Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 17. Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsi. I Şah



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə81/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   77   78   79   80   81   82   83   84   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 17. Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsi. I Şah 
İsmayıl və I Şah Təhmasibin daxili və xarici siyasəti 
^^Səfəvivvə” dini ordeni və amibasha.
Səfəviyyə dini dərviş təriqətinin 
əsası Şeyx Səfiəddin tərəfindən (1254 - 1334) XIII əsrin sonlarında 
qoyulmuşdur. Mənbələrdə (Səffət əs-Səfa və b.) “türk piri”, yəni müqqədəs türk 
adlandırılan Şeyx Səfiəddin Azərbaycanın Ərdəbil şəhərində doğulmuşdu və 
bütün Ərdəbil əhalisi Şeyxin müridləri hesab olunurdu. Ərdəbil şeyxlərinin 
Azərbaycandan başqa Kiçik Asiyada, Mosulda və Suriyada da (Şamda - Red.) 
çoxlu ardıcılları var idi. Səfəviyyə təriqəti isə çoxlu vəqf əmlakına sahiblik 
edirdi. Böyük fateh Əmir Teymur Ankara savaşından (1402) geri dönəndə 
Ərdəbil şeyxi Xoca Əlini ziyarət etmiş və Şeyxin xahişinə əsasən Rum və 
Şamdan əsir apardığı xeyli sayda əhalini onun ixtiyarına vermişdi. Səfəvi 
şeyxləri yarımköçmə və oturaq əhalini öz tərəflərinə çəkmək üçün belə bir 
təbliğat aparırdılar ki, şəriətdə nəzərdə tutulmayan çoxlu sayda vergi və 
mükəlləfiyyət tələb etməklə, xalqın güzaranmı ağırlaşdıran rəsmi (sünni) 
məzhəbli hökmdarların (təbii ki, Bayandurlularm, Şey banilərin, 
Şirvanşahların) hakimiyyətinə son qoymadan “ədalətli cəmiyyət” qurmaq 
mümkün deyildir. Ədalətli “Mehdi səltənəti”nin qurulması isə yalnız şiə 
məzhəbli hökmdarların, yəni Səfəvilərin hakimiyyətə gəlməsindən asılıdır. 
Ərdəbil hakimi Şeyx Cüneyd (1447 - 1460) siyasi sahədə nüfuz qazanmaq 
uğrunda mübarizəyə Şirvandan keçməklə. Şimali Qafqaza kafirlərə qarşı "cihad 
yürüşünə" çıxmaqla başladı. Onların əsas məqsədlərindən biri də Şirvan 
torpaqlarını ələ keçirmək idi. Ancaq 1460-cı ildə Sam ur şayı sahilindəki 
döyüşdə Azərbaycan hökmdan Cahanşah və Şirvanşah I Xəlilullah tərəfindən 
məğlubiyyətə uğradılaraq öldürüldü. Şeyx Cüneydin oğlu Şeyx Heydərin 
dövründə (1460 - 1488) Səfəvi təriqətinin müridləri başlarına 12 imamın 
şərəfmə 12 zolaqlı çalma qoyduqlarından onlar qızılbaş adlanmağa başladılar. 
Üç dəfə Şirvana və Dağıstana yürüş edən Şeyx Heydər 1488-ci ildə Şamaxıda 
böyük dağıntılar və qırğınlar törətsə də. Şahdağın ətəyində Tahasaran 
yaxınlığında Sultan Yaqubun və Şirvanşahın birləşmiş qüvvələri tərəfindən 
məğlub edilərək öldürüldü. Şeyx Heydərin oğlu Sultan Əli isə 1494-cü ildə 
Bayandurlu Sultan Rüstəm tərəfindən Şəməsi döyüşündə öldürüldükdən sonra 
Səfəviyyə ordeninin başçısı olan İsmayılı qızılbaşlar Lahicanda yerli hakim 
Mirzə Əlinin sarayında gizlətdilər. Sultan Rüstəmin adamları İsmayılı tələb 
etdikdə. Mirzə Əli onu səbətə qoyub ağacdan asaraq rahatlıqla Qurana əl basıb 
and içmişdi ki. İsmayılın ayağı Gilan torpağında deyildir və bu yolla yaxın 
gələcəyin höyük Azərbaycan hökmdarını ölüm təhlükəsindən xilas etmişdi. 
XV əsrin sonunda Azərbaycanda siyasi sabitliyin pozulmasından və 
123 


Bayandurlu nəslindən olan Sultan Əlvənd və Sultan Muradın yeritdiyi yarıtmaz 
siyasət nəticəsində əhalinin narazılığının gündən-günə artmasından qızılbaşlar 
məharətlə istifadə edərək hakimiyyət uğrunda mübarizənin yeni mərhələsinə 
başladılar. Dövrün salnaməçisi Əbdi bəyin yazdığına görə “Bayandurlu 
səltənətinin pozulması, yəni hakimiyyətin iki əmioğlu Əlvənd və Murad 
arasında bölünməsi xəbəri” də qızılbaşları İsmayıl başda olmaqla, Azərbaycan 
taxt-tacı uğrunda daha qətiyyətlə siyasi mübarizə aparmağa ruhlandırmışdı. 
Azərbaycan taxtı uğrunda savaşda Səfəvilərin uğur qazanması. 
Səfəvi hökmdarı I Şah İsmayılın (1501 - 1524) daxili və xarici siyasəti 
1499-cu ildə Lahicanı tərk edən İsmayıl onun ətrafında birləşən qızılbaş 
müridləri ilə tərəfdarlarının çox olduğu Şərqi Anadoluya gəlib, 1500- cü ilin 
yazında Ərzincanda müşavirə keçirtdi. Ərzincanda İsmayıla qoşulan döyüşçü 
müridlərin sayı 7 minə çatırdı. Müşavirədə Şirvanşahlıq üzərinə yürüş haqqında 
qərar çıxarıldı. 1500-ci ilin payızında İsmayılın başçılıq etdiyi qızılbaş qoşunu 
Şamaxını tutdu. Gülüstan qalasının yaxınlığındakı Cabanı adlı yerdə baş verən 
döyüşdə qızılbaşlar qalib gəldilər. Şirvanşah Fərrux Yasar öldürüldü və Şirvan 
xəzinəsinin bir hissəsi ələ keçirildi. 1501-ci ilin yazında Bakı şəhəri mühasirəyə 
alındı, üç həmlədən sonra şəhər tutuldu və Şirvanşahların Bakı sarayında 
saxlanılan zəngin xəzinəsi ələ keçirildi. Bayandurlu sultanı Əlvənd Mirzənin 
Təbrizdən qoşunla Araz çayından şimala doğru yürüşə başlaması qızılbaşların 
Gülüstan qalasının mühasirəsini yarımçıq saxlayıb, bütün əsas hərbi qüvvələrini 
ona qarşı yönətməsinə səbəb oldu. Bu zaman cəmi 14 yaşı olan gənc İsmayıl 
silahdaşları olan qızılbaş əmirlərindən soruşmuşdu: ”Sizə 
Gülüstan 
qalası 
lazımdır, yoxsa 
Azərbaycan taxtı?” İsgəndər bəy Münşi yazır ki: “Müqqədəs Səfəvi 
xanədanının etiqad sahibləri belə cavab vermişdilər: “Azərbaycan taxtı.” Bu 
bilgilər sübut edir ki, gəncliyinə baxmayaraq İsmayıl hansı taxt - taca sahib 
olacağını və hansı dövlətdə iqtidara gələcəyini aydın şəkildə dərk edirdi. 
Əlvənd Mirzənin 30 minlik ordusu 1501-ci ilin yayında Şərur düzü döyüşündə 
darmadağın edildi. Bu döyüşün əhəmiyyəti onda idi ki, qızılbaş qoşunu üçün 
Təbrizə yol açıldı və 1501-ci ilin payızında Təbriz şəhərinə daxil olan İsmayıl 
özünü təntənəli şəkildə şah elan etdi. Bununla da, Azərbaycanda Səfəvi 
sülaləsinin uzunmüddətli hakimiyyət dövrü (1501 - 1736) başlandı. 
I Şah İsmayıl (1501 - 1524) 12 imamın adma və öz adma xütbə 
oxutdurub, üzərində şiəliyin rəmzi olan simvolların əks olunduğu pul kəsdirdi. 
Səfəvilər dövründə dövlətimizin paytaxtı 1555-ci ilə qədər Təbriz şəhəri 
olmuşdur. Dövlətimizin ordusu qızılbaş türk soylarından təşkil olunmuşdu. 
Mərkəzi dövlət aparatında - şah sarayında bütün vəzifələr, hərbi rəhbərlik, 
maliyyə idarələri, vilayətlərin idarəçiliyi Azərbaycan Türk əyanlarının əlində 
idi. Şah sarayında, dövlət işlərində, orduda və qismən diplomatik 
124 


yazışmalarda Azərbaycan Türk dili işlədilirdi. 
Bayandurlu səltənətindən fərqli olaraq mənbələrdə “Dövləti qızılbaş”, 
çox zaman isə “Səfəvi” adlandırılan dövlətimizin ərazisi bəylərbəyiliklərə 
bölünmüşdü. Siyasi pərakəndəliyi aradan qaldıraraq Azərbaycan torpaqlarını 
vahid mərkəzləşmiş bir dövlətdə birləşdirməklə Səfəvilər tariximizdə müqayisə 
olunmayacaq dərəcədə əvəzsiz rol oynadılar. 
Azərbaycan taxtına əyləşən I Şah İsmayıl əsas siyasi və təhlükəli rəqibi 
olan Bayandurlu Sultan Muradı sıradan çıxartmaq üçün yürüşə başladı və 
1503-cü ildə Həmədan yaxınlığında Almaqulağı döyüşündə Sultan Mu< radın 
ordusunu darmadağın etdi. Kirman, Şiraz, İsfahan, Qum ələ keçirildi. 1508-ci 
ilədək demək olar ki, Əcəm İraqı və Ərəb İraqı qızılbaş ordusu tərəfindən ələ 
keçirilmişdi. 1510-cu ildə Bağdad şəhəri də Səfəvilərin tərkibinə daxil edildi. 
Xorasan uğrunda Özbək hakimi Şeybani xanla mübarizə başladı. Şeybani xan 
Mərv qalasında uzunmüddətli müdafiə tədbirləri görsə də. Şah İsmayılın hərbi 
taktikasına aldanaraq qoşunu qaladan çıxartdı. 1510- cu il dekabrın 1-də baş 
vermiş Mərv döyüşündə Özbək qoşunu məğlubiyyətə uğradıldı, Şeybani xan isə 
öldürüldü. Mərv döyüşü nəticəsində çox böyük strateji əhəmiyyətli Xorasan 
vilayəti dövlətimizin tərkibinə qatıldı. Fərat çayından Amudərya çayınadək 
geniş ərazilərdə Səfəvilərin hakimiyyəti bərqərar oldu. Bu qələbə nəticəsində 
dövlətimiz o dövrdə Şərqdə və bütün dünyada çox güclü olan Osmanlı dövləti 
ilə rəqabət apara biləcək böyük bir imperatorluğa çevrildi. 
Şah İsmayıl bundan sonra əsas diqqətini Anadoluya yönəltdi. Bu ərazidə 
qızılbaşlığın yayılması dini müstəvidə Səfəvi - Osmanlı münasibətlərini 
kəskinləşdirən məsələlərdən biri oldu. Bu işin zahiri tərəfi idi. Əslində bu iki 
güclü türk müsəlman dövlətinin maraqları strateji bölgələr və Avropa - Şərq 
ticarətində üstünlük qazanmaq məsələsində kəskin şəkildə toqquşurdu. 1504-cü 
ildə Osmanlı sultanı II Bəyazid Şah İsmayıl Səfəvini Azərbaycan hökmdan kimi 
tanımışdı. Ancaq Şah İsmayılın 1512-ci ildə Kiçik Asiyada Malatya və 
Qarahisarı ələ keçirməsi. Sultan Səlimin hakimiyyəti dövründə bu iki dövləti 
qarşı - qarşıya qoydu. I Şah İsmayılın Avropa siyasəti ipək ticarətindən daha 
çox siyasi məqsədlər güdürdü. 1507 - 1508-ci illərdə Venesiya, Neapol, Roma 
papalığı ilə əlaqələr saxlayan, 1510-cu ildə Səfəvi diplomatı Əli bəyi İtaliyaya 
göndərən Şah İsmayıl Qərb dövlətlərindən müasir odlu silahlar almaq və 
Osmanlıya qarşı müttəfiq qazanmaq niyyətində idi. Avropa dövlətləri də yeni 
bir güclü türk müsəlman impera- torluğunun Osmanlı ilə savaşa girməsində 
həddindən artıq maraqlı idilər və Səfəvilər vasitəsilə başlarının üstünü almış 
Osmanlı təhlükəsindən qurtulacaqlarını düşünürdülər. Heç də təsadüfü deyil ki. 
Osmanlı sarayındakı alman diplomatı açıq şəkildə yazırdı: “Bizimlə (yəni 
Avropa ilə) ölüm arasında “Böyük Sufi” (I Şah İsmayıl) dayanır”. I Sultan 
Səlim bütün hərbi gücünü Səfəvi 1 ərə qarşı səfərbər etmək üçün Avropada 
aparılan müharibələri dayandırdı. Səfəvi və Osmanlı dövlətləri arasında 
diplomatik 
125 


yazışmalar müharibə təhlükəsini aradan qaldırmadı. Şah İsmayılın sülh təklifi 
ilə türk dilində yazıb, Osmanlı Sultanı Səlimə göndərdiyi məktuba Sultandan 
fars dilində cavab gəldi. Sultan Səlim sülh üçün əsas şərt kimi Səfəvilərin 
qızılbaşlıqdan imtina etməsini göstərmişdi. Sultan yazırdı: «Tələbimiz belədir:
Qırmızı papağı başınızdan endirəsiniz və 
Bayanduriyyə sultanlığı zamanında (XV əsrdə - Red.) dörd böyük xəlifə (Əbu 
Bəkr, Osman, Ömər və Əli nəzərdə tutulur - Red.) nə tərzdə zikr olunurdusa, ol 
üslub üzrə yad etdirəsiniz.... 01 körpü ki, Araz çayı üzrə olub. Çoban körpüsü 
kimi tanınır, iki məmləkətin sərhədi olursa, sizinlə bəradər (qardaş - Red.) kimi 
olalım.» Sultan Səlim 1514-cü ildə Ədimədə fövqəladə divan çağırdı. Divanda 
“din düşmənləri” elan edilmiş qızılbaşlara qarşı cihad qərarı verildi. Sultan 
Səlim yüz min nəfərlik qoşunla Səfəvilər üzərinə hücuma başladı. Əsas həlledici 
döyüş 1514-cü ilin avqustun 23-də Çaldıran yaxınlığında baş verdi. Döyüşdə 
Səfəvilərin məğlub olmasının əsas səbəbləri qüvvələr nisbətinin Osmanlının 
xeyrinə olması, döyüş texnikası, yəni odlu silah baxımından Osmanlının üstün 
olması və qızılbaşlann həddindən artıq özlərinə güvənərək Osmanlıları saya 
salmaması hesab olunur. Daha çox soyuq silahla silahlanrmş Səfəvi ordusu üçün 
100 hərəkət edən topa və odlu silah olan 10 min tüfəngə malik Osmanlı ordusu 
qarşısında duruş gətirmək çox çətin idi. Çaldıran savaşını “Qardaş qırğını” da 
adlandırmaq olar. Bu döyüşdə qələbə nəticəsində Osmanlılar Ərzurum daxil 
olmaqla, Şərqi Anadolunu və Şimali İraqı ələ keçirdilər. Bağdad şəhəri daxil 
olmaqla Ərəb İraqı isə Səfəvilərdə qaldı. 1516-cı ildə Qoçhisar döyüşündə də 
qalib gələn Osmanlılar Təbrizə daxil oldular. Ancaq burada çox qala bilmədilər. 
Bir neçə min sənətkar ailəsini özləri ilə İstanbula apardılar. Qoçhisar döyüşü 
nəticəsində Səfəvilər Mosul, Xarput və Bitlisi itirdilər. 
Çaldıran savaşı göstərdi ki, artıq bu dövrdə kifayət qədər müasir odlu 
silahlar olmadan Osmanlı və ya hər hansı bir dövlətlə müharibədə qələbə 
qazanmaq çox çətin olacaqdır. I Şah İsmayılın odlu silah almaq istədiyi 
Portuqaliya onun ümidlərini doğrultmadı. Əksinə Şah İsmayılın ona xeyirxah 
münasibətindən istifadə edən Portuqaliya İran körfəzində möhkəmlənməyə 
başladı. 1515-ci ildə Hörmüz limanını ələ keçirən portuqallar Səfəvilərin Hind 
okeanma çıxış yolunu tamamilə bağladılar. 
I Şah İsmayılın hakimiyyəti dövründə əslində Azərbaycanın bütün 
torpaqları dövlətimizin tərkibində idi. Şirvanşahlıq və Şəki hakimliyi mərkəzi 
hakimiyyətə tabe edilmişdi və sadəcə olaraq bu bölgələrdə yerli sülalələrin 
hakimiyyəti (statusu) tam şəkildə ləğv olunmamışdı. 
I Şah Təhmasibin (1524-1576) daxili və xarici siyasəti 
1524-cü ildə I Şah İsmayılın gənc, 37 yaşında vəfat etməsi dövlətimizin 
mərkəzi idarəetmə sisteminə mənfi təsir göstərdi. Çünki hakimiyyətə gələndə 
oğlu I Şah Təhmasibin cəmi 10 yaşı var idi. I Şah Təhmasibin hakimiyyət 
dövründə (1524-1576) Azərbaycan torpaqlarının tam mərkəzləşdirilməsi 
126 


prosesi başa çatdı. 1535-ci ildə Şirvanşah II Xəlilullahın ölümündən sonra 
Şirvanda yaranmış qarmaqarışıqlılıqdan, 1537-ci il “Qələndər” üsyanından 
istifadə edən I Təhmasib qardaşı Əlqas Mirzənin başçılığı ilə Şirvana qoşun 
göndərdi. 1538-ci ildə Şirvanşahlığm Səfəvilərdən vassal asılılığına da son 
qoyuldu və Şirvanşahların sülalə hakimiyyəti ləğv olundu. Nəticədə Şirvan 
ərazisi bəylərbəyiliyə çevrildi və Əlqas Mirzə ilk bəylərbəyi təyin olundu. 
1547-ci ildə Əlqas Mirzənin mərkəzi hakimiyyətə qarşı qaldırdığı qiyam 
yatınidıqdan sonra I Təhmasib oğlu İsmayıl Mirzəni, sonra isə qızılbaş əmiri 
Abdulla xan Ustadını Şirvana bəylərbəyi təyin etdi. 
1551-ci ildə mərkəzi hakimiyyətlə münasibətlərini pisləşdirən Dərviş 
Məhəmməd xanın qoşununun darmadağın edilməsi ilə Şəki hakimliyinə də son 
qoyuldu. Beləliklə, Azərbaycan torpaqlannm vahid mərkəzi dövlət tərkibində 
birləşdirilməsi prosesi tamamilə başa çatdı. 
I Şah Təhmasib tərəfindən yeridilən iqtisadi siyasət sənətkarlığın və 
ticarətin inkişafına təkan vermişdi. Monqol dövründən qalma tamğa vergisinin 
1565-ci ildə ləğv edilməsi sənətkarlığı və ticarəti canlandırmışdı. 
I Təhmasibin dövründə öz imperatorluğunu Şərqə doğru daha da 
genişləndirmək, Bağdad daxil olmaqla İraqı ələ keçirtmək və Avropamn 
müstəmləkəçi dövlətlərinin işğal hədəfində olan Hind okeanı və İran körfəzi 
bölgələrini qorumaq məqsədi ilə Osmanlı sultanı Süleyman Qanuni Azərbaycan 
torpaqlanndan keçməklə dörd yürüş həyata keçirtdi. Osmanlı Sultanı 1534, 
1535 və 1548-ci il yürüşlərində dövlətimizin paytaxtı Təbriz şəhərini tutsa da, I 
Təhmasibin tətbiq etdiyi xırda həmlələr, əks - hücum və “yandırılmış torpaq” 
taktikası nəticəsində hər dəfə şəhəri tərk etməyə məcbur oldu. 1554-cü ildə 
həyata keçirilən dördüncü yürüş də uğursuz bitdi. Osmanlı qoşunları 
Naxçıvandan geri qayıtmağa məcbur oldular. 1555-ci il mayın 29- da iki dövlət 
arasında Amasya barışığı imzalandı. Amasya sülhünə görə Qərbi Gürcüstan 
Osmanlı dövlətinin. Şərqi Gürcüstan isə Səfəvilərin tərkibində qaldı. 
1555-ci il Amasya barışığından sonra I Şah Təhmasib dövlətimizin 
paytaxtını dəfələrlə Osmanlının əlinə keçmiş Təbriz şəhərindən Qəzvinə 
köçürməyə məcbur oldu. 
Ümumiyyətlə, XV əsr, xüsusilə Səfəvilər sülaləsinin hakimiyyətdə 
olduğu XVI-XVII əsrin birinci yansında Səfəvilərlə Osmanlılar arasında gedən 
müharibələr türk və müsəlman dünyası üçün mənfi nəticələr vermişdi. Bu 
müharibələr çox zaman ümumtürk birliyini pozmaqla yanaşı, Avropa 
dövlətlərinin məqsəd və maraqlarına daha çox cavab verirdi. Bu savaşlardan 
böyük əzab-əziyyət çəkən sadə adamlar belə dili və dini bir olan bu iki xalqın 
bir-birinə düşmən kimi davranmasının Avropa dövlətlərinin xeyrinə olduğunu 
aydın şəkildə başa düşürdülər. Venesiya Respublikasının 1474- 1475-ci illərdə 
Bayandurlu hökmdan Həsən padşahın sarayında elçisi olmuş Ambrocco 
Kontarini Təbrizdə gördüklərindən və eşitdiklərindən heyrətə gələrək yazırdı: 
«Qarşımıza çıxan türklər (yəni Təbrizlilər - Red.) bizim 
127 


haqqımızdı belə deyirdilər: «bu köpəklər Məhəmməd dininə nifaq salmaq üçün 
gəliblər». 
Səfəvilər dövründə də Azərbaycan türkləri xristian dövlətlərindən 
ölkəmizə gəlmiş elçiləri Şərqə məxsus qonaqpərvərliklə qarşılasalar da, onları 
“yad”, bir çox hallarda «kafır» hesab edirdilər. Bununla bağlı 1562-ci ildə 
Səfəvilərin paytaxt şəhəri Qəzvində olmuş, ingilis elçisi Antoni Cenkinsonun 
məlumatlan olduqca maraq doğurur. Cenkinson yazırdı ki, “şah sarayının qapısı 
ağzında atdan düşərkən onun ayaqqabılarını çıxararaq ayağına başmaq 
geyindirmişdilər ki, onun kafir ayağı onların (yəni Səfəvilərin-Red.) müqəddəs 
torpağına dəyməsin’’. A.Cenkinsonun 1555-ci il Amasya barışığından sonra 
Səfəvi-Osmanlı münasibətlərinin normallaşması ilə bağlı verdiyi məlumatlar da 
olduqca maraqlıdı. Cenkinson yazırdı ki, I Şah Təhmasib ondan alman 
imperatorunun, ispan kralı Filippin və Böyük Sultanın (Sultan Süleyman 
Qanuni-Red.) gücünü soruşanda “mən onların arasında yenicə bağlanmış 
dostluq müqaviləsini (Amasya barışığım - Red.) nəzərə alıb. Böyük Türkün 
ləyaqətinə toxunmadım və bu onun xoşuna gəldi”. 
