II
Konstantin ilə birlikdə əsir düşmüşdü. Maraqlıdır ki. Qara Yusif Kaxet çannı
130 gürcü əyanı ilə birlikdə dərhal edam etdirmiş, Şirvanşahın bütün
döyüşçülərini heç bir ödənc almadan əsirlikdən azad etmişdi. Təbriz əhalisinin
topladığı kifayət qədər böyük məbləğdə - 1200 tümən pul ödəməklə sərbəst
qalan I İbrahim Qara Yusifin Şirvan üzərində ali hakimiyyətini tanımağa
məcbur olmuşdu. Əslində bu aslılıq formal xarakter daşıyırdı və I İbrahim
ömrünün sonuna qədər Şirvanı müstəqil idarə etmişdi. I İbrahimin oğlu I
Xəlilullah (1417 - 1462) taxta çıxan kimi Baharlılardan formal asılılığa son
qoyaraq Teymurilərlə yaxınlaşmış və onlarla müttəfiqlik etməyə başlamışdı.
Teymurilər də Azərbaycana olan iddialarından əl çəkməmişdilər.
Teymurun varisi Xorasan hakimi Sultan Şahrux 1420-ci ildə Azərbaycana
hücum etmiş, bu zaman müttəfiqi Şirvanşah Xəlilullah da ona köməklik
göstərmişdi.
Teymurilərlə döyüşə qərar verən Qara Yusifin 1420-ci ildə qəflətən
ölümü iri əmirlər arasında böyük qarışıqlıq yaratdı və Sultan Şahrux döyüşsüz
Təbrizi ələ keçirdi. Atasının yerinə hakimiyyətə gələn Qara İsgəndər
(1420-1435) 1421-ci ildə Alaşkerd yaxınlığında Teymurilərlə döyüşə girsə də,
məğlub oldu. Şahrux Azərbaycanın idarəsini oğlanlarına təklif etdi, lakin
Azərbaycan türklərindən ehtiyatlanan övladları bundan imtina etdilər. Şahrux
Bayandurlu Əli bəyi Təbriz hakimi təyin edərək Azərbaycanı tərk etdi. Az sonra
Qara İsgəndər Təbrizi geri qaytararaq yenidən Azərbaycanda öz hakimiyyətini
bərpa etdi. Teymurilər Azərbaycanda qoşun saxlamadığından Qara İsgəndər
əsas diqqətini Şahruxun müttəfiqi Şirvanşahlığa yönəltmiş, 1428-ci və 1434-cü
illərdə Şirvana dağıdıcı yürüşlər etmişdi. Hər iki basqın zamanı Şahrux
müttəfiqi I Xəlilullaha köməyə gəlmiş və İsgəndər məğlubiyyətə uğradılmışdı.
1435-ci il Təbriz məğlubiyyətindən sonra İsgəndər taxtdan salınmış və
Şahruxun razılığı ilə hakimiyyətə Qara Yusifin digər oğlu Cahanşah (1435 -
1467) gəlmişdi. Cahanşahın hakimiyyət illəri Azərbaycanda nisbi siyasi
sabitlik, iqtisadi və mədəni dirçəliş dövrü kimi göstərilir. Teymurilərin köməyi
ilə hakimiyyətə gəlsə də, 1447-ci ildə sultan Şahruxun ölümündən sonra
onlardan aslılığı qətiyyətlə rədd edən Cahanşah müstəqil hökmdar kimi öz adına
xütbə oxutduraraq, pul kəsdirirdi. Şirvan- şahlıqla münasibətlərdəki gərginliyi
aradan qaldıran Cahanşah iqtisadi və hərbi islahat yolu ilə Azərbaycan dövlətini
daha da gücləndirmişdi. Cahanşah atasından və qardaşından fərqli olaraq yaxşı
təhsil almışdı və bilikli adam idi. Xarici siyasətdə və diplomatiyada tədbirli
davranırdı. O, Azərbaycanda mədrəsələr açdırmış, dövlətimizin paytaxtı
Təbrizdə möhtəşəm binalar tikdirmişdi. Təbrizdəki dünya şöhrətli Göy
məscidin tikintisində çinidən və rəngarəng mərmərlərdən istifadə edilmişdir.
Cahanşah sarayda təşkil etdiyi ədəbi məclislərə məşhur şair və ədibləri toplayır,
özü də dövrünün tanınmış şairi olub. Həqiqi təxəllüsü ilə şeirlər yazırdı.
Cahanşah 1456-cı ildə Bağdadı da ələ keçirərək Ərəb İraqını və
Dostları ilə paylaş: