Sultan Həsən 1468-ci ildə
Təbrizdə taxta çıxarkən II Mehmetə məktubunda yazırdı:
“İndi bütün Azərbaycan, İraq, Fars, Kirman, Şiraz, Ərəb İraqı bizim hökmümüz altındadır.” Müəyyən vaxtlarda
Tiflis də daxil olmaqla. Şərqi Gürcüstan da
dövlətimizin tərkibində olmuşdur.
Təbriz isə paytaxt şəhər statusunu
saxlamışdı. Dövrünün görkəmli siyasətçisi və cəsur sərkərdəsi olan Həsən
padşahın hakimiyyətə gəlməsi xalqımız tərəfindən rəğbətlə qarşılandı. Ancaq
Teymuri hökmdarı
Əbu Səid Azərbaycanla bağlı planlanmn alt - üst olduğunu
görüb, 1468-ci ildə böyük ordu ilə ölkəmizə hücum etdi. Həsən padşah bütün
siyasi, hərbi və diplomatik bacarığını işə salaraq
Şirvanşah Fərrux Yasar və
Ərdəbil hakimi Şeyx Heydərlə Teymurilərə qarşı ittifaq yaratdı. 1469-cu ildə
Muğan düzündə
Mahmudabad döyüşündə Əbu Səidin qoşunları darmadağın
edildi və bununla da dövlətimiz üçün əsas təhlükələrdən biri aradan qalxdı.
Sultan Həsən Əbu Səidi məğlub etdikdən sonra
Teymuri xanədanı üzərində
siyasi təsirini gücləndirməyə çalışırdı. II Mehmetə məktubunda bununla bağlı
yazırdı: “Böyük padşah sultan Hüseyn Bayqaradan bizə elçi heyəti gəldi. Onlar
pullannı və xütbəni bizim hümayun adımızla bəzədilər və öz itaətlərini
göstərdilər.” Sultan Həsən böyük bir qoşun yollayaraq Xorasan vilayətini Herat
hakimi Hüseyn Bayqaranın əlindən aldı və vassalı olan Teymuri xanədanının
üzvü, şahzadə Yadigar Məhəmmədi Herat şəhəri daxil olmaqla, Amudərya
çayından Hindistan sərhədlərinə qədər olan torpaqlara hakim təyin etdi. O,
Xorasanın idarəsini də Yadigar Məhəmmədə tapşırmışdı.
Sultan Həsən mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi köçəri
əyanların müqavimətini qırmağa və ölkənin iqtisadi inkişafını təmin etməyə
çalışırdı. Dövlətin maliyyə - vergi sistemində atılan ən mühüm addım