I Şah Təhmasib Xorasanı özbəklərin hücumlarından qorumaq üçün bu 
bölgədə xeyli qoşun saxlayırdı. Şah Hindistan ərazisində yaranmış Böyük 
Moğol türk imperatorluğu ilə hərtərəfli əlaqələr qurmuşdu. Bu Azərbaycan 
hökmdan Əfqan yürüşlərini dəf etmək üçün Böyük Moğol hökmdarı Humayuna 
hər cür - hətta qoşunla hərbi yardım göstərmişdi. Bunun əvəzində Humay un çox 
mühüm strateji və ticarət əhəmiyyətli Qəndahara olan iddialarından Səfəvilərin 
xeyrinə əl çəkmiş və bir vassal kimi hər il Səfəvilərə 40 min tümən bac 
göndərməyə söz vermişdi. 
Məhəmməd Xudabəndənin hakimiyyətə gəlməsi 
I Şah Təhmasibin ölümündən sonra başlayan hakimiyyət uğrunda siyasi 
mübarizə dövlətimizin hərbi - siyasi və iqtisadi qüdrətini xeyli zəiflətdi. 1576-cı 
ildə taxta çıxan II İsmayılın sui - qəsd nəticəsində öldürülməsindən sonra 
hakimiyyətə Məhəmməd Xudabəndə gəldi. Məhəmməd Xudabəndənin 
dövründə (1578 - 1587) mərkəzi hakimiyyətlə hesablaşmayan qızılbaş 
əmirlərinin özbaşınalığı gücləndi və dövlət xəzinəsi tamamilə boşaldı. Şah 
Təhmasibin yarım əsr ərzində xəzinəyə topladığı sərvət qısa müddətdə talan 
edildi. İsgəndər bəy Münşi yazırdı ki, qızılbaş əmirləri xəzinədəki qiymətli 
şeyləri, hətta sandıqla daşıyıb aparırdılar. Belə bir şəraitdə 1578-ci ildə Osmanlı 
sultam III Murad Səfəvilərə qarşı müharibəyə başladı. 1578-ci il avqustun 9-da 
Qars vilayətində Çildir gölü sahilində baş vermiş ilk döyüşdə Səfəvi qoşunu 
məğlubiyyətə uğradı. Qüvvələr nisbəti. Ustadı və Türkmən tayfaları arasında 
birliyin olmaması və qızılbaş əmirlərinin özlərinə həddindən artıq arxayın olub 
döyüşə yaxşı hazırlaşmaması Çildir məğlubiyyətinin əsas səbəbləri hesab oluna 
bilər. Səfəvilər 1578-ci ilin sentyabnnda Qanıx (Alazan) çayı sahilindəki 
döyüşdə Osmanlılar, həmin 
128 


ilin noyabr ayında Ağsu çayı sahilində Mollahəsənli döyüşündə Osmanlının 
vassalı olan Krım tatarları üzərində parlaq qələbə qazandılar. 1583-cü ildə 
Səfəvilər Şirvan ərazisində Niyazabad adlı yerdə osmanlılara qalib gəlsələr də, 
həmin il Samur çayı sahilində tarixə “Məşəl savaşı” kimi daxil olan gecə 
döyüşündə məğlubiyyətə uğradılar. 1585-ci il Sufiyan məğlubiyyətindən sonra 
Təbriz şəhəri də itirildi. Şərqdə isə Abdulla xan Şeybani tərəfindən Herat və 
Məşhəd ələ keçirildi. Azərbaycan torpaqlannın böyük əksəriyyətinin itirildiyi 
bir şəraitdə - 1587-ci ildə Səfəvi taxtına çıxan I Şah Abbas 1590-cı ildə Osmanlı 
dövləti ilə ağır şərtli İstanbul sülh müqaviləsini bağlamağa məcbur oldu. Bu 
müqaviləyə görə Ərdəbil, Qaracadağ, Xalxal və Lənkəranı çıxmaqla, qalan 
bütün Azərbaycan ərazisi, indiki Gürcüstanın şərqi və indiki İranın qərb 
vilayətləri Osmanlı imperiyasına güzəştə gedilmişdi. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin