbaycanın Arazdan cənubdakı torpaqlannda Təbriz, Urmiya, Xoy, Ərdəbil, 
Qaradağ, Sərab, Marağa, Maku, şimalda isə Qarabağ, Şəki, Şamaxı, Gəncə, 
Bakı, Dərbənd, Quba, Lənkəran, İrəvan, Naxçıvan xanlıqları, habelə İlisu, 
Qəbələ, Ərəş, Qazax, Şəmşəddil sultanlıqları, Şəmşəddildən şimal - qərbdə isə 
Car - Balakən camaatlığı meydana gəldi. 
Urmiya xanlığı. Azərbaycan torpaqlarını birləşdirmək cəhdi 
1747-ci ildə Nadir şahın öldürülməsindən sonra “Adil şah” adı ilə taxta 
çıxan qardaşı oğlu Əliqulu xan mərkəzi hakimiyyəti möhkəmləndirə bilmədi. 
1748-ci ildə onu əvəz edən Şahrux Mirzənin hakimiyyəti isə daha az sürdü. 
Azərbaycanda ali hakimiyyət uğrunda türksoylu əfşarlarla fars kö- kənli zəndlər 
arasında gedən siyasi savaşa daha bir türk köklü qacarlar da qoşulmağa hazır 
vəziyyətdə idi. Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar Azərbaycan uğrunda 
mübarizəyə qoşularaq 1747-ci ildə Urmiya xanlığının əsasım qoydu. Xanlığın 
mərkəzi əvvəlcə Urmiya, sonra isə Təbriz şəhəri olmuşdur. Fətəli xan Təbriz, 
Xoy, Qaradağ, Marağa, Sərab xanlıqlarını tabe edərək Ərdəbil və Maku 
xanlıqlarını çıxmaqla, bütün Cənubi Azərbaycan torpaqlarını birləşdirməyə nail 
olmuşdu. 1751-ci ildə İrəvan xanlığını tabe etmək cəhdi boşa çıxmış, ancaq 
1759-cu ildə Qarabağ hakimi Pənahəli xanı özündən asılı vəziyyətə salaraq oğlu 
İbrahimxəlil ağanı girov götürmüşdü. Bütöv Azərbaycan uğrunda savaş 
apardığını aydın dərk etsə də. Fətəli xan Əfşar birləşdirdiyi ərazilərdə tam 
möhkəm idarəetmə sistemi yaratmadan keçmiş Əfşar imperatorluğu uğrunda 
mübarizəyə qoşulmağa məcbur oldu. Bu yolda onun əsas rəqibləri isə zəndlər 
və qacarlar idi. Zənd- lərin başçısı Kərim xan Səfəvi nəslindən olan azyaşlı bir 
uşağı III İsmayıl adı ilə İsfahanda taxta çıxararaq özünü onun qəyyumu elan 
etmişdi. Fətəli xan 1752-ci ildə Kərim xan Zəndin Azərbaycana işğalçılıq 
yürüşünün qarşısını alaraq əvvəlcə onu Miyanə, sonra isə Qəmşə döyüşlərində 
ağır məğlubiyyətə uğratdı. Kərim xan Fars vilayətinə qaçmaqla canını güclə 
qurtardı. Mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Məhəmmədhəsən xan 
Qacar 1757-ci ildə Azərbaycana yürüş edərək Urmiya şəhərini və Fətəli xan 
Əfşarın xəzinəsini ələ keçirəndən sonra Kərim xan üzərinə yürüyərək onu da 
ağır məğlubiyyətə uğratdı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin