Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə78/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   74   75   76   77   78   79   80   81   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

“Qa- 
nunnamə”nin 
verilməsi oldu. Məqsəd 
vergi sistemini 
qaydaya salmaq və bu 
sahədə məmurların və əyanların özbaşınalıqlarına son qoymaqdan ibarət idi. 
Hətta XVI əsrdə, Səfəvilərin dövründə belə bəzi dəyişikliklərlə qüvvədə qalan 
bu “Qanunnamə” ilə əhalidən alman vergilərin əsas növləri dəqiqləşdirildi və 
onun həcmi azaldıldı. Monqollardan qalan və sənətkarlığın, ticarətin inkişafına 
əngəl olan 
tamğa 
vergisinin həcmi yarıya qədər azaldıldı, karvansaralardan 
alman gömrük (bac) vergisi dəqiqləşdirildi. Sultan Həsən Azərbaycanın şəhər və 
bölgələrini inkişaf etdirmək üçün böyük pul vəsaitləri ayırırdı. Onun dövründə 
Təbriz, Sultaniyyə və Şamaxı 
ən böyük ticarət mərkəzləri kimi fəaliyyət 
göstərirdi. Təbriz şəhərinin illik gəliri 87500 
116 


tümən, Şamaxının isə 11300 tümən olmuşdu. Mənbələrdə “ədalətli sultan” 
adlandırılan Həsən padşah Azərbaycanda elmin, təhsilin və ümumilikdə 
mədəniyyətin inkişafına xüsusi qayğıyla yanaşırdı. Onun dövründə Təbriz saray 
kitabxanasının fəaliyyəti genişlənmiş və Təbriz miniatür məktəbi daha da 
inkişaf etmişdi. 
Osmanlı və Avropa dövlətləri ilə münasibətlər 
Sultan Həsən Bayandurlunun dövründə xarici siyasətdə Osmanlı və 
Avropa dövlətləri ilə münasibətlər əsas yer tuturdu. Şərqdə geniş işğallara 
başlayan Osmanlı dövləti ilə münasibətlər kəskin xarakter almışdı. Strateji 
bölgələr və Qərb - Şərq ticarət yollanna nəzarət üstündə bu iki türk dövlətinin 
mənafeləri kəskin şəkildə toqquşurdu. Üstəlik, Osmanlı sultam II Mehmet Fateh 
Azərbaycandakı ipək istehsalı mərkəzlərini ələ keçirmək istəyirdi. Həsən 
padşah Osmanlı dövlətinin bu addımlarımn qarşısmı almaq, Avropa ölkələri ilə 
birbaşa ticarət qurmaq və ordusunu müasir odlu silahlarla və toplarla təmin 
etmək üçün fəal xarici siyasət yürüdürdü. Mənafe ümumiliyinə görə Osmanlıya 
düşmən olan Avropa dövlətləri Həsən padşaha özlərinin təbii müttəfiqi kimi 
baxırdılar. Osmanlı ilə münasibətlərin kəskinləşməsinə əsas səbəb Həsən sultan 
hələ Diyarbəkr hakimi olanda ortaya çıxan Trabzon məsələsi olmuşdu. Qara 
dəniz sahillərində yerləşən Trabzon - Yunan impe- ratorluğu Azərbaycan 
tacirləri üçün Qara dənizə əsas çıxış olmaqla yanaşı, həm də Azərbaycanın 
Osmanlıya qarşı hərbi - strateji baxımdan müttəfiqi idi. Eyni zamanda Həsən 
padşah Trabzon imperatorunun qızı Teodora (Dəspinə xatun) ilə evlənmişdi. 
1461-ci ildə Trabzon uğrunda Həsən Bayandurlu ilə II Mehmet arasında 
Qoyluhisar döyüşü baş vermiş və Osmanlılar məğlub olmuşdular. Sultan 
Həsənin anası Sara xatun bir diplomat kimi Osmanlılarla aparılan danışıqlarda 
savaşın dayandırılmasına nail olmuş və bu məsələ ilə bağlı 1461-ci ildə 
Yassıçəməndə sülh sazişi bağlanmışdı. Nəticədə Diyarbəkr bəyliyi Osmanlı ilə 
böyük müharibə təhlükəsindən xilas olsa da, Trabzonu Osmanlı işğalından xilas 
etmək mümkün olmamışdı. Sara xatunun “Trabzon nədir ki, sultan böyük bir 
ordu ilə əziyyətə qatlaşıb yola çıxır?” - sualına Mehmet Fateh belə cavab 
vermişdi: ^^Əlimizdəki qılınc İslamın qılıncıdır. Məqsəd qala fəth etmək deyil, 
bu yeri müsəlmanlara Vətən yapmaqdır. Bu yolda nə qədər əziyyət çəksək yenə 
azdır.’’ 
1461-ci il oktyabr ayının 26-da II Mehmet Trabzon imperatorluğunun 
fəthini başa çatdırdı. Trabzon xəzinəsində olan ən dəyərli nə varsa. Sultan Sara 
xatuna ərmağan etdi. Trabzonun süqutu ilə Həsən padşah Qara dənizə yeganə 
çıxış yolunu və hərbi - strateji müttəfiqini itirdi. Eyni zamanda Osmanlı dövləti 
ilə münasibətlər daha da kəskinləşdi. 
1468-ci ildə Təbrizdə hakimiyyətə yiyələnərək böyük Azərbaycan 
dövlətinin başçısı olan Bayandurlu Sultan Həsənin Avropa siyasəti müasir odlu 
silahlar və toplar almaqla yanaşı, başlıca olaraq Osmanlıya qarşı müttəfiq 
axtarışına yönəlmişdi. Geniş diplomatik fəaliyyətin nəticəsində Azərbaycanla 
117 


Venesiya Respublikası, Vatikan, Neapol krallığı, Macarıstan və Kipr arasında 
Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı hazırlanmışdı. Plana görə 
Sultan Həsənin qoşunları Aralıq dənizi sahillərinə çıxmalı, Avropadan 
göndərilən odlu silahı və artilleriyanı qəbul etdikdən sonra müttəfiqlərin 
İstanbula birgə yürüşü başlamalı idi. 1472-ci ilin yazında həmin plana uyğun 
olaraq Sultan Həsən Osmanlı üzərinə yürüşə başladı. O, Qeysəriyyə 
yaxınlığında Osmanlı ordusunu məğlubiyyətə uğradıb. Aralıq dənizi sahillərinə 
yetişsə də. Avropalı müttəfiqləri gəlib çıxmadılar. Beyşehir savaşında 
məğlubiyyətə uğrayan Sultan Həsən geri qayıtmalı oldu. Beləliklə, onun 
Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq dənizi sahilində 
birləşmək planı xristian dövlətlərinin xəyanəti nəticəsində boşa çıxdı. 1472-ci 
ildə Sultan Həsənlə Osmanlıya qarşı hərbi ittifaq bağlayan Venesiya 
Respublikası müttəfiqinə kömək etmək əvəzinə, Osmanlı sarayında Misir və 
Suriyadan keçən quru yollarda ticarət imtiyazlan qazanmaq üçün gizli 
danışıqlar aparırdı. Maraqlıdır ki, Venesiya Senatı yalnız 1473-cü ilin yanvar 
ayında Azərbaycana odlu silah göndərmək haqqmda qərar qəbul etmişdi. Sultan 
Həsən 1473-cü ilin yanvarında Osmanlı ilə yeni savaşa başladı. 1473- cü ilin 
avqust ayının 1-də baş vermiş Malatya döyüşündə Sultan Həsən hərbi 
sərkərdəlik bacarığı və taktikası nəticəsində qalib gəlsə də, avqustun 11-də 
Tərcan (Otluqbeli) döyüşündə Osmanlı tərəfindən ağır məğlubiyyətə uğradıldı. 
1472 - 1473-cü illər savaşında məğlubiyyətimizin əsas səbəbi Osmanlı 
ordusunun güclü artilleriya və odlu silaha malik olması. Avropadakı 
müttəfiqlərin xəyanəti, Misir və Suriyada Osmanlıya qarşı çıxan qüvvələrdən 
istifadə edilməməsi idi. Buna baxmayaraq. Osmanlının Şərqə doğru işğallarının 
qarşısı alındı və II Mehmetin Azərbaycanı ələ keçirmək planı boşa çıxdı. 
Bundan sonra. Sultan Həsən ayrı-ayrı Avropa ölkələrinin Osmanlıya qarşı 
birlikdə savaşmaq təkliflərini qulaqardına vurur və Avropa elçilərinin onun 
sarayında uzun müddət qalıb. Osmanlıya qarşı müəyyən "zərərli” fəaliyyət 
göstərməsinə imkan vermirdi. O, Avropa diplomatiyasının iki türk dövlətini 
qarşı - qarşıya qoyub, hər ikisini zəiflətmək siyasətini artıq yaxşı dərk etmişdi. 
Sultan Həsən hərbi - köçəri əyanların mərkəzdənqaçma meyllərinin 
təzahürü kimi 1474-cü ildə Şirazda baş vermiş qiyamı yatırmaq üçün böyük 
hərbi qüvvə sərf etməli oldu. Qiyamın rəhbəri olan oğlu Uğurlu Məhəmməd 
qaçıb Osmanlı sarayına sığınaraq II Mehmetin qızı ilə evlənmişdi. Sultan Həsən 
tarixi müsəlman türk torpaqları olan Tiflisin və ümumiyyətlə Şərqi Gürcüstanın 
dövlətimizin tərkibinə daxil edilməsinə xüsusi diqqət yetirirdi. 1474 - 1477-ci 
illərdə, mənbədə deyildiyi kimi, “İslamın qalib gəlməsi və dinimizin 
güclənməsi naminə işığın bayrağım küfrün qaranlıq ölkəsinə yönəldərək kafir 
qalalanm dağıtmaq, cəhalət və dinsizliyin kökünü kəsmək üçün Gürcüstan 
üzərinə müqəddəs yürüşə (cihada) yollandı.” Nəticədə Tiflis də daxil olmaqla. 
Şərqi Gürcüstan Azərbaycan dövlətinin tərkibinə daxil edildi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin