Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


gücü ilə” alındığından danışılır və "Osmanlı tərəfindən qazanılan fəthlərin



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə76/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   72   73   74   75   76   77   78   79   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

gücü ilə” alındığından danışılır və "Osmanlı tərəfindən qazanılan fəthlərin 
Azərbaycanın da qazandığı fəthlər" 
kimi qiymətləndirilmişdi. 
Cahanşahm hakimiyyətinin son dövrü daxili çəkişmələr, qiyamlar, iri 
əyanların özbaşınalıqlarına qarşı və Bayandurlu Həsənlə mübarizə şəraitində 
keçmişdir. 1467-ci il noyabrın 10-da 
Muş döyüşündə 
Bayandurlu Həsən 
tərəfindən məğlub edilərək öldürülən Cahanşahm yerinə taxta 
Həsənəli 
çıxdı. 
Həsənəli Qara Yusif nəslinin Azərbaycan taxtında son nümayəndəsi oldu. 
§ 16. Bayandurlu sülaləsinin hakimiyyəti dövründə 
Azərbaycanın daxili və xarici siyasəti (1468 - 1501-ci illər) 
Bayandurlu tayfası 12 oğuz boyundan biri olmaqla, ta qədimdən 
Azərbaycanın Göyçə gölü, Qarabağ, Naxçıvan, Alagöz dağları və Arazdan 
cənubdakı torpaqlarında yaşayırdı. Bayandurlu tayfa birliyinə pomək, əfşar, 
bayat, qacar, dügər, hacılı və digər oğuz boyları daxil idi. 
Bayandurlu 
nəslinin 
nümayəndəsi 
Qara Yuluq Osman 
(1394 - 1434) 1402-ci il Ankara savaşından 
sonra 
Diyarbəkr bəyliyini 
yaratmış və öz adından pul kəsdirmişdi. 1453-cü 
ildə bəyliyin başına keçən Həsən bəy qısa müddət ərzində 
115 


Bayandurlulara bağlı olan 
bütün oğuz türk boylarını 
siyasi baxımdan 
birləşdirmiş və hərbi qüwə toplayaraq Cahanşaha qarşı mübarizəyə başlamışdı. 
O, 1467-ci ildə Muş döyüşündə Azərbaycan hölondan Cahanşaha qalib 
gəldikdən sonra Təbrizdə onun oğlu Həsənəlinin də müqavimətini qırıb şəhəri 
ələ keçirmişdi. Beləliklə, Azərbaycan dövlətində yeni - 
Bayandurlu sülaləsinin 
hakimiyyəti başladı. Bu sülalənin dövründə bütün 
Cənubi Azərbaycan, 
şimalda Kür çayına qədər bütün Qarabağ, Ərəb İraqı, Əcəm İraqı 
dövlətimizin tərkibinə daxil idi. Dövlətimizin başçısı 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